Azərbaycan Xalq Cümhuriyyəti yaşasaydı, Bakının memarlıq görünüşü bu gün necə olardı?
Süni intellekt deyir ki, AXC dövründə Bakıda artıq Avropa üslubunda tikililər inşa olunmağa başlamışdı. Bu tendensiya davam etsəydi “Art Nouveau” üslubda binalar çoxalardı. Paris və Vyana memarlıq məktəblərindən təsirlənmiş azərbaycanlı memarlar şəhəri formalaşdırardı.
Eyni zamanda, AXC öz milli kimliyini vurğuladığı üçün milli memarlıq məktəbi inkişaf etdirilərdi. 2000-ci illərdə şəhərdə milli memarlığı qoruyaraq müasir tikililər inşa edilərdi. Dubay və ya Doha kimi deyil, Kopenhagen və ya Vyana modeli tətbiq edilərdi.
Tam əminliklə olmasa da, süni intellekt deyir ki, AXC yaşasaydı, “Sovetski” kimi köhnə məhəllələr tarixi və memarlıq baxımından dəyərli ərazilər hesab edilə bilərdi. Onlar Avropa şəhərlərindəki kimi bərpa olunar, turizm və “şəhər kimliyi” üçün istifadə edilərdi.
"DİA-AZ"