İranın ali dini lideri ayətullah Əli Xameneyi bəyan edib ki, respublika İsraillə qarşıdurmadan qalib çıxacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu sözləri İran xalqına müraciətində deyib.
Xameneyinin sözlərinə görə, İranın cavab hücumu İsraili zəiflədib, Tehran yeni qisas zərbələri endirməyi planlaşdırır.
O qeyd edib ki, İsrail böyük səhv edib və buna görə cəzalandırılacaq.