"Proses ilkin mərhələdə əsasən enerji daşıyıcılarının qiymətinin bahalaşmasına təsir göstərəcək. Amma münaqişə uzanarsa, loqistika, digər yükdaşımalar da bahalaşacaq və dünya iqtisadiyyatında ciddi dalğalanmalar olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının sədri Natiq Cəfərli İsrailin İrana hava zərbələrinin dünya birjalarına göstərəcəyi təsiri şərh edərkən deyib:
Natiq Cəfərli bildirib ki, hələlik birjaların verdiyi ilk reaksiya neftin qiymətinin artması ilə bağlıdır:
"Neftin qiyməti birdən-birə 8 faiz artaraq, 75-76 dollara çatıb. Bu ilkin reaksiyadır. Amma münaqişə ciddi şəkildə alovlanıb, bölgənin digər ölkələrinə də keçsə, həm loqistikanın, həm də neft, enerji daşıyıcılarının bahalaşması mümkündür. Münaqişə davam etdiyi dövrdə ən azından bahalaşma özünü göstərəcək. Çünki Fars körfəzi, Hörmüz boğazı neft tankerlərinin 30 faizinin keçdiyi bir bölgədir".

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail aviasiyası İranın hərbi obyektlərinə zərbələr endirib. Hansı ki, bu bölgədə baş verən hər hansı bu sayaq insidentlər dünya iqtisadiyyatının çalxalanmasına rəvac verən hadisələrdir. Çünki sözügedən ərazi neftlə zəngin olmaqla yanaşı, transit. Loqistika baxımından da mühüm bölgədir.