“İranın Zəngəzur dəhlizinin açılmasına yönəlik etiraz bəyanatları təbliğat vasitələridir”.
Teleqraf xəbər verir ki, bunu erməni analitik Vahram Atanesyan deyib.
Onun fikrincə, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan Tehranın məqsədi Şərqlə Qərb arasında açılacaq yeni yollarının İran ərazisindən keçməsinə nail olmaqdır:
“ABŞ B52 ağır bombardmançı təyyarələri ilə İrana zərbələr endirərkən Ermənistana ehtiyac hiss etdimi? Əlbəttə, yox. İranla həmsərhəd onlarla Amerika hərbi bazası var, ABŞ istəsə, buradan uzaqmənzilli raketlər buraxa, sualtı gəmilərdən zərbələr endirə, Bəsrə körfəzinə aviadaşıyıcı gəmilər göndərə bilər. Yaxud İran “narahat” olmasın deyə, Sünik keçidinə (Zəngəzur dəhlizi) Amerika şirkəti nəzarət etməsin.
İran bir şeyi istəyir: Çin-Avropa kommunikasiyasını öz ərazisi vasitəsilə həyata keçirmək. Qalanı isə təbliğat məsələsidir”.