Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar.
APA-nın xəbərinə görə, bunu bütün ermənilərin katolikosu II Qaregin bildirib.
II Qaregin deyib ki, Erməni kiləsində axtarışlar və Mikael Ajapakhyanın saxlanılması ilə bağlı atılacaq addımlarla bağlı qərar verəcəklər: “Mikael Ajapakhyan indi vəkilimizlə gedəcək, biz keşişlərin iclasının keçirildiyi iqamətgaha qayıdacağıq. Müzakirə aparıb qərar qəbul edəcəyik".