Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni xidməti minik avtomobilləri sifariş edəcək.
Trend-in məlumatına görə, artıq bununla bağlı müvafiq işlərə başlanılıb.
Belə ki, sifariş ediləcək 3 ədəd hibrid mühərrikli avtomobilin 2024-cü il istehsallı olması əsas şərtlərdəndir.
Nazirlər Kabineti hazırda avtomobilləri təhvil verəcək şirkəti müəyyənləşdirməkdir.
Eyni zamanda, Nazirlər Kabineti avtomobillərin satın alınmasının 203,6 min manata başa gələcəyini proqnozlaşdırıb.