“Yaxın günlərdə Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətində hücum cəhdlərinin intensivləşəcəyi gözlənilir”.
Teleqraf xəbər verir ki, bu barədə ukraynalı hərbi analitik Petro Andryuşenko bildirib.
Ekspert bildirib ki, ruslar vilayət ətrafında texnika və canlı qüvvə toplayırlar.
“Rusiya Federasiyasının hücumlarının azalması və Ukrayna Müdafiə Qüvvələrinin Zaporojyedəki uğurlu həmlələri fonunda yaxın günlərdə Qulyaipol və Orexovda intensiv hücum cəhdlərini proqnozlaşdıra bilərik”, - Andryuşenko vurğulayıb.