Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                 

Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Tarix: Bu gün, 10:26 | Çap et
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər
Bakıda narkotik satışı ilə məşğul olan şəxs 3 nəfər tərəfindən oğurlanıb. Onu üç gün ac-susuz saxlayıb işgəncə veriblər. Sərbəst buraxmaq üçün pul istəyiblər.

Musavat.com xəbə verir ki, hadisə Nizami rayonunda baş verib. Oğurlanan şəxsi Hövsana aparıblar.

Vaqif, Elxan və Əli adlı şəxslər birlikdə narkotik satışı ilə məşğul olan Xaliqi oğurlayıblar.

Dəstə üzvləri Nizami rayonu, Naxçıvanski küçəsində ağ rəngli “Opel” markalı avtomobillə Xaliqin qarşısını kəsiblər. Onun əlini və gözlərini bağlayaraq avtomobilin arxa oturacağına əyləşdiriblər. Xaliqi Hövsan qəsəbəsində fərdi yaşayış evinə aparıblar.

Onu orada 3 gün ac-susuz saxlayaraq işgəncələr veriblər. Bunu videoya da çəkiblər. Xaliqin paltarlarını soyunduraraq onu döyüblər, telefonla da lentə alıblar.

Həmin videoda Xaliqin təpik zərbələri ilə vurulması, həmin şəxslərin ona “bariqalıq edirsən ə” demələri, ağzının köynəklə bağlı olması, həmin şəxslərin onu çevirərək qarın və sinə nahiyələrinə də təpiklə zərbə endirmələri müəyyən edilib.

İstintaq zamanı məlum olub ku, dəstə üzvləri uzun müddət imiş Xaliqi axtarırmışlar. Onlar Xaliqdən narkotik satdığı üçün aylıq pul almaq istəyirmişlər.

Dəstə üzvləri Xaliqi Qönçə adlı qadının xəbər verməsi ilə tapıblar. Belə ki, Qönçə ilə Xaliq bir müddət sevgili kimi birlikdə yaşayıblar. Onların hər ikisi narkotik vasitədən istifadə edirmiş. Bir müddət sonra Xaliqlə Qönçənin münasibətləri pozulub. Xaliq Qönçəni qısqanmağa və döyməyə başlayıb. Qönçə Xaliqdən qisas almaq üçün onun yeri barədə Vaqifə məlumat verib. Vaqifgil Xaliqi Qönçənin evinin qarşısında tutublar. Hətta Xaliqi maşına əyləşdirib əllərini bağlayanda görüntülü olaraq Qönçəyə zəng də ediblər.

Qönçənin ifadəsindən hadisənin digər təfərrüatları da məlum olub.

“Xaliqdən canımı qurtarmaq istədiyim üçün Vaqfigilə dedim. Vaqfigil Xaliqi tutanda videogörüntü ilə zəng etdilər. Həmin vaxt yanımda Arzu da var idi. Xaliqin qolları arxaya doğru bağlı və başı aşağı əyilmişdi. Onu yumruqlarla vuraraq döyürdülər. Bir də zəng edəndə Xaliq soyundurulmuş, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı vəziyyətdə idi. Vaqif Xaliqdən “Qönçə, qələt eləmişəm, bir də sənə yaxın durmaram” deməsini tələb edirdi. Xaliq bu sözü demədikdə Vaqif dəmir parçası ilə onu vururdu.

Həmin vaxt Vaqif məndən tələb etdi ki, telefonu Arzuya verim. Arzu da narkotik satışı ilə məşğul idi. Vaqif Arzuya dedi ki, ayda 500 manat verməsə, onu da Xaliqin gününə salacaqlar, saçını qırxacaqlar. Arzu da razılaşdı. Pulu gəlib bizim evdən apardılar”- deyə Qönçə hadisə haqda danışarkən deyib.

Qönçənin sözlərinə görə Vaqifgil Xaliqi sərbəst buraxmaq üçün 5 min manat istəyiblər. Xaliqin pulu olmadığı üçün ona 5 min manatlıq narkotik veriblər ki, sataraq pulunu onlara ödəsin.

Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkmiş kimi tanınan Vaqif istintaq zamanı Qönçənin dediyi kimi ifadə verib. Necə işgəncə görməsini, oğurlanmasını danışıb. Lakin məhkəmədə bütün bunları təkzib edib və şikayətçi olmadığını deyib.

Xaliq istintaq zamanı verdiyi ifadəsində bunları deyib: “Gözlərim bağlı olduğu üçün kimlərin döydüyünü görmədim. Yerdə uzanıqlı olanda “bita” ilə vururdular. Huşumu itirmişdim. Ayılanda Vaqifin Qönçə ilə görüntülü danışdığını eşitdim. Qönçəyə “necədir? Yaxşıdır? Yoxsa bir az da döyüm?” deyirdi. Qönçə “bəsdir” cavabını verdi. Sonra Qönçə telefonu Arzuya verdi. Arzu “mənim şəkərim var, baxa bilmərəm” dedi”.

Xaliq istintaqda dindirilən zaman əlavə edib ki, Vaqif telefonda “şəmkirli” deyə müraciət etdiyi şəxslə danışanda ondan yeni işgəncə variantları öyrənibmiş: “Vaqif danışanda deyirdi ki, buna nə edim ki, pul versin? Həmin şəxs də Vaqifə “barmağını kəsin” dedi. Taxta gətirib əllərimi həmin taxtanın üzərinə qoydular. Vaqif xəncəri çıxarıb “ya barmağın, ya pul” dedi. Pulumun olmadığını dedim. Xəncəri bir balaca barmağıma sürtdü. Barmağım biraz qanadı. İşgəncələrdən yemək yeyə bilmirdim. Ancaq su içirdim. Ağzımdan qan gəlirdi. Pulumun olmadığını biləndə Vaqif dedi ki, 5 minlik marixuana verəcək. həmin narkotiki satıb pulunu ona verməyimi istədi. Məni buna görə buraxdılar”.

Sonrakı görüşdə Xaliq Vaqifgilin dediyini etməyib. Bundan sonra onun videoları iranlı instagram istifadəçisi tərəfindən ona göndərilib və “bundan da betər olacaqsan” deyə mesaj yazılıb.

Xaliq məhkəmədəki ifadəsində istintaq zamanı dediklərini inkar edərək bildirib ki, təqsirləndirilən şəxslərin heç birindən şikayətçi deyil. Onun sözlərinə görə Vaqifgilin onu döyməkdə, videoya çəkməkdə pis niyyətləri olmayıbmış...

Məhkəmənin hökmü ilə Vaqif 9 il, dəstənin digər üzvləri Elxan və Əli isə hərəsi 8 il azadlıqdan məhrum ediliblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru