Azərbaycanda kazinolar açılmalıdırmı? .....                     ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                     Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? .....                     Bakı ilə sülh danışıqları davam edir? .....                     “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib .....                     Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin .....                     İran müdafiə naziri Ermənistana səfərə gedib .....                     16 yaşlı qızı öldürüb Kürə atdılar .....                     “Bakcell” süni intellekt təlimi təşkil edib .....                     400 milyon dollarlıq mübahisə: .....                     Putini NECƏ RAM ETMƏLİ... .....                     Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb .....                     1,5 milyardlıq ANLAŞMA .....                     Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? .....                     Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır .....                     "Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək .....                     Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı .....                     Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır .....                     Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb .....                     Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib .....                     ARDNF kritik lisenziyaların müddətini uzadır .....                     Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub .....                     "Qızımın qeybətini gəlinimə edirəm" .....                     Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... .....                     Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib .....                     Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI .....                     İrəvanda 2 saatlıq TELEFASİLƏ .....                     Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub .....                     Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU .....                     Makron Azərbaycanla düşmənçilikdən çəkilir? .....                 

Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Tarix: Bu gün, 08:50 | Çap et

28 may 1918-ci ilxalqımızın azadlıq müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunduğu bir tarixdir. Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Bununla da Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çox əsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, bir sıra görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları da xalqımızın yaddaşına əbədi həkk olunub.

Prezident İlham Əliyevin Sərəncamı əsasında Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması çətin şəraitdə demokratik dövlət qurmağa cəhd edən, fədakarlıq göstərənlərə hörmət və ehtiramın ifadəsidir.

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsi tarixi paralellər fonunda müstəqillik tariximizin vərəqlənməsində, hər bir səhifəsinin oxunmasında, müstəqillik yolumuzun heç də hamar olmadığının indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadı. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair kimi mühüm işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə ictimai-siyasi durumun gərginləşməsinə, xaosun, anarxiyanın, özbaşınalıqların baş alıb getməsinə səbəb olmuşdu. Ölkə vətəndaş qarşıdurmasını yaşayır, sabaha olan ümidlər tamamilə itirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümum milli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin yeni, parlaq səhifəsini açdı.

1993-2003-cü illər həll edici illər oldu. Həmin illərdəAzərbaycanda dövlətçiliyin əsaslarıqoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalısistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmizəböyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna başlanıldı. Nizami ordunun yaradılması, kadrların yetişdirilməsi istiqamətində önəmli addımlar atıldı. O kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrinin inkişafına öz töhfələrini verirlər. Heç də təsadüfi deyil ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır.

2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi və İlham Əliyev xalqın yekdil səsi ilə Prezident seçildi. Həyat onu göstərdi ki, son 22 il ərzində doğrudan da tarixi uğurlara imza atılıb, Heydər Əliyev siyasəti bütün istiqamətlərdə uğurla davam etdirilib.

Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildən başlanan yolun mahiyyətini ətraflı şəkildə təhlil edərək o dövrü istər ictimai-siyasi sabitliyin qorunması, istər dayanıqlı iqtisadi inkişafın təmin olunması, istərsə də ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi baxımından hazırlıq dövrü kimi xaraterizə etmişdir. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə dövrü üçün görüləcək işlər üçün təməl rolunu oynadı. Ən başlıcası isə 44 günlük İkinci Vətən müharibəsində şanlı Qələbə qazanıldı.

Bu gün işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, sodaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur.

Ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Son günlər beynəlxalq maliyyə qurumlarının hesabatlarına diqqət yetirmək kifayətdir. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər.

Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. Son 21 ilin bu sahədə əldə edilən uğurlara diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edib. Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır. Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib.

Təhlillər bu ümumiləşdirməni aparmağa əsas verir ki, möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsi olaraq qarşıya qoyulan hər bir hədəf gerçəkləşəcək, ölkəmizin qarşısında yeni imkanlar açılacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur: Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.

Artıq soydaşlarımızın Böyük Qayıdışının və işğaldan azad edilmiş ərazilərimizin cənnətməkana çevrilməsinin, bu torpaqlara yeni nəfəsin verildiyinin şahidi olmağa başlamışıq. «Ağıllı şəhər» və «Ağıllı kənd» layihələrinin icrası uğurla həyata keçirilir, infrastruktur layihələrinin icrası, ən əsası dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşanın Cıdır düzündə «Xarıbülbül» musiqi festivalının bərpa olunması sahibinə qayıdan torpaqlarımızda yeni həyatın başlandığını, diqqət və qayğıdan ruhlanaraq qonaqlarını böyük sevinclə qarşıladıqlarını nümayiş etdirir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Bu gün, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Bu gün, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Bu gün, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Bu gün, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Bu gün, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Bu gün, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Bu gün, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Bu gün, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Bu gün, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Bu gün, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Bu gün, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Bu gün, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Bu gün, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Bu gün, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Bu gün, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Bu gün, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Bu gün, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Bu gün, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Bu gün, 15:01
1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Bu gün, 14:56
Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Bu gün, 14:53
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Bu gün, 14:47
"Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Bu gün, 14:47
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Bu gün, 13:06
Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Bu gün, 13:02
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə
Bu gün, 13:00
Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib - FOTO
Bu gün, 12:57
ARDNF kritik lisenziyaların müddətini uzadır – 69 MİN MANATLIQ TENDER
Bu gün, 12:54
Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:48
Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub - BU NƏDİ BELƏ?..
Bu gün, 12:42
"Qızımın qeybətini gəlinimə edirəm"
Bu gün, 12:38
Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... - O boyda həngamədən xəbəri yoxdurmu?
Bu gün, 12:31
Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib
Bu gün, 12:25
Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI - NARAZILIQ VAR...
Bu gün, 12:20
İrəvanda 2 saatlıq TELEFASİLƏ
Bu gün, 12:14
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub
Bu gün, 12:06
Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU - ADLAR
Bu gün, 12:01
Makron Azərbaycanla düşmənçilikdən çəkilir? - səfir Şuşaya getməyincə...
Bu gün, 11:53
Burda müştəriləri məmnun edəcək HEÇ NƏ YOXDUR... - GİLEY
Bu gün, 11:48
“Bu, erməni xəstəliyidir - harada yaşayırlar, özlərinə saxta tarix düzəldirlər” - deputat
Bu gün, 11:35
Dünya siyasətində Bakı ayı: çəki və güc necə artır? - AKTUAL
Bu gün, 11:24
“Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb” - “RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU…”
Bu gün, 11:22
Aysun yenidən AİLƏ QURACAQ?
Bu gün, 11:16
Daha bir məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 11:13
Türkiyə və Azərbaycana qarşı daha bir `İNDEYSKİ` BOYKOT qərarı... - KİV
Bu gün, 11:10
122 min manat vergi borcu olan şirkət kimindir?
Bu gün, 11:08
Vəzifəli şəxsi öldürənə CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:06
İnsan alveri sosial şəbəkələrdə yeni üz alır: - Müdaxilə edilməsə...
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru