![AZAL Bakı-Naxçıvan-Baki istiqaməti üzrə reysləri bərpa edib AZAL Bakı-Naxçıvan-Baki istiqaməti üzrə reysləri bərpa edib](https://dia-az.info/uploads/posts/2025-02/thumbs/1739690785_67b18763eb31267b18763eb313173968777967b18763eb31067b18763eb311.jpg)
Naxçıvan-Bakı reysində yubanma var.
Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.
Naxçıvan Beynəlxalq Hava Limanında gözləyən sərnişinlərə reyslərin gecikməsi ilə əlaqədar operativ məlumat verilir.
***
Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub.
Bu barədə "DİA-AZ" Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL-a istinadən xəbər verir.
Məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir.
"Naxçıvanda hava şəraiti yaxşıılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir", - AZAL-dan bildirilib.