Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                     Azər Qasımlının məhkəməsi başlayıb .....                     İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib .....                     Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! .....                     Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? .....                     Yaxın saatlarda vəziyyət dəyişəcək: .....                     Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… .....                     Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... .....                     Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib .....                     Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: .....                     ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... .....                     İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib .....                     Trampın İran planı nədir? .....                     Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş .....                     Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR .....                     Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI .....                     Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır .....                     Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF .....                     Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? .....                     Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz .....                     Qonşuda müharibə və Azərbaycan reallığı .....                     İran İsraillə münaqişədə qalib gələcək .....                     Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var .....                     Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib .....                     Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu .....                     İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi .....                     Dövlət Komitəsinin 226 min manatlıq tenderi .....                     Şah oğlunun müraciəti və xalqların arzusu: .....                     Vaşinqton Tehrandan nə istəyir? .....                     Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? .....                     “Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb .....                     Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? .....                     17 ildə büdcəni belə talayıblar... .....                     Nifaq salmaq istəyən nökərlərə qardaşlıq .....                     “Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” .....                     “Ən pis sülh, müharibədən yaxşıdır”... .....                     Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj .....                 

Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 12:49 | Çap et

İsraillə İran arasındakı müharibə genişləndikcə, itkilər artdıqca diplomatik ittihamlar da vüsət almaqdadır. İran tərəfi isə həmişə olduğu kimi, təkcə İsrail tərəfini ittiham etmir, eyni zamanda, digər ölkələrə də ittkihamlar səsləndirir. Məsələn, Tehran müharibənin arxasında dayanan ölkə kimi ABŞ-ı günahlandırır. Bununla yanaşı, İsrailə kömək edən-etməyən ölkələr də ittihama məruz qalırlar. Təbii ki, İranın, xüsusilə də İran İslam İnqilabi Korpusu (SEPAH) hər zaman olduğu kimi, Azərbaycanı həfədə alan bəyanatlarla çıxış edir. Bu dəfə də Bakıya ittihamlar səsləndirildi. SEPAH-a yaxın media orqanlarında anti-Azərbaycan kampaniyasına başlanılıb və guya ki, Azərbaycan İrana qarşı hücumlarda hansısa formada iştirak edir. Gülünc yanaşmadan biri Azərbaycanın İsrailə neft satmasıdır. Yaxud da, Güney Azərbaycan türklərinin İsrail agentləri kimi fəaliyyət göstərməsi iddiasıdır ki, həm də guya belə agentlər Azərbaycan tərəfindən təlimatlandırılır.

Analitiklər bildirirlər ki, İran bu dəfə də absurd iddialar səsləndirməklə Azərbaycanı da proseslərin içərisinə yönləndirmək niyyətini ortaya qoyur. Bu təhlükəli ssenariyə görə Azərbaycanın ehtiyyatlı davranmağının lazım olduğunu bildirən ekspertlər hesab edirlər ki, rəsmi Bakının mövqeyi və təmkinli davranışı təqdir edilməlidir.

Analitik Asif Nərimanlı AYNA.AZ-a müsahibəsində bildirib ki, SEPAH-a yaxın mediada Azərbaycana qarşı qondarma ittihamlar həmişə olub:

- Bu gün də iddia edilir ki, Azərbaycan İsrailə neft satır, sionist rejimin təyyarələri yanacaqla təmin olunur və Təbrizə zərbələr endirir. Ermənistanın işğal siyasətinə açıq dəstək verən, erməni maraqlarına görə Azərbaycan sərhədlərinə qoşun yığan İranda bu cür yanaşmalar absurd görünür. Azərbaycanın İsrailə neft satması isə bazar qaydalarına uyğun aparılır. Hesab edirəm ki, bu absurd iddiaları Prezidentin köməkçisi Hikmət Hacıyev ətraflı izah etmişdi. Prezidentin köməkçisi demişdi ki, “neft bazarının qaydalarına görə o neft gəmiyə dolduruldusa və gəmi açıq dənizə çıxdısa, o neft artıq Azərbaycanın deyil. Orada 10-larla treyder var. A treyder B-yə satır, B treyder C-yə satır, bunun sonda kimə və hara satıldığına zatən sən özün də nəzarət edə bilməzsən. Yəni Ceyhana Azərbaycan nefti gəldi, neft Ceyhanda gəmiyə doldu, o gəmi Aralıq dənizinə çıxdısa, o sənin deyil artıq. Bu, dünya neft bazarının qaydalarıdır”. Əslində isə SEPAH-ın dərdi başqadır və ittihamın məqsədi də fərqlidir.

