
"Xalq artisti Arif Babayev xəstəxanadan evə buraxılıb".
Bu haqda Teleqraf-a Xalq artistinin həyat yoldaşı Gültəkin Babayeva məlumat verib.
“Həyat yoldaşım üç gün Mərkəzi Klinikada müalicə edildi. Səhhəti normallaşdı, hazırda ev şəraitində müalicəsi davam edir", - G.Babayeva deyib.
Qeyd edək ki, Arif Babayev 1938-ci ildə Ağdam rayonunda anadan olub. Uzun illər Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasına rəhbərlik edib.