"Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" .....                     Həmin zabitə 11 il həbs verildi .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub .....                     MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub .....                     Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu .....                     "Əvəz Zeynallıya sahib çıxın!" .....                     İmişli Ağsaqqallar Şurasına sədr seçilib .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq .....                     "3+3" formatında üçüncü görüş hazırlanır .....                     PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq .....                     AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu .....                     Rusiya yenə özünü .....                     Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər .....                     Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir .....                     Şərq küləyi əsəcək .....                     Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib .....                     Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                     Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? .....                     Bloger Gömrük Komitəsindən şikayət etdi .....                     “Georgi lenti” qalmaqalı böyüdü .....                     Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... .....                     Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir .....                     Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb .....                     Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər .....                     İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? .....                     “Park müdiri” Karlen həbsdən çıxdı .....                     Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi .....                     Vətən müharibəsi qazisi müşavir təyin edildi .....                     "Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var .....                     Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... .....                     “Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər .....                     Avropa ilə Azərbaycan arasında buzlar əriyir? .....                     İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir .....                     Qatilin edamı: İlham Əliyev olmasaydı... .....                     VARFARİN QADAĞASI: Nazirlik deyir ki... .....                     Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... .....                     Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi .....                     İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU .....                     İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb .....                     “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb .....                 

Avropa ilə Azərbaycan arasında buzlar əriyir? - Fransa anladı ki...
Tarix: Bu gün, 10:49 | Çap et

Mayın 16-da Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Tədbir çərçivəsində Azərbaycan lideri Avropa ölkələrinin liderləri ilə görüşlər keçirib, müzakirələr aparıb. Əsas diqqətçəkən məqamlardan biri Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan lideri ilə görüşü, ayaqüstü müzakirələri, eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyanın İlham Əliyevlə görüşmək üçün fürsət axtarışı olub.

Məlumdur ki, İkinci Qarabağ müharibəsi və Qarabağda antiterror əməliyyatından sonra bəzi Qərb ölkələrinin, əsasən də Fransanın Azərbaycana qarşı təzyiq siyasətinin şahidi olmuşuq. Anti-Azərbaycan mövqeyi sərgiləyən Fransa və onun rəhbəri hər fürsətdə ölkəmizə qarşı qərəzli münasibət sərgiləyib. Bu səbəbdən də Azərbaycan lideri Avropada keçirilən toplantılarda iştirakdan imtina edirdi. İndi isə görünən odur ki, Avropanın mövqeyində dəyişiklik var ki, Azərbaycan lideri Tiranada keçirilən tədbirdə iştirakı məqsədəuyğun sayıb.

Mövzu ətrafında AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, əslində Avropa ilə Azərbaycan arasında soyuq münasibətlərə səbəb olan problemlər artıq gündəlikdən çıxıb:

- Bu problemin biri Qarabağ münaqişəsi ilə bağlı idi ki, bu məsələ aradan qalxıb və daha gündəlikdə yoxdur. Avropadakılar da artıq bunu anlayırlar. İndi münaqişə yoxdur, həll olunub, qalıb sülh sənədinin imzalanması. Ona görə də bu məsələ ilə bağlı çağırışlar etmək, bəyanatlar vermək mənasızdır və bunu başa düşürlər. Düzdür, Avropa Parlamenti zaman-zaman çağırışlar edir, qətnamələr qəbul edir. Amma Azərbaycan tərəfi bu qətnamələrə cavab belə vermir, buna ehtiyac görmür. Nə danışırlar-danışsınlar, bizim üçün əhəmiyyəti yoxdur. Avropa ölkələri də bunu anlayırlar və indi sadəcə çağırış edirlər ki, İrəvanla sülh sazişi mətni razılaşdırılıbsa, bunu imzalayın, məsələ bitsin. Yəni bu keys artıq bağlanıb.

Soyuqluq yaradan ikinci məsələ isə insan hüquq və azadlıqları ilə bağlı idi ki, onlar çalışırdılar Azərbaycana insan haqları, demokratiya ilə bağlı dərs keçsinlər. Lakin məlum oldu ki, Fransa siyasətində ən yüksək reytinqi olan Marina Le Pen haqqında cinayət işi açıldı, seçkidən beş il müddətinə kənarlaşdırıldı. Almaniyada nüfuzlu olan “Almaniya üçün Alternativ” Partiyanı ekstremist adı ilə bağlamaq istəyirlər. Rumıniyada prezident seçkilərində qalib gələn siyasətçini Rusiyanın casusu adlandıraraq seçkinin nəticələri ləğv edildi. Bütün bunlar özü göstərir ki, Avropa İttifaqının özünün içərisində insan haqları, demokratiya ilə bağlı xeyli problemlər var. Belə bir halda, Azərbaycana dərs demək istəyi avropalılar üçün çətin oldu.

İndi ortada qalıb praqmatik məsələlər. Avropanın enerji təhlükəsizliyi ilə bağlı Azərbaycan əhəmiyyətli oyunçudur. Bu, Avropa üçün əhəmiyyətlidir. Yaşıl enerji ilə bağlı Azərbaycanın kifayət qədər böyük layihələri var ki, onları həyata keçirməyə hazırlaşır. Aİ də bu məsələlər kontekstində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Nəhayət, Orta Dəhliz məsələsi var ki, Aİ ölkələrinin liderləri anlayırlar ki, burada Azərbaycan açar ölkədir. Bu baxımdan, reallıqlar Aİ-ni Azərbaycanla praqmatik davranmağı, rəsmi Bakı ilə münasibətləri qaydaya salmağı tələb edir. Məsələ burasındadır ki, münasibətlərin yaxşı olmasından həm Avropa, həm də Azərbaycan uduşlu çıxar.

- Markonun timsalında Fransanın Azərbaycana münasibəti bəllidir. Biz isə Tiranada Makronun Azərbaycan lideri ilə ayaqüstü səmimi söhbətinin şahidi olduq. Sizcə, Fransa ölkəmizə qarşı yanaşmasında dəyişiklik edib, yoxsa Fransa Prezidenti növbəti oyunla məşğuldur?

- Hesab edirəm ki, Fransa da reallıqları qəbul etmək məcburiyyətindədir. Şərq Tərəfdaşlığı adlı bir proqram var ki, bunun arxasında əvvəllər Fransa yox idi. Bu Proqram Almaniya, İsveç və Polşanın təşəbbüsü ilə yaradılıb. Paris daha çox Aralıq dənizi regionunda qonşuluq siyasəti, Aİ-nin imkanlarının bu regionma yönəlməsi ilə məşğul idi. Fransa sonradan gəlib bizim regiondakı məsələlərə müdaxilə etməyə başladı, mövqe tutmağa cəhd etdi. Nəticə isə sıfır oldu, Parisin təşəbbüsləri fayda vermədi. Çünki Azərbaycan Avropanın digər ölkələri ilə ikitərəfli münasibətləri qurub və inkişaf etdirib. Həm də Parisə, Brüsselə fikir vermədən. Burada itirən Fransa oldu. Hesab edirəm ki, Fransa rəhbərliyi də götür-qoy etdi, anladı ki, Azərbaycana qarşı siyasət Parisə heç nə vermir. Bu baxımdan da, Makron Tiranada addım atdı. Azərbaycanın isə Fransa ilə süni şəkildə gərginlik yaratmaq marağı olmayıb, indi də yoxdur.

- Tiranada maraqlı bir nüans da o idi ki, Fransanın himayədarlıq etdiyi Ermənistanın Baş naziri Azərbaycan lideri ilə söhbət etmək üçün fürsət axtarırıdı. Sizcə, Paşinyanın bu canfəşanlığı nədən irəli gəlir?

- Paşinyanın içərisində qorxu var. Baş nazir anlayır ki, Rusiyada onu devirmək üçün planlar cızılıb və ona qarşı Moskvadan çox ciddi təzyiqlər olacaq. Belə olan halda, Paşinyan həm özünün, həm də Ermənistanın mövqeyini möhkəmləndirmək üçün Azərbaycanla münasibətləri təcili şəkildə qaydaya salmaq, eyni zamanda, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Ermənistan Baş nazirinin canfəşanlığının altında dayanan səbəb budur. Paşinyan İlham Əliyevin Avropada necə qarşılandığını gördü və anladı ki, İrəvanın Bakı ilə münasibətləri yaxşılaşdırmaqdan başqa yolu yoxdur. Baş nazir anlayır ki, onun və ölkəsinin bölgədəki vəziyyəti hər gün pisləşir. İndi çalışır ki, hansısa şəkildə vəziyyətdən çıxa bilsin. Vəziyyətdən çıxış yolu da bəllidir – Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etmək və sülh sazişi imzalamaq. Yəqin ki, Prezident İlham Əliyev Tiranada Paşinyana bunları bir daha xatırlatdı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" - TƏFƏRRÜAT
Bu gün, 15:37
Həmin zabitə 11 il həbs verildi
Bu gün, 15:33
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub
Bu gün, 15:26
MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub
Bu gün, 15:24
Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu - QALMAQAL BÖYÜDÜ
Bu gün, 13:04
"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ
Bu gün, 12:59
İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Bu gün, 12:55
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq - Şərtlər dəyişdi
Bu gün, 12:53
"3+3" formatında üçüncü görüş hazırlanır - Lavrov
Bu gün, 12:51
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq - ÇÜNKİ...
Bu gün, 12:49
AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu - 1.2 milyon manatlıq razılaşma
Bu gün, 12:44
Rusiya yenə özünü ORTAYA SOXUR
Bu gün, 12:35
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər - “Eurasia.net”
Bu gün, 12:27
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir - NAZİRLİK TƏKƏRLƏR ALIR
Bu gün, 12:21
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:17
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib - DETALLAR
Bu gün, 12:15
Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Bu gün, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Bu gün, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Bu gün, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər - BAŞLARI QAÇIB...
Bu gün, 10:54
Avropa ilə Azərbaycan arasında buzlar əriyir? - Fransa anladı ki...
Bu gün, 10:49
İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir - Abramyan
Bu gün, 10:47
Qatilin edamı: İlham Əliyev olmasaydı... - Orxanın atası
Bu gün, 10:44
VARFARİN QADAĞASI: Nazirlik deyir ki... - SƏN DEMƏ...
Bu gün, 10:42
Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... - NARAZILIQ VAR...
Bu gün, 10:37
Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi - ƏMR
Bu gün, 10:30
İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU - TƏFƏRRÜAT
Bu gün, 10:25
İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb - KİV
Bu gün, 10:18
“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi - 1,3 milyonluq layihə
Bu gün, 10:13
Rəsul Quliyevə ağır itki üz verdi
Bu gün, 10:11
Bilgəh çimərliyini kimlər zəbt edib? - ÖZBAŞINALIQ!
Bu gün, 10:04
Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı - İLGİNC FAKTLAR...
Bu gün, 10:01
Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? - AKTUAL
Bu gün, 09:59
Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... - AXI NİYƏ?..
Bu gün, 09:55
Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir
Bu gün, 09:49
Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub - İran mediası
Bu gün, 09:47
Tanınmış iş adamı dünyasını dəyişib
Bu gün, 09:45
İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... - Bu gün məhkəmə qarşısına çıxacaq...
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru