Britaniya Baş nazirinin ofisinin yaydığı bəyanata görə, görüş Donald Trampın Şotlandiyada, Törnberri şəhərində yerləşən qolf mərkəzində reallaşacaq. Tərəflərin əsasən Qəzza zolağındakı cari vəziyyət və İsrail-HƏMAS müharibəsinin həlli ətrafında danışıqlar aparacaqları bildirilib.
"Cənab Baş nazir ABŞ Prezidentinə Qəzzadakı diləgəlməz əzabların sona çatdırılması üçün təzyiq göstərəcək", – sözçü vurğulayıb.
Sözçünün bəyanatındakı "təzyiq göstərəcək" ifadəsi yersiz deyil. Çünki Kir Starmer özü də ölkə daxilində bu məsələ ilə əlaqədar təzyiqlə üzləşib. Britaniya hökuməti "Fransanın yolu ilə gedərək" Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaqla bağlı ona açıq çağırışlar ünvanlayır. Belə bir şəraitdə Starmerin Tramp qarşısında müharibəyənin dərhal qurtarması, Qəzzaya humanitar yardım çatdırılması və əsirlərin azadlığa buraxılması üzrə tələb qoyacağı gözlənilir.
AzVision.az
Britaniyanın Baş naziri Kir Starmer bu gün ABŞ Prezidenti Donald Trampla görüş keçirəcək.