Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                 

"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Tarix: 5-07-2025, 10:27 | Çap et

Son günlər bəzi Rusiya mediasında Azərbaycana turist axınının guya kəskin azaldığı, turların kütləvi şəkildə ləğv olunduğu haqda məlumatlar yayılıb. Hətta 30-40 faiz azalma olduğu iddia edilirdi. Amma Rusiya Səyahət Sənayesi İttifaqı bu xəbərləri təkzib edib.

Qurumun rəhbəri İlya Umanski bildirib ki, Azərbaycana turist səfərlərinin kütləvi şəkildə dayandırılması müşahidə olunmur: “Turoperatorlarla əlaqə saxladıq, heç bir kəskin azalma yoxdur. Hər yay müəyyən qədər ləğv olur, bu da normaldır. Azərbaycandakı həmkarlarımız da ruslara münasibətdə heç bir problem olmadığını deyirlər”.

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri bildirir ki, may ayında Bakıda bronların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən eyni səviyyədə olub. İyun ayı və iyul üçün bronlarda ciddi dəyişiklik yoxdur. Ləğv edilən sifarişlər də normaldır. Hər il bəziləri planlarını dəyişir. Amma 30-40 faiz azalma yoxdur.

Rus turistlərin Azərbaycana marağı anlaşılandır. Ölkəmiz həm yaxın məsafədədir, həm də qiymətlər münasibdir. Rusiyalı turistlər üçün ən vacib məqamlardan biri də odur ki, Azərbaycanda rus dilində ünsiyyət asandır və özlərini yad hiss etmirlər.

Bakı, Qəbələ, Şəki və Quba bölgələri rusiyalı turistlər üçün ən çox seçilən məkanlardır. Ekspertlər hesab edir ki, gələcəkdə ölkələr arasında vəziyyət daha da gərginləşsə, bunun təsirləri hiss oluna bilər. Ona görə də turizm sektoru yalnız Rusiya bazarına güvənməməli, digər ölkələrdən də turist cəlb etməyə çalışmalıdır.

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Yeni Müsavat”a bildirib ki, regionda baş verən gərginliklər, 3 ildir davam edən Ukrayna-Rusiya müharibəsi, Pakistan-Hindistan, İsrail-İran münaqişəsi müxtəlif formada Azərbaycana gələn turistlərin sayının azalmasına təsir göstərib: “Xüsusən, İran və İsrail arasında gedən son 12 günlük müharibədə hava məkanının qapalı olması həmin məkan üzərindən gələn ərəb və körfəz ölkələrinə də müəyyən məhdudiyyətlər yarandı. Əlbəttə ki, bu ümumi turistlərin sayına mənfi təsir göstərdi. Çünki normalda yay ayı Azərbaycanda turistlərin ən çox olduğu dövrdür. Amma hava məkanları bağlı olduğu üçün 3 saatlıq uçuşu dolayısı ilə 6-7 saata uçmaq məcburiyyətində olan turistlər daha asan gedə biləcəkləri yerə yönəlirlər.

Son bir neçə gün ərzində Rusiya-Azərbaycan arasında yaşanan gərginliklər nəticəsində bir çox tədbirlər, konsertlər ləğv olundu. Belə olan halda bu əyləncə tədbirlərinin auditoriyası da səfərlərini təxirə salmağa məcbur oldu. Bir məqamı da qeyd edim ki, əvvəlki illərdə ölkəmizə gələn rus turistlərin sayı daha çox olurdu. Bu il hələlik bir aktivlik yoxdur. Ola bilsin ki, rus turistlər gözləmə mövqeyindədir. Lakin hər hansısa gərginlik olanda və bu, mətbuatda işıqlananda səyahət etməli insanlar səfərlərini sonraya saxlayırlar. Bu mənada regionda və qonşuluğumuzda yaranmış gərginliklər əlbəttə ki, turistlərin qərarlarına təsir edir. Nəzərə alsaq ki, statistika həm də vətəndaşlığı olan insanların da qeydiyyatını edir, əlbəttə ki, Rusiyadan bizim çoxlu soydaşlarımız var və onlar qohumlarını ziyarət etməyə gəlirlər. Əslində biz onları da turist kimi qeyd edirik, lakin onlar hotellərdə qalmırlar".

Aşurov bildirib ki, hazırda Azərbaycan turizm sektorunda bir passivlik yaşanır: “Ümid edirik ki, tezliklə bu məsələlər öz həllini tapar. Alternativ bazara yönəlik müxtəlif addımlar atılır. Digər bazarlardan, Orta Asiyadan, Çindən, Şərqi Avropadan gələn turistlərinin saylarının artması üçün iş aparılır. Bakıda indi doluluq səviyyəsi iki dəfə aşağı düşüb. Bu, hotellərin fəaliyyətinə iş adamlarına da təsir göstərir. Çünki uçuşun əlverişli olmaması və müəyyən ölkədən olan turistlərin Azərbaycana gəlməməsi qərarları ümumi saya təsir edir.

Rus turistlərin sayı 2019-cu ildə daha çox idi. Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi. 2020-ci ildə isə pandemiya ilə əlaqədar bu rəqəm 225 minə düşdü. 2024-cü ildə isə bu rəqəm 2 dəfə aşağı düşüb: 731?009 nəfər Rusiyadan ölkəmizə səfər edib. Gələnlərin sayına görə rus turistlər İran və Gürcüstandan sonrakı yerdə 3-cü pillədə qərarlaşır. Rusiyadan Azərbaycana gələnlərin payı 30 faizə yaxındır".

Ekspert bildirib ki, Azərbaycan alternativ bazar kimi Orta Asiyaya nəzər salmalı və Özbəkistan, Qazaxıstan və Çindən turist cəlb etməlidir. Birbaşa uçuşların təmin olunması oradan gələn turistlərin sayına təsir edə bilər.

Millət vəkili Vüqar Bayramov bildirir ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gecələmələrin ümumi sayının 14, 3 faizi rusların payına düşür.

Azərbaycan son illərdə rus turistlər üçün yaxın, rahat və maraqlı istiqamətlərdən biri olaraq qalıb. Coğrafi yaxınlıq, vizasız giriş və münasib qiymətlər Azərbaycana üstünlük qazandırır. Rəsmi statistikalara görə, 2024-cü ildə Azərbaycana gələn xarici turistlərin böyük hissəsi məhz Rusiyadan olub. Onlar üçün üçün Azərbaycan hələ də ən çox seçilən yaxın istiqamətlərdən biridir. Türkiyə, BƏƏ, Misir və Tailandla yanaşı, Azərbaycan da onların ən çox səfər etdiyi ölkələr siyahısında qalır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru