“Sən mütləq general olacaqsan!..” .....                     Milli dövlətçilik ənənələrinin yeni səhifəsi .....                     Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? .....                     Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb .....                     Sülh bəyanatları ilə paralel silahlanma .....                     Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu .....                     Şəhid anası yeni video yaydı .....                     Bayrağımızın rəngləri belə qarışıq düşür... .....                     Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir .....                     Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik .....                     İrandan müəmmalı Zəngəzur açıqlaması .....                     Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? .....                     “İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU .....                     Mərhum iş adamının yüksək rütbəli oğlu .....                     “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı .....                     “Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” .....                     DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib .....                     Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... .....                     Hamının subay bildiyi Namiq 6 ay əvvəl... .....                     Şimal-şərq küləyi əsəcək .....                     20 ildir icra başçısı olan Mərdan Camalov…… .....                     Paşinyanla Makron Azərbaycana gələ bilər? .....                     İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, .....                     Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb .....                     Üç kənddə görünməmiş FƏLAKƏT .....                     “Azər-Türk Bank” kimə ARXAYINDIR? .....                     “Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” .....                     TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... .....                     Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb .....                     Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR .....                     Fuad Nəcəfliyə inanıb qayıtmışdım... .....                     Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq .....                     Elcan Rəsulov Mədət Quliyevlə bir arada .....                     "Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin .....                     Türk NATO-su nə zaman yaradılacaq? .....                     5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır .....                     Pozulmuş əmək hüquqlarının bərpasında... .....                     Susuz qalan tender: Dövlət qurumunun tenderi niyə ləğv olundu? .....                     Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar .....                     Azərbaycanda eyni hüquqi ünvanda 4 şirkət .....                 

Kreml “Zəngəzur savaşı”na niyə başlayıb: - Üçtərəfli anlaşma qüvvədən düşür, dəhliz indi Rusiya üçün əlçatmazdır
Tarix: Dünən, 17:20 | Çap et

Cənubi Qafqaz uğrunda mübarizə artıq amansız xarakter daşıyır. Üstəlik, Zəngəzur dəhlizinin açılması ilə bağlı proses bu mübarizədə yenidən kəskin ziddiyyətlərə yol açmağa başlayıb. Hətta son vaxtlar bu dəhlizə münasibətdə maraqlı dövlətlər öz mövqelərinə yenidən baxmağa üstünlük verirlər. Xüsusilə də, Rusiyanın Cənubi Qafqazda yenidən fəallaşmağa cəhd göstərməsi mövcud situasiyanı da qəlizləşdirir. Və bu baxımdan, Kremlin təhdidkar davranışlarının Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesə də təsir göstərə biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazmdır ki, Zəngəzur dəhlizinin ideya müəllifi məhz Azərbaycan dövlətidir. Rəsmi Bakı bu dəhlizin açılmasının vacibliyini və qaçılmazlığını həm Ermənistana, həm də beynəlxalq siyasi-iqtisadi iradə mərkəzlərinə qəbul etdirib. Rəsmi İrəvan əslində, bu dəhlizin açılmazına qarşı çıxmır. Ancaq Paşinyan hakimiyyəti bu dəhlizin Ermənistanın nəzarətində fəaliyyət göstərən və Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən marşrut statusunda olmasında israr edir. Və məhz bu məsələdə Azərbaycanla Ermənistan arasında kəskin ziddiyyətlər mövcuddur.

Məsələ ondadır ki, rəsmi Bakı Zəngəzur dəhlizinin Azərbaycandan-Azərbaycana prinsipi üzrə Ermənistanın nəzarətindən kənar fəaliyyətində maraqlıdır. Bu məsələdə Azərbaycanın maraqları yalnız Ermənistan deyil, Rusiya və İranla da toqquşur. Belə ki, İran Zəngəzur dəhlizinin ümumiyyətlə, reallaşmasını istəmir, bu strateji layihəyə kəskin şəkildə müqavimət göstərir. Və rəsmi Tehran Zəngəzur dəhlizinə alternativ olaraq, İrandan Naxçıvana marşrutun açılmasını təklif edir.

Maraqlıdır ki, son vaxtlara qədər Rusiya Zəngəzur dəhlinin açılmasının əsas tərəfdarları sırasında yer alırdı. Hətta Kreml rəsmi İrəvanı Zəngəzur dəhlzi ilə bağlı anlaşmaya riayət etməməkdə suçlayırdı. Rusiya rəsmi İrəvana məyyən təzyiqlərlə bu dəhlizin mümkün qədər tez açılmasına çalışırdı. Kremlin bu davranışlarının arxasında birmənalı şəkildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli anlaşma dayanırdı. Və Rusiya Zəngəzur dəhlizi ilə bağlı bütün iddialarında məhz həmin sənədə istinad edirdi.

Ancaq üçtərəfli anlaşma əslində, de-fakto hüquqi qüvvəsini itirib. Belə ki, Rusiya sülhməramlı qüvvələri ilə bağlı müddəa həmin sənədin əsas imzalanma səbəbləri sırasında yer alırdı. Rusiya sülhməramlı qüvvələri artıq Azərbaycan ərazisindən çıxarılıb. Üstəlik, tərəflərdən – Azərbaycan və Ermənistandan hər hansı biri müqavilənin imzalanmasından sonrakı beş ilin sona çatmasına altı ay qalmış Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət müddətinin artırılması üçün müraciət etməzsə, həm həmin maddə, həm də ümumiyyətlə, üçtərəfli anlaşma de-yure qüvvədən düşmüş olacaq. Və Kremlə olmayan rus sülhməramlılar üçün belə bir müraciətin göndərilməyəcəyi isə qətiyyən şübhə doğurmur.

Yəni, üçtərəfli anlaşma sadəcə, öz önəmini itirərək, kağız parçasına çevrilmək üzrədir. Kremli narahat edən əsas məsələ də məhz budur. Çünki üçtərəfli anlaşmanın 9-cu bəndinə əsasən, Zəngəzur dəhlizinə Rusiya sərhəd qoşunlarının nəzarət etməsi nəzərdə tutulub. Ona görə də, Kreml bu dəhlizin mümkün qədər tez bir zamanda açılması üçün rəsmi İrəvana təzyiq göstərməyə çalışırdı. Və Ukraynada “savaş bataqlığı”na düşmüş Rusiyanın həmin təzyiqləri Kremli məmnun edə biləcək geopolitik effektdən uzaq qalmışdı.

İndisə, Paşinyan hakimiyyətinin Rusiya üçün önəm daşıyan bəndlərini yerinə yetirməkdən imtina etdiyi üçtərəfli anlaşma ümumiyyətlə, öz əhəmiyyətini itirmək ərəfəsindədir. Ona görə də, Kreml artıq tez-tələsik Zəngəzur dəhlizinə yönəlik mövqeyini dəyişməyə başlayıb. Çünki bu dəhlizə Rusiyanın nəzarət edə bilməyəcəyi qətiyyən şübhə doğurmur. Halbuki, buna nail olsaydı, Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün olduqca ciddi geostrateji mexanizm qazana biləcəkdi.

Kremldə artıq onu da anlayırlar ki, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi yalnız Azərbaycan və Ermənistanın deyil, həm də Qərb siyasi dairələrinin də maraqlarına qətiyyən cavab vermir. Ona görə də, indi Kreml Zəngəzur dəhlizi layihəsini bloklamaq niyyətinə düşüb. Üstəlik, Rusiya bu məsələdə məhz İranla ortaq mövqedən çıxış edir. Belə ki, Rusiya siyasi dairələri israrla “Zəngəzur dəhlizi aktuallığını itirib” iddiasını təbliğ edirlər. Bu absurd yanaşmanı Zəngəzur dəhlizinin açılmasında maraqlı olanlara qəbul etdirməyə çalışırlar. Və üstəlik, bunu ilk növbədə məhz İranın Azərbaycana öz ərazisindən Naxçıvana martşrut təklif etməsilə arqumentləşdirməyə cəhd göstərir.

Halbuki, Kremlin Zəngəzur dəhlizi əleyhinə mövqeyi tamamilə əsassızdır. Birincisi, bu dəhliz Rusiya ərazisi ilə kəsişmir və onun müəlliflik hüququ Kremlə aid deyil. Yəni, Rusiyanın bu məsələyə qarışması üçün heç bir hüquqi və siyasi faktorlar yoxdur. Hər halda, indi Zəngəzur dəhlizinin açılıb-açılmayacağı barədə məhz Azərbaycan və Ermənistan qərar verməlidir. Bəzi məlumatlara görə, rəsmi Bakı və Paşinyan hakimiyyəti bu məsələni yekun sülh sazişinin mətnindən çıxararaq, ayrıca müzakirə mövzuna çeviriblər. Və böyük ehtimalla yekun sülh sazişi imzalandıqdan dərhal sonra tərəflər bu mövzuya qayıdacaqlar.

Digər tərəfdən, Azərbaycan-Türkiyə İttifaqı ilə yanaşı, Qərb siyasi dairələri və Asiya ölkələri də yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Çünki bu dəhliz həm Türk dünyasını, həm də Avropa və Asiyanı birləşdirəcək Orta Dəhlizin əsas strateji tərkib hissəsidir. Yəni, Rusiyanın nəzarət etməyəcəyi üçün Kremlin Zəngəzur dəhlizini bloklamağa çalışması bu layihənin reallaşmasının qarşısını ala bilməz. Və bu baxımdan, yaxın gələcəkdə Rusiya yalnız Zəngəzur dəhlizi ilə bağlı planlarının iflasa uğraması ilə deyil, həm də ümumiyyətlə, Cənubi Qafqazdan kənarda qalması ilə də barışmalı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sən mütləq general olacaqsan!..” - Ali Baş Komandandan ƏMR
Bu gün, 18:11
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi - MƏQALƏ
Bu gün, 18:07
Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? - AKTUAL
Bu gün, 15:41
Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb
Bu gün, 15:39
Sülh bəyanatları ilə paralel silahlanma - Bu necə barış istəyidir?
Bu gün, 15:33
Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu
Bu gün, 15:30
Şəhid anası yeni video yaydı - VİDEO
Bu gün, 15:20
Bayrağımızın rəngləri belə qarışıq düşür... - FOTOFAKT
Bu gün, 15:16
Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir
Bu gün, 15:03
Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik - Lavrov
Bu gün, 15:00
İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI
Bu gün, 13:05
Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? - “İnterfaks”
Bu gün, 13:03
“İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU - TƏFƏRRÜAT
Bu gün, 13:02
Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra vəfat etdi
Bu gün, 12:59
“İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 12:57
“Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” – Böyük güclərin planları ALT-ÜST OLDU
Bu gün, 12:47
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - AY BƏRƏKALLAH...
Bu gün, 12:37
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Bu gün, 12:32
Hamının subay bildiyi Namiq 6 ay əvvəl...
Bu gün, 12:24
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:12
20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
Bu gün, 12:09
Paşinyanla Makron Azərbaycana gələ bilər? - GÖZLƏNTİ
Bu gün, 12:05
İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, həbsə getdi
Bu gün, 12:02
Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb - TƏFƏRRÜAT
Bu gün, 11:58
Üç kənddə görünməmiş FƏLAKƏT – 100 hektardan çox təsərrüfat və toyuq-cücə MƏHV oldu
Bu gün, 11:56
“Azər-Türk Bank” kimə ARXAYINDIR? – 4 ildir dividend ÖDƏMİR
Bu gün, 11:52
“Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” - Mehriban Xanlarova
Bu gün, 11:48
TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... - Başqa ŞİRKƏT YOXDURMU?
Bu gün, 11:44
Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb - INSS
Bu gün, 11:39
Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR - FOTOLAR
Bu gün, 11:29
Fuad Nəcəfliyə inanıb qayıtmışdım... - AMMA İNDİ...
Bu gün, 11:25
Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq - ÇÜNKİ...
Bu gün, 11:16
Elcan Rəsulov Mədət Quliyevlə bir arada - FOTOLAR
Bu gün, 11:12
"Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin məhkəməsi başlayıb
Bu gün, 11:10
Türk NATO-su nə zaman yaradılacaq? - Elçin Alıoğlu yazır...
Bu gün, 11:09
5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:07
Pozulmuş əmək hüquqlarının bərpasında... - Ekspert danışır...
Bu gün, 11:04
Susuz qalan tender: Dövlət qurumunun tenderi niyə ləğv olundu? - TƏFƏRRÜAT
Bu gün, 10:58
Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar - “France Inter” radiostansiyası
Bu gün, 10:47
Azərbaycanda eyni hüquqi ünvanda 4 şirkət - LƏĞV EDİLİR
Bu gün, 10:38
Fuad Nəcəfli üçün zarafatyana MƏSLƏHƏT... - "Canişin" dərmanı Yelisey sarayında
Bu gün, 10:35
“Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır” – Mirvari Qəhrəmanlı
Bu gün, 10:24
Separatçıların odla oyunu: Bakının səbri bitir - son damla!
Bu gün, 10:12
Şirkət rəhbərinin Azərbaycandan çıxışına "stop" qoyuldu
Bu gün, 10:09
Nə aptekdə var, nə də depolarda qalıb... – “Varfarin” qıtlığı təhlükəli HAL ALDI
Bu gün, 10:03
Biləsuvarın həbsdə olan sabiq icra başçısının müsadirə edilən əmlakları ilə bağlı QƏRAR - DETALLAR
Bu gün, 09:58
Babək Quliyev vəfat etdi
Bu gün, 09:53
Zəngəzur dəhlizi uğrunda mübarizə: Fransa Rusiyanı qabaqladı - “Hraparak”
Bu gün, 09:50
Ermənistan Qərbi Azərbaycana çevriləcək, Paşinyan razılaşıb – Abovyan
Bu gün, 09:46
"Sumqayıt-Aptek-415"-nin səhmdarları toplanır
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru