Əsas Səhifə > Güney Press > AZAL Bakı-Naxçıvan-Baki istiqaməti üzrə reysləri bərpa edib

AZAL Bakı-Naxçıvan-Baki istiqaməti üzrə reysləri bərpa edib


16-02-2025, 12:44
AZAL Bakı-Naxçıvan-Baki istiqaməti üzrə reysləri bərpa edib
Naxçıvan-Bakı reysində yubanma var.

Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.

Naxçıvan Beynəlxalq Hava Limanında gözləyən sərnişinlərə reyslərin gecikməsi ilə əlaqədar operativ məlumat verilir.

***

Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub.

Bu barədə "DİA-AZ" Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL-a istinadən xəbər verir.

Məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir.

"Naxçıvanda hava şəraiti yaxşıılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir", - AZAL-dan bildirilib.
Geri qayıt