"Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər" .....                     Rus ordusu Çasov Yardakı mikrorayonu ələ keçirdi .....                     Ermənistanın ABŞ-dəki səfiri Pentaqonda strateji tərəfdaşlıq məsələlərini müzakirə edib .....                     Ukraynaya qarşı savaşan azərbaycanlının meyiti görün, HARDAN TAPILDI... .....                     "Qorxmadınız, sözünüzü dediniz, məni yaşatdınız" .....                     Gəmilər lövbər dayanacaqlarına SIĞINDI: Neftçilər gözləməli olacaq... .....                     “Baboş”a maşın alan Emin Hüseynovun dövlətə vergi borcu artır .....                     İndi qərar anıdır: Ümid Rusiya-Çin savaşına qalıb .....                     Hikmət Hacıyevin İsrail səfəri: .....                     Bakıya qar yağan kimi istilik kəsildi .....                     Bakıya sabah da qar yağacaq .....                     Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir .....                     “Xaliq Faiqoğlu" sərnişinlərini 1.5 saat çovğunda saxladı .....                     Maştağada tanışını öldürən "dəlixana"ya göndərildi .....                     Gəncə Regional Turizm İdarəsinə yeni rəis təyin olundu .....                     Əmək hüquqlarını pozduqlarına görə bir neçə şirkətə cinayət işi açılıb .....                     İrəvanın xəyalları gerçəkləşməyəcək .....                     Kəmaləddin Heydərov Siyavuş Novruzovun qardaşına vəzifə verdi .....                     Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? .....                     Ermənistandan Gürcüstana gedən yol bağlandı .....                     İpoteka və Kredit Zəmanət Fondu işçilərini “Qala Sığorta” 268 min manata sığortalayacaq .....                     Sülhəddin Əkbər keçirdiyi əməliyyatdan danışdı: .....                     Gürcüstan 3+3 platformasında... .....                     AZAL Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır .....                     Serenay Sarıkaya Azərbaycana "salam" göndərmək istəmədi .....                     İran-Azərbaycan əlaqələrində problemlər davam edəcək .....                     Yeni geosiyasi oyun: kim artıqdır? .....                     Vahid Avropa Ordusu: Tramp başqa çarə buraxmır .....                     Naxçıvanda İNTERNET PROBLEMİ... .....                     "Tramp Rusiyaya müttəfiq kimi baxır" .....                     Azərbaycanda dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am domeni bloklanıb .....                     Azərbaycanda hərbçilər ən çox bu qəzetləri oxuyurlar .....                     ABŞ Ermənistanda dəyişikliyə gedir .....                     Rusiyanın sülhə can atdığını görmürük .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa… .....                     Göyçayda yaşlı qadın sobada yandı .....                     Maliyyə Nazirliyi əlavə 6,3 milyon manata qənaət edə biləcək .....                     “BakıKart”ı doldurmaq üçün xeyli yol getməli, .....                     Məşhur amerikalı yazıçı Tramp və Maskı .....                     Məhkəmə xalasının atası ilə evləndiyini deyən müğənni ilə bağlı qərar verdi .....                 

USAİD-in Azərbaycandakı ƏLALTILARI – Gizli maliyyələşmə sxemi ilə bağlı YENİ FAKTLAR
Tarix: 19-02-2025, 13:03 | Çap et
USAİD-in Azərbaycandakı ƏLALTILARI
Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyətini fevralın 1-dən etibarən dayandırıb. Üstəlik təşkilatın xərclərinin ABŞ-ın milli maraqlarına uyğun olmadığı açıqlanıb. Tramp USAİD-ı Dövlət Departamenti ilə birləşdirməyi planlaşdırır.

ABŞ-ın Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask isə USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Mask USAİD-i “cinayətkar təşkilat” adlandırıb.

Sözü ilə əməli düz gəlməyən USAİD

1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən əsası qoyulmuş USAID-in kasıb və az inkişaf etmiş ölkələrə iqtisadi və humanitar yardım göstərmək üçün yaradıldığı deyilsə də əslində bu təşkilat Soyuq müharibə dövründə “yumşaq təsir” vasitə vasitəsi kimi layihələndirilmişdi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, doğrudan da USAİD yardım məqsədli yox, siyasi təşkilatdır.

Ötən müddətdə dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olduğu deyilsə də, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa, bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.

Təşkilat öz fəaliyyətini iki istiqamətdə aparırdı. Birinci mərhələdə USAİD onun pul kisəsindən asılı olan ultramedia qurumlarının vasitəsi ilə ideoloji iş aparılırdı, hansısa ölkədəki sosial problem qabardılırdı. Daha sonra isə USAİD tərəfindən adı çəkilən ölkəyə maliyyə yardımı edilirdi. Amma bir qayda olaraq problemin həllinə yönələn maliyyə vəsaiti məsələ ətrafında aparılan piara xərcələnən vəsaitdən daha az olurdu.

Bu da təsadüfi deyildi. Çünki ABŞ-ın məqsədi hansısa ölkədə olan sosial problemin həllindən daha çox o ölkədə mövqe qazanmaq və hökumətə təsir imkanları əldə etmək idi. Beləcə, az pulla ABŞ çox böyük işlər görməyə çalışıb. Lakin nəhəng maliyyə və ideoloji maşın olan USAİD fəaliyyətini şəffaf apara bilmədi. ABŞ büdcəsindən ayrılan pullar heç də həmişə Vaşinqtonun siyasi hədəfləri üçün xərclənmədi. Ona görə də Ağ Evin yeni sahibləri bu təşkilatı təftiş etməyi vacib bildi.

USAİD Azərbaycanda hansı layihələrdə maraqlı olub?

USAİD 1992-ci ildə Azərbaycanda peyda oldu. O zamandan təşkilat elm, təhsil və sosial sahələrdə bəzi layihələrə yardım edib. Amma təşkilatın əsas işi cəmiyyətin radikal üzvləri ilə olub. Milli dəyərlərin məhv edilməsi, dövlətin əsaslarının sarsıdılması üçün ölkəmizdəki radikal qüvvələrin hər zaman yanında dayanan USAİD bunun üçün kifayət qədər səxavətli olub. Cəmiyyətin demokratikləşməsinə töhfə kimi qələmə verilən layihələr əslində cəmiyyətdə qarşıdurma və ictimai-siyasi gərginlik yaradıb.

USAİD Azərbaycandakı fəaliyyətini necə qurmuşdu?

Təşkilat iki istiqamətdə iş aparırdı. Birinci istiqamət o idi ki, USAİD-in sponsor olduğu “The New York Times”,“Politico”,“Associated Press”, BBC, “Reuters”, “Frans-Press” və digər nəhəng media qurumlarında ölkəmizlə bağlı saxta ittihamlar yazılırdı.

Nəzərə alaq ki, təşkilat bu vaxtadək 700-dən artıq media orqanını, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalisti maliyyələşdirib. Daha sonra da həmin media qurumları və QHT-lər ayrı-ayrı ölkələr və o cümlədən Azərbaycan haqqında göstərişli yazılar yazıb, “hesabatlar” hazırlanıb. Təbii ki, ölkəmizdə anti-milli qüvvələrə həmin media orqanlarında səslənən tezislərlə bağlı müəyyən öhdəliklər götürüb.

Nəzərə alaq ki, ötən əsrin 90-cı illərində və 2000-ci illərin əvvəllərində USAİD Azərbaycanda bir sıra siyasi partiyaların, QHT-lərin və bəzi mətbu orqanların əsas donoru olub. Amma 2010-cu illərdən başlayaraq dövlətin apardığı siyasət və hazırlanan qanunvericilik bazası əsasında USAİD-in ölkəmizdə fəaliyyəti böyük ölçüdə məhdudlaşıb.

Amma "müstəqil" jurnalistlərə dəstək adı ilə ilə USAID təkcə iri mediaya deyil, həm də jurnalistlərə və regional KİV-lərə də dəstək verib. Bu fəaliyyət əsasən "Internews" və ya "Global Media Assistance" kimi proqramlar vasitəsilə həyata keçirilib. Məsələn, 2023-cü ildə USAID Şərqi Avropa ölkələrindəki “müstəqil” jurnalistlərə dəstək üçün 15 milyon dollar xərcləyib. Bundan əlavə yeni "müstəqil" platformaların yaradılmasına da təşkilat öz səxavətini əsirgəməyib.

“Jurnalist”lərə ayrılan milyonlar

Xəbər verdiyimiz kimi bu günlərdə “Turan” İnformasiya Agentliyi öz fəaliyyətini dayandırdı. Nə təsadüfdürsə 34 yaşlı Agentlik öz faəliyyətinə USAİD-in ölkəmizdə qadağan edilməsindən az sonra son verdi. Belə məqamda isə artıq şərhə ehtiyac yoxdur.

Qeyd edək ki, təşkilatın ölkəmizdəki mirzələri arasında “MeydanTV”, “Abzaz”, “ToplumTV” və digərləri də var.

Bundan əlavə, III Respublika Platforması adlı təxribatçı qurumun yaradılması birbaşa USAİD-lə bağlıdır. Belə ki, USAİD rəhbəri Samanta Pauerdən gələn sifariş əsasında qurulmuş platformanın məqsədi 2024-cü il 7 fevrala təyin edilmiş seçki ərəfəsində təxribat aksiyaları törətmək idi. “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanovun koordinatorluğu ilə yaradılmış bu platforma müəyyən təxribatlar törətsə də, Azərbaycan hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində tezliklə zərərsizləşdirilə bildi.

Eyni zamanda, qaçaqmalçılıqda ittiham olunan “Toplum TV” üzvlərinin də qrant aldığı təşkilatlar arasında USAİD-in də adı xüsusi qeyd olunur.

LGBT sponsorluğu

USAİD Azərbaycandakı fəaliyyət istiqamətlərindən biri də milli dəyərlərin məhvidir. Ötən dövrlərdə Azərbaycanda LGBT və digər üzdəniraq təşkilatların ayaq tutub yeriməsi üçün milyonlar xərclənib. Təsadüfi deyil ki, ötən ilin sentyabrında keçirilən parlament seçkiləri ərəfəsində ölkəmizin media gündəminə belə bir mövzunu sırımağa çalışırdılar: Azərbaycan parlamentində cinsi azlıqların nümayəndəsi niyə təmsil olunmur?

Guya ki, Azərbaycan dünyəvi və demokratik olduğunu bununla sübut etməlidir. Əslində isə bu və digər təşəbbüslər Qərbin həm ölkənin icra, həm qanunvericilik, həm məhkəmə və həm də “dördüncü hakimiyyət” adlandırılan mediada öz maraqlarının inikasını tapmaq idi.

Lakin milli ənənələrə sadiq olan Azərbaycan cəmiyyəti Qərbdən gələn “yad cisimləri” qəbul etmədi. Çünki cəmiyyətimiz üçün maraqlı olan milli və dövlətçilik ənənələri qoruyub inkişaf etdirməkdir.

Bizim.Media










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər" - AÇIQLAMA
Bu gün, 13:07
Rus ordusu Çasov Yardakı mikrorayonu ələ keçirdi
Bu gün, 13:05
Ermənistanın ABŞ-dəki səfiri Pentaqonda strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Bu gün, 13:03
Ukraynaya qarşı savaşan azərbaycanlının meyiti görün, HARDAN TAPILDI... - FOTO
Bu gün, 12:59
"Qorxmadınız, sözünüzü dediniz, məni yaşatdınız" - VİDEO
Bu gün, 12:55
Gəmilər lövbər dayanacaqlarına SIĞINDI: Neftçilər gözləməli olacaq... - FOTO
Bu gün, 12:46
“Baboş”a maşın alan Emin Hüseynovun dövlətə vergi borcu artır - DETALLAR
Bu gün, 12:41
İndi qərar anıdır: Ümid Rusiya-Çin savaşına qalıb - ŞƏRH
Bu gün, 12:33
Hikmət Hacıyevin İsrail səfəri: - Siyasi dönüş başladı…
Bu gün, 12:31
Bakıya qar yağan kimi istilik kəsildi - AXI NİYƏ?..
Bu gün, 12:28
Bakıya sabah da qar yağacaq - belə deyirlər...
Bu gün, 12:25
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..
Bu gün, 12:24
“Xaliq Faiqoğlu" sərnişinlərini 1.5 saat çovğunda saxladı - GİLEY
Bu gün, 12:21
Maştağada tanışını öldürən "dəlixana"ya göndərildi - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 12:18
Gəncə Regional Turizm İdarəsinə yeni rəis təyin olundu - BUNDAN SONRA...
Bu gün, 12:15
Əmək hüquqlarını pozduqlarına görə bir neçə şirkətə cinayət işi açılıb - TƏFƏRRÜAT
Bu gün, 12:12
İrəvanın xəyalları gerçəkləşməyəcək – Ermənistan ortada qalacaq
Bu gün, 11:54
Kəmaləddin Heydərov Siyavuş Novruzovun qardaşına vəzifə verdi - ƏMR
Bu gün, 11:50
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Bu gün, 11:40
Ermənistandan Gürcüstana gedən yol bağlandı
Bu gün, 11:37
İpoteka və Kredit Zəmanət Fondu işçilərini “Qala Sığorta” 268 min manata sığortalayacaq
Bu gün, 11:35
Sülhəddin Əkbər keçirdiyi əməliyyatdan danışdı: - “Ev şəraitindəyəm”
Bu gün, 11:34
Gürcüstan 3+3 platformasında... - nə siyasi, nə də iqtisadi iştirakda maraqlıdır
Bu gün, 11:33
AZAL Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır - DİQQƏT
Bu gün, 11:31
Serenay Sarıkaya Azərbaycana "salam" göndərmək istəmədi - VİDEO
Bu gün, 11:18
İran-Azərbaycan əlaqələrində problemlər davam edəcək - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:07
Yeni geosiyasi oyun: kim artıqdır? - İNCƏLƏMƏ
Bu gün, 11:04
Vahid Avropa Ordusu: Tramp başqa çarə buraxmır - AKTUAL
Bu gün, 11:02
Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Bu gün, 10:58
"Tramp Rusiyaya müttəfiq kimi baxır" - Analitik Blek
Bu gün, 10:54
Azərbaycanda dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am domeni bloklanıb
Bu gün, 10:49
Azərbaycanda hərbçilər ən çox bu qəzetləri oxuyurlar - SİYAHI
Bu gün, 10:37
ABŞ Ermənistanda dəyişikliyə gedir
Bu gün, 10:35
Rusiyanın sülhə can atdığını görmürük - Lemmi
Bu gün, 10:32
İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 10:28
Göyçayda yaşlı qadın sobada yandı
Bu gün, 10:17
Maliyyə Nazirliyi əlavə 6,3 milyon manata qənaət edə biləcək - ƏGƏR...
Bu gün, 10:12
“BakıKart”ı doldurmaq üçün xeyli yol getməli, ya da metroya DÜŞMƏLİDİRLƏR
Bu gün, 10:05
Məşhur amerikalı yazıçı Tramp və Maskı Putinə pərəstiş edən satqınlar adlandırdı...
Bu gün, 09:59
Məhkəmə xalasının atası ilə evləndiyini deyən müğənni ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 09:56
Səhər saatlarından paytaxtda qardan təmizlik işləri davam edir - FOTO
Bu gün, 09:54
“Kursus-Nizami” MTK-nın ÖZBAŞINALIĞI... SƏRHƏD TANIMIR! - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47
Zəngəzur Mis-Molibden Zavodunda nə baş verir? - "Sputnik Armeniya"
Bu gün, 09:43
Xalq artisti tarixi qalanı Bilgəhdəki bağında zəbt edib? -İDDİA
Bu gün, 09:42
Makrondan Putinə sərt sözlər: - “Rəqiblərini öldürür, seçkini saxtalaşdırırır...”
Bu gün, 09:39
Ağ Ev 3+3 əvəzinə Cənubi Qafqaz ölkələri ilə... - İLGİNC...
Bu gün, 09:34
“Azinşaat Servis” ASC-yə sədr və üzvlər seçiləcək - TOPLANTI
Bu gün, 09:28
Əslində mülki təyyarəyə açılan atəş həm də 22 fevral sazişinə açılmışdı - BU FAKTDIR...
Bu gün, 09:22
Ankara-Bakı-İrəvan arasında sülh sazişi imzalana bilər - ŞƏRH
Bu gün, 09:17
İrəvan referenduma hazırlaşır; il ərzində keçirilərsə... - 2025-də sülh sazişi imzalana bilərmi?
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru