Ukrayna hərbi kəşfiyyatı Rusiyanın strateji bombardmançılarını dəqiq müəyyən edib, məhv etmək üçün süni intellektdən istifadə etməklə innovativ əməliyyat həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Məlumata görə, bu məqsədlə sovet təyyarələrinin 3D skaneri istifadə edilib. Əldə edilən rəqəmsal modellər hədəfləri müstəqil tanıya və təyyarənin həssas elementlərinə hücum etməyə qadir olan süni intellekt alqoritmlərinin hazırlanması üçün əsas olub. Söhbət konkret məhvetmə zonalarına yönəldilmiş zərbə vurmaq üçün avtomatlaşdırılmış sistemdən gedir. Bu texnologiyalar Rusiya hərbi aerodromlarına son hücumlar zamanı istifadə edilib.
Qeyd edək ki, Ukrayna ordusu Rusiyanın strateji bombardmançılarının yerləşdiyi aerodromlara PUA-larla hücumlar edib. Beş şəhərdə beş aerodroma endirilən zərbələr nəticəsində 40-dən çox təyyarə məhv edilib.