Ayxan ölən dostunun adına bankdan 25 min krediti necə götürüb? - İLGİNC CİNAYƏT İŞİ
Tarix: 19-02-2025, 15:02 | Çap et
 Ölən dostunun adına bankdan 25 min manat kredit götürən şəxsin cinayət işinin təfərrüatı məlum olub. O, dəymiş zərərin 15 min manatını ödəyib. Bank isə əlavə 6 min manata yaxın pul istəyir.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxs 1990-cı il təvəllüdlü Ayxan Ağasəflidir.
İstintaqla müəyyən edilib ki, Ayxan Ağasəfli 2021-ci il tarixdə vəfat edən dostunun adına “PAŞA Bank” ASC-dən 25 min manat kredit götürüb.
O, mərhum dostu Zamiq Zülfüqarovun adına olan “Asan İmza” mobil telefon nömrəsi ilə bankın internet saytına daxil olaraq elektron ərizəni hazırlayıb. Kredit ayrıldıqdan sonra məbləği ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla mərc oyunlarındakı hesabına köçürüb. Sonra da özünə məxsus hesabına köçürməklə ələ keçirib.
Ayxan Ağasəfli özünü qismən təqsirli bilib. O, vergi sahəsində, kassa-nəzarət sistemində və mühasib kimi işlərdə çalışıb. Mərhum Zülfüqarla 7-8 il əvvəl Zərdabda tanış olduqlarını, aralarında dostluq münasibətlərinin yarandığını deyib.
Ayxan Ağasəflinin dostu Zamiqin Zərdab şəhərində ərzaq, meyvə-tərəvəz mağazası olub. Tanışlıqdan sonra Ayxan Zamiqin maliyyə işlərində ona kömək edib.
“Bir müddət sonra münasibətlərimiz daha da yaxşılaşdı. Şərikli şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladıq. Siqaret, içki və digər ərzaq mallarını topdan şəkildə alaraq pərakəndə formada mağazalara satırdıq. Sahibkarlıq fəaliyyətləri və VÖEN Zamiqin adına rəsmiləşdirilmişdi. Sahibkarlıq fəaliyyətləri ilə bağlı bütün hərəkətləri mən icra edirdim. Zamiq mənə etibarnamə vermişdi. Bizim vəsait çatışmazlığımız var idi. Buna görə kredit üçün müraciət etmişdik.
Bizim bank kartımız da Zamiqin adına idi, kartı etibarnamə ilə bankdan mən götürmüşdüm. “ASAN İmza” da məndə idi. Çünki ödənişləri, maliyyə hesabatlarını mən edirdim. İşlədiyimiz müddətdə 2-3 dəfə kredit də götürmüşdük”, - deyə Ayxan ifadəsinə əlavə edib.
Onun sözlərinə görə, dostu Zamiq 2021-ci ilin iyul ayında xərçəng xəstəliyindən vəfat edib.
Ayxanın dediyinə görə, Zamiq vəfat etsə də, biznes fəaliyyəti davam edib, firma və vergi borcları qalıb.
O, ödənişlərdə çətinlik çəkdiyi üçün Zamiqin adından kreditlə bağlı müraciət edib:
“Zamiq vəfat edəndən bir neçə ay sonra kredit üçün müraciət etdim. Pul köçəndən sonra mərc oyunlarının saytına yüklədim ki, nağdlaşdıra bilim. Az bir hissəsi ilə oyun oynadıqdan sonra nağdlaşdırdım. Pulları nağdlaşdırıb borcları ödədim. 1 il ödənişləri etdim. Sonradan ödənişlərdə gecikmələr başladı. Başqa şəxslərə də borclarım yarandı. Biznesdə də artıq ziyan edirdim. Bankdan mənə zəng gəlirdi. Çünki əvvəlki müraciətlərdə əlaqə nömrəsi kimi Zamiq mənim nömrəmi vermişdi. Bank işçilərinə krediti ödəyəcəyimi dedim. Xeyli müddət zənglər oldu, mən də ödəyəcəyimi dedim. Sonuncu dəfə 2 min ödədim. Sonra ödəniş edə bilmədim”.
Təqsirləndirilən şəxs əlavə edib ki, cinayət işi açıldıqdan sonra cəmi 15 min manat ödəniş edə bilib.
Bankın nümayəndəsi dəymiş ziyandan əlavə olaraq 5800 manat itirilmiş gəlirin də əlavə edilməsini, ümumilikdə 31 min manatın təqsirləndirilən şəxsdən tutularaq banka ödənilməsini istəyib.
Məhkəmə bankın itirilmiş gəlirlə bağlı hissəni qəbul etməyib. Qalan məbləğin Ayxan Ağasəflidən tutularaq banka ödənilməsi barədə qərar çıxarılıb. Məhkəmə Ayxanı dələduzluqda təqsirli bilərək barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib. O, bundan sonra elektron qolbaqla gəzəcək.
Qeyd edək ki, Ayxan dostunun adına onlayn kredit götürən zaman bankdan videogörüntülü təsdiq olmayıb. Çünki həmin zaman bu tətbiq işə salınmamışdı. Son zamanlar isə onlayn kreditlərin verilməsində müştərinin mütləq videogörüntü ilə təsdiqi tələb olunur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər" - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Rus ordusu Çasov Yardakı mikrorayonu ələ keçirdi
Bu gün, 13:05 |
|
|
|
• Ermənistanın ABŞ-dəki səfiri Pentaqonda strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Bu gün, 13:03 |
|
|
|
• Ukraynaya qarşı savaşan azərbaycanlının meyiti görün, HARDAN TAPILDI... - FOTO
Bu gün, 12:59 |
|
|
|
• "Qorxmadınız, sözünüzü dediniz, məni yaşatdınız" - VİDEO
Bu gün, 12:55 |
|
|
|
• Gəmilər lövbər dayanacaqlarına SIĞINDI: Neftçilər gözləməli olacaq... - FOTO
Bu gün, 12:46 |
|
|
|
• “Baboş”a maşın alan Emin Hüseynovun dövlətə vergi borcu artır - DETALLAR
Bu gün, 12:41 |
|
|
|
• İndi qərar anıdır: Ümid Rusiya-Çin savaşına qalıb - ŞƏRH
Bu gün, 12:33 |
|
|
|
• Hikmət Hacıyevin İsrail səfəri: - Siyasi dönüş başladı…
Bu gün, 12:31 |
|
|
|
• Bakıya qar yağan kimi istilik kəsildi - AXI NİYƏ?..
Bu gün, 12:28 |
|
|
|
• Bakıya sabah da qar yağacaq - belə deyirlər...
Bu gün, 12:25 |
|
|
|
• Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..
Bu gün, 12:24 |
|
|
|
• “Xaliq Faiqoğlu" sərnişinlərini 1.5 saat çovğunda saxladı - GİLEY
Bu gün, 12:21 |
|
|
|
• Maştağada tanışını öldürən "dəlixana"ya göndərildi - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 12:18 |
|
|
|
• Gəncə Regional Turizm İdarəsinə yeni rəis təyin olundu - BUNDAN SONRA...
Bu gün, 12:15 |
|
|
|
• Əmək hüquqlarını pozduqlarına görə bir neçə şirkətə cinayət işi açılıb - TƏFƏRRÜAT
Bu gün, 12:12 |
|
|
|
• İrəvanın xəyalları gerçəkləşməyəcək – Ermənistan ortada qalacaq
Bu gün, 11:54 |
|
|
|
• Kəmaləddin Heydərov Siyavuş Novruzovun qardaşına vəzifə verdi - ƏMR
Bu gün, 11:50 |
|
|
|
• Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Bu gün, 11:40 |
|
|
|
• Ermənistandan Gürcüstana gedən yol bağlandı
Bu gün, 11:37 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu işçilərini “Qala Sığorta” 268 min manata sığortalayacaq
Bu gün, 11:35 |
|
|
|
• Sülhəddin Əkbər keçirdiyi əməliyyatdan danışdı: - “Ev şəraitindəyəm”
Bu gün, 11:34 |
|
|
|
• Gürcüstan 3+3 platformasında... - nə siyasi, nə də iqtisadi iştirakda maraqlıdır
Bu gün, 11:33 |
|
|
|
• AZAL Bakı ilə Cənubi Koreyanın İnçheon şəhərləri arasında birbaşa çarter reysi açmağı planlaşdırır - DİQQƏT
Bu gün, 11:31 |
|
|
|
• Serenay Sarıkaya Azərbaycana "salam" göndərmək istəmədi - VİDEO
Bu gün, 11:18 |
|
|
|
• İran-Azərbaycan əlaqələrində problemlər davam edəcək - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:07 |
|
|
|
• Yeni geosiyasi oyun: kim artıqdır? - İNCƏLƏMƏ
Bu gün, 11:04 |
|
|
|
• Vahid Avropa Ordusu: Tramp başqa çarə buraxmır - AKTUAL
Bu gün, 11:02 |
|
|
|
• Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Bu gün, 10:58 |
|
|
|
• "Tramp Rusiyