“Bizim Ağrı dağında (Türkiyə ərazisində yerləşir – red.) gözümüz yoxdur”.
Teleqraf xəbər verir ki, bu iddia ilə Ermənistanın sabiq prezidenti Robert Köçəryan çıxış edib.
“Sizcə, kimsə ciddi şəkildə Ağrı dağında gözümüzün olduğunu düşünür? Bu, bizim üçün bu bir simvoldur. Bəs siz heç ağlı başında olan siyasətçinin “Gedək Araratı (Ağrı) tutaq” dediyini eşitmisinizmi? Ciddi deyil. Bu, bizim üçün bir simvoldur. Bu o demək deyil ki, bizim belə planlarımız olub. Heç kim bu cür avantürizmdən əziyyət çəkməyib”, - sabiq prezident bildirib.
Həmçinin Köçəryan iddia edib ki, prezident olduğu 10 il ərzində Türkiyə əleyhinə ehtiyatsız bəyanatlar verməyib:
“Söhbət bizim Türkiyə ilə münasibətləri süni şəkildə gərginləşdirməyə çalışmağımızdan getmir. On il prezident olmuşan, Türkiyə ilə bağlı bir diqqətsiz açıqlamanı tapın. Xatırlamağa çalışın. On illik hakimiyyətimdə Türkiyəyə qarşı bir diqqətsiz bəyanatımı göstərin”.