
Vladimir Putinin Vladimir Zelenski ilə danışıqlar üçün İstanbula gəlməsi ehtimalı çox aşağıdır.
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X şəbəkəsində yazıb.
Belə ki, o, Ukrayna prezidentinin gələn həftə Türkiyəyə səfər edəcəyini və Rusiya lideri ilə birbaşa danışıqlar aparmağı təklif edən mesajını paylaşıb:
"Əsl lider belə edir. Heç kimin və heç nəyin arxasında gizlənmir. Rusiya tərəfinin zərrə qədər belə cəsarətə sahib olması ehtimalı çox azdır".