Gənc müğənni Aleyna Tilki keçən axşam Şimali Kiprdə verdiyi konsertdən sonra şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni məşhur hitləri ilə böyük tamaşaçı sevgisi qazandığı Şimali Kiprdə səhnəyə çıxıb. Yaradıcılığı qədər şəxsi həyatı ilə bağlı etdiyi açıqlamalar da medianın gündəminə düşüb:
“Uzun müddətdir yanımda birisini görmürsünüz, çünki mən elə biri deyiləm. Mən məktəb illərində sevgilimlə gəzəcəyim yaşlarda işləyirdim, ona görə də sevgili necə olur, bilmirəm.
Mən əl-ələ tutub biri ilə gəzən bir tip deyiləm. Heç görmədiyiniz biri ilə bir anda evlənib uşaq da dünyaya gətirə bilərəm".