- Bu ittihamların arxasında hansı məqsəd dayanır?

- SEPAH-a yaxın medianın İsrailin hücumu qarşısında Azərbaycanı ittiham etməsinin məqsədi Arazın o tayındakı soydaşlarımız qarşısında rəsmi Bakını ittiham altına salmaq, ictimai rəydə “günahkar” obrazını yaratmaqdır. Çünki düşünürəm ki, müharibənin gedişatında rejimin ölkəyə nəzarəti itirmək riski var və bu ssenaridə cənubdakı soydaşlarımızın üz tutacağı və onların gələcəyini düşünə biləcək yeganə dövlət Azərbaycandır. Rejim bu cür iddialarla Bakı-Təbriz xəttinə nifaq toxumu səpməyə çalışır. Əlbəttə, belə iddiaları geniş kampaniyaya çevirə biləcəkləri də istisna deyil.

- Daha bir uydurma isə Azərbaycanın etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana göndərmasi iddiasıdır...

- Bu qondarma iddiaya da Prezidentin köməkçisi Hikmət Hacıyev səviyyəsində tutarlı cavab verildi. Bilirsiniz, İran-İsrail müharibəsi fonunda Azərbaycan üçün əsas təhlükələrdə biri də bu cür dezinformasiya axınıdır. Belə iddiaların tirajlanmasında müxtəlif maraqlı tərəflər var. Bunlar İran daxilində Azərbaycana qarşı mənfi münasibəti olan qruplar, Ermənistan mediası, o cümlədən, Qərbdə erməni lobbisinin təsir edə bildiyi media orqanlarıdır. Adətən bu cür dezinformasiyaların tirajlanmasında eyni taktikadan istifadə olunur: iddia əvvəlcə region, eləcə də Yaxın Şərq ölkələrində o qədər də populyar olmayan hansısa informasiya resursunda tirajlanır, daha sonra Qərb mediası “istinad” olaraq yayımlayır və beləcə kampaniyaya çevirirlər. Bununla bağlı konkret nümunə kimi 2019-cu ildə İranın proksi qüvvələrindən olan “Haşdi Şabi” qruplaşmasına zərbə endirən İsrail dronlarının Azərbaycan ərazisindən qalxdığına dair kampaniyanı yada salmaq olar. Bu iddia Yaxın Şərqdə o qədər də tanınmayan media resurslarında yayımlanmışdı, daha sonra Ermənistan mediası gündəmə gətirdi və Qərb mediasında “istinad”la tirajlandı. Demək istəyirəm ki, İran-İsrail qarşıdurmasında Azərbaycana qarşı bu cür iddiaların tirajlanması gözləniləndir. Dezinformasiya axınına qarşı hazırlıq olmalıyıq.

- Dünən yerli mediada belə bir məlumat yayıldı ki, Azərbaycan İsrail rəhbərliyinə Cənubi Azərbaycandakı soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mesaj göndərib. Belə bir mesajı necə oxumaq olar?

- Mesaj İsrailin İrandakı azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlıdır. Bu cür mesajlar rəsmi şəkildə açıqlanmır, çünki Cənubi Azərbaycan rəsmi olaraq İran ərazisidir, oradakı soydaşlarımız da İran vətəndaşıdır. Azərbaycanın bunu rəsmi şəkildə dilə gətirməsi birmənalı qarşılanmaya bilər. Lakin mesajın mediada tirajlanması təsdüfi deyil və hesab edirəm ki, doğru qərardır. Birincisi, Azərbaycan bununla müharibənin getdiyi ərazilərdəki soydaşlarının təhlükəsizliyini düşündüyünü, mövcud şərtlərdə bunun üçün əlindən gələni etdiyini göstərir. İkincisi, bu, İranda “İsrail təyyarələri Azərbaycanın yanacağı ilə Təbrizi bombalayır” iddialarına qarşı vaxtında verilmiş cavabdır. İran rejimi bu cür iddialarla Bakı-Təbriz xəttində nifaq yaratmaq və azərbaycanlıların öz talelərini Arazın bu tayına bağlamaq perspektivinin qarşısını almaq niyyətindədir. Bakı isə Təl-Əvivə mesaj göndərməklə adekvat cavab verir, Arazın o tayındakı soydaşlarımıza Tehranın edə bilmədiyini etdiyini, onların təhlükəsizliyini qorumağa çalışdığını çatdırır. Burada İranda hadisələrin mümkün inkişaf perspektivləri – rejimin dəyişməsi, cənubdakı soydaşlarımızın azadlıq, yaxud ən azı muxtariyyət imkanlarının yarana biləcəyi də görünür. Bakı bu mesajla İrandakı soydaşlarımızın gələcəyini düşünən yeganə tərəf olduğunu sərgiləyir. Yəni belə bir mesajı qeyri-adi qarşılamaq lazım deyil.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Bu gün, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Bu gün, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Bu gün, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Bu gün, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Bu gün, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Bu gün, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Bu gün, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Bu gün, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Bu gün, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Bu gün, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Bu gün, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Bu gün, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Bu gün, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Bu gün, 16:57
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Bu gün, 16:53
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Bu gün, 16:37
Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Bu gün, 16:35
Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Bu gün, 16:32
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Bu gün, 16:22
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Bu gün, 16:19
Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Bu gün, 16:17
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Bu gün, 16:13
Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Bu gün, 16:08
Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Bu gün, 16:04
İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Bu gün, 16:03
Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Bu gün, 15:59
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib – Hesabat
Bu gün, 15:58
Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu - QANUN HƏRLƏYƏN KİMDİR Kİ...
Bu gün, 15:55
İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi - Son dəfə...
Bu gün, 15:52
Dövlət Komitəsinin 226 min manatlıq tenderi - LƏĞV OLUNDU
Bu gün, 15:36
Şah oğlunun müraciəti və xalqların arzusu: - Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi
Bu gün, 15:32
Vaşinqton Tehrandan nə istəyir? - Yaxın Şərqdə müharibənin kölgəsində böyük hesablaşma
Bu gün, 15:30
Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? - HƏQİQƏTƏNDƏMİ?
Bu gün, 15:21
“Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb
Bu gün, 13:10
Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? - İLGİNC
Bu gün, 13:07
17 ildə büdcəni belə talayıblar... - TƏFƏRRÜAT
Bu gün, 13:04
Nifaq salmaq istəyən nökərlərə qardaşlıq MESAJI
Bu gün, 13:02
“Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” – BBC jurnalistinin şəxsi dramı
Bu gün, 12:58
“Ən pis sülh, müharibədən yaxşıdır”... - "Regionda diplomatiya əvəzinə silahlar işlədilir"
Bu gün, 12:56
Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj - NƏ BAŞ VERİR?
Bu gün, 12:49
Türkiyə İranla olan sərhədlərini möhkəmləndirir
Bu gün, 12:45
Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir - TƏFƏRRÜAT
Bu gün, 12:43
Ermənistanda iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur
Bu gün, 12:42
Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər - AÇIQLAMA
Bu gün, 12:28
Dünyamalıyevanın gözü DÜNYA MALINDADIRSA... - NARAZILIQ VAR...
Bu gün, 12:24
İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır? - AKTUAL
Bu gün, 12:21
İranda xalq DEVRİMƏ QALXARSA... - QAN... QİSAS... VƏ...
Bu gün, 12:19
Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq - Məsud Pezeşkian
Bu gün, 12:15
Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Bu gün, 12:13
Daxili savaş gedir, generalların yeri İsrailə ötürülür
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru