Rusiya Azərbaycana qarşı hansı planları hazırlaya bilər? - Kremldən gələn təhlükə
Tarix: 28-04-2014, 12:32 | Çap et
 Ukraynada cərəyan edən məlum hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsilə bağlı şimal qonşumuzun bir sıra politoloq və araşdırma mərkəzləri tərəfindən səslənən çoxsaylı təhlükəli ssenarilərin və proqnozların sayı durmadan artır. Hesab olunur ki, Kreml Ukrayna böhranından qalib çıxsa, Qarabağ münaqişəsinin çözümünə də artıq yeni prizmadan yanaşacaq. Məsələn. rusiyalı politoloq Aleksey Belkovski hesab edir ki, separatçı Dağlıq Qarabağı tanımaq hesabına prezident Vladimir Putin ABŞ, Kanada və Fransanın erməni diasporunun dəstəyini qazana bilər: "Ukraynanın bir hissəsində öz təsirini bərqərar edəndən sonra Putin, böyük ehtimalla, Dağlıq Qarabağ və Latviya ilə məşğul olacaq. Mən hesab edirəm ki, Ukraynadan sonra Putinin qarşısında duran məsələ Dağlıq Qarabağı tanımaq olacaq. Belə bir addım hesabına o, ABŞ, Kanada və Fransanın erməni diasporunun dəstəyini qazana bilər ki, bu da xarici siyasət nöqteyi-nəzərindən onun üçün vacibdir". Moskva Karnegi Mərkəzinin "Daxili siyasət və Rusiya institutları" proqramının rəhbəri Liliya Şevtsova isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi regionda daimi gərginliyin saxlanması üçün bir vasitədir. Münaqişə Moskvaya Azərbaycan və Ermənistana eyni zamanda təsir etməyə imkan verir. Ekspert hazırda yalnız Ermənistanın deyil, həm də Azərbaycanın mürəkkəb vəziyyətdə olduğunu bildirir. Onun sözlərinə görə, Moskva Azərbaycanın Avropa qaz bazarında ona rəqib olmaması üçün hər şey edəcək. Amma Moskva Karnegi Mərkəzinin eksperti, Ermənistanla müqayisədə, Azərbaycanın vəziyyətinin daha yaxşı olduğunu deyir. Bakının malik olduğu iqtisadi resursların ona manevr imkanı verdiyini deyən L.Şevtsova hesab edir ki, Ermənistanın Rusiya qarşısında manevr imkanları yoxdur. L.Şevtsova Ukrayna hadisələrindən sonra Kremlin yeni strategiya həyata keçirməyə başladığını bildirib: "Bu strategiya ondan ibarətdir ki, Rusiya bundan sonra özünü "mühasirəyə alınmış qala" kimi aparacaq. Kreml düşmən axtarışı əsasında öz xalqını səfərbər edir. Nəhayət, Rusiya yeni "qalaktikanın mərkəzi" roluna iddia edir. Hansı ki, onun ətrafında əlaltıları fırlanmalıdır. Çətin ki, bu halda Rusiyanın qonşuları özlərini rahat hiss edə bilsin. Axı, onların başı üstündə dayanan nüvə dövlətidir". Moskva Karnegi Mərkəzinin eksperti Qərb-Rusiya qarşıdurması fonunda Kremlin Cənubi Qafqazda da qeyri-sabitlik yarada biləcəyini istisna etmir: "Faktiki olaraq, Rusiya Dnestrtyanı ərazi amili ilə Moldovanın parçalanması təhlükəsini saxlayıb. Məhz Dnestryanı ərazi amili Moldovanı zəiflədir. Amma Avropa Moldovanın təhlükəsizliyinə təminat vermək və onun Avropaya inteqrasiyasına şərait yaratmaq istəyir. Kreml başqa regionlarda, həmçinin Cənubi Qafqazda münaqişəli zonalardan istifadə edə bilərmi? Hesab edirəm ki, Kreml bunu heç vaxt planlarından çıxarmayıb. Putin doktrinası bu gün postsovet məkanında qeyri-stabilliyin yaradılmasına hesablanıb. Belə bir vəziyyət isə Moskvaya arbitr rolunu oynamağa imkan verir". Bir daha xatırladaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini də alovlandıraraq regionda gərginliyi artırmaq imkanlarına malikdir. Bu səbəbdən Qərbdə hesab olunur ki, münaqişənin həlli sürətlənməlidir. ABŞ-ın tanınmış politoloqu, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlilçisi Pol Qobl bu xüsusda bildirir: "Beynəlxalq ictimaiyyət Bakı və İrəvan arasında birbaşa və davamlı danışıqların irəliləməsindən ötrü bacardığını etməlidir. Bu danışıqlar, sərhəd dəyişikliyi istisna olunmaqla, sərhədlərin bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququ prinsipləri əsasında aparılmalıdır. Bakının bunu alqışlayacağına əminəm. Təəssüf ki, Moskvanın dəstəklədiyi İrəvan bununla razılaşmayacaq. Bunu birbaşa danışıqlara davamlı cəhdlərlə çözmək olar. Proseslərin yalnız Minsk Qrupu formatında buraxılması işə yaramayacaq". Ekspert hesab edir ki, Dağlıq Qarabağ münaqişə tərəfi deyil və danışıqlara cəlb olunmamalıdır: "Keçmişdə olduğu kimi, indi də əsas əngəl odur ki, Moskva münaqişənin həllini istəmir, çünki özünün bu münaqişədən faydalandığını düşünür. Moskva münaqişənin davam etməsində maraqlı olmasaydı, bu münaqişə istənilən vaxt və sürətlə başa çatardı. Təəssüf ki, Putin rejimi, ancaq bir variantı çıxmaqla, bunda maraqlı deyil. Həmin variant Bakının çoxtərəfli siyasət yürüdən müstəqil ölkədən Rusiya Federasiyasının peykinə çevrilməsidir". Tahir Tağıyev \\ faktxeber.com \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12 |
|
|
|
| • Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08 |
|
|
|
| • Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52 |
|
|
|
| • "Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37 |
|
|
|
| • Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48 |
|
|
|
| • ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42 |
|
|
|
| • Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35 |
|
|
|
| • Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12 |
|
|
|
| • İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05 |
|
|
|
| • Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03 |
|
|
|
| • Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02 |
|
|
|
| • “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59 |
|
|
|
| • Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56 |
|
|
|
| • Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54 |
|
|
|
| • “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50 |
|
|
|
| • İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48 |
|
|
|
| • "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46 |
|
|
|
| • Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29 |
|
|
|
| • ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19 |
|
|
|
| • Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41 |
|
|
|
| • Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40 |
|
|
|
| • Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02 |
|
|
|
| • Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59 |
|
|
|
| • ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58 |
|
|
|
| • “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56 |
|
|
|
| • 114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51 |
|
|
|
| • Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14 |
|
|
|
| • Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07 |
|
|
|
| • 62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06 |
|
|
|
| • Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00 |
|
|
|
| • Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57 |
|
|
|
| • Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38 |
|
|
|
| • Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21 |
|
|
|
| • Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20 |
|
|
|
| • "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Dünən, 15:06 |
|
|
|
| • Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Dünən, 15:01 |
|
|
|
| • Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Dünən, 14:59 |
|
|
|
| • Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Dünən, 14:54 |
|
|
|
| • “Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Dünən, 14:48 |
|
|
|
| • Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Dünən, 14:44 |
|
|
|
| • Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Dünən, 14:25 |
|
|
|
| • Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Dünən, 13:11 |
|
|
|
| • TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04 |
|
|
|
| • İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Dünən, 13:02 |
|
|
|
| • Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Dünən, 12:57 |
|
|
|
| • "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Dünən, 12:54 |
|
|
|
| • İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Dünən, 12:41 |
|
|
|
| • Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Dünən, 12:40 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28 |
|
|
|
| • Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Dünən, 12:26 |
|
|
|
|