Şənbə, 12 iyul 2025, 15:29:26  
   Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Tarix: 18-06-2025, 17:35 | Çap et

Xəbər verdiyimiz kimi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı aparıcı elmi işçi olduğu AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutun daxilində məqsədli, qanunsuz və qərəzli müdaxilələrlə üzləşdiyini iddia edib. O, faktlar təqdim edərək institutu sənədləri saxtalaşdırmaqda ittiham edib.

Publika.az iddialarla bağlı Tarix və Etnologiya İnstitutu ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Günel Aslanlının iki il bundan əvvəl olmuş hadisə haqqında yazdıqlarının heç biri həqiqəti əks etdirmir: “Antiplagiat proqramından çıxarışa hər hansı bir müdaxilə qeyri-mümkündür. Çıxarışdan aydın olur ki, 2-ci oxşarlıq əmsalı 20 faiz təşkil edir. Ən yaxşı halda, 5 faizədək ola bilər”.

Günel Aslanlı məsələ ilə bağlı yenidən Publika.az-a danışıb. O bildirib ki, institutun iddialara cavabı mövcud problemin üstünü örtmək cəhdindən başqa bir şey deyil.


“Çünki məsələ hələ də açıqdır, hüquqi proses davam edir və mənim təqdim etdiyim sübutlar istənilən rəsmi qurumda hüquqi qiymət ala biləcək qədər əsaslıdır. Ən önəmlisi budur: institutun mətbuata təqdim etdiyi sənədlərin özü problemin sübutudur. Mənə təqdim olunmuş sənəd guya “StrikePlagiarism” sistemindən çıxarılıb və işimdə 20% plagiat olduğu iddia olunub. Amma bu sənədin orijinallığı rəsmi şəkildə şübhə altına alınıb. Mən məsələni rəsmi şəkildə araşdıraraq “StrikePlagiarism” platformasının baş ofisi ilə yazışma apardım və cavabda aydın şəkildə bildirildi ki, mənim və digər əməkdaşın – Şəhla Məmmədlinin – işləri eyni gündə, eyni faylda sistemə yüklənib və nəticələr bir sənəddə çıxarılıb. Bu, orijinal sənəddir və yalnız bu əsasda texniki qiymətləndirmə aparıla bilər”.

Alim iddia edir ki, ona təqdim olunmuş, yalnız onun adıma hazırlanmış və 20% plagiat olan sənəd texniki və hüquqi baxımdan saxtalaşdırılıb:

“Bu saxta sənədə əsaslanaraq institutda komissiya yaradılıb, mənim barəmdə birtərəfli qərar çıxarılıb və guya plagiat faktı olduğu rəsmi sənədə yazılıb. Burada cavab tələb edən açıq suallar var: əgər iki nəfərin işi eyni sənəddə sistemə yüklənibsə, mənim adıma ayrıca sənəd kim tərəfindən hazırlanıb? Bu sənəd kim tərəfindən sistemə daxil edilib? Nəyə əsasən mənim barəmdə plagiat iddiası irəli sürülüb və hansı hüquqi mexanizmlə bu qərar qəbul edilib? Bu günə qədər institut rəhbərliyi bu suallara bir dəfə də olsun konkret cavab verməyib. Əvəzində ümumi və arqumentsiz cümlələrlə “iddialar əsassızdır” deyə açıqlama verilir. Bu isə nə hüquqi cəhətdən, nə də akademik etikaya uyğun şəkildə qəbul edilə bilməz”.

G.Aslanlı öz təşəbbüsü ilə 2025-ci ildə dosentlik üçün müraciət edərkən elmi işlərini rəsmi qaydada təkrar “StrikePlagiarism” proqramından keçirdiyini qeyd edib. Rəsmi nəticədə oxşarlıq göstəricisi cəmi 1.1% olub:

“Əgər bu proqramdan çıxan real sənəd budursa, institutun mənə təqdim etdiyi “20% plagiat” göstəricili sənəd necə yaranıb? Bu qədər fərq yalnız texniki saxtakarlıqla mümkündür və əlimdə olan iki sənədi istənilən hüquqi və ekspertiza qurumunda təqdim etməyə hazıram.

Bütün bunlar göstərir ki, mənə qarşı məqsədli şəkildə kampaniya aparılıb. Mən yalnız bir sualın cavabını tələb edirəm: kim və hansı səlahiyyətlə mənim adıma saxta sənəd tərtib edib və buna əsasən hüquqi qərarlar qəbul etdirib? Mənim elmi nüfuzuma xələl gətirən, mənə psixoloji və peşəkar zərbə vuran bu addımların cavabını kim verəcək?

Həm cəmiyyətə, həm də hüquq-mühafizə orqanlarına çağırış edirəm. Mənim tələbim konkret və açıqdır: saxta sənəd hazırlayanlar, onun dövriyyəyə buraxılmasına göstəriş verənlər, komissiya adı ilə qərar qəbul edən şəxslər müəyyən edilməli və qanun qarşısında cavab verməlidirlər. Bu, təkcə mənim deyil, bütün elmi ictimaiyyətin marağında olan məsələdir. Əks halda, sabah eyni haqsızlıq başqa bir gənc tədqiqatçının, başqa bir vicdanlı alimin başına gətiriləcək”.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru