Ermənistanın Lori marzının qubernatoru Aram Qazaryan istefa verdiyini və siyasi fəaliyyətinə qon qoyduğunu elan edən bəyanat yayıb.
Modern.az xəbər verir ki, Aram Qazaryan partiya fəaliyyətinə xitam verdiyini bəyan edib.
“Bu qərar mənim başqa işə keçməyimlə bağlıdır ki, bu barədə səlahiyyətli orqanlar müəyyən edilmiş qaydada və müddətdə məlumat verəcəklər”.
Aram Qazaryan ona göstərilən etimada görə Ermənistan Respublikasının Baş nazirinə minnətdarlıq edib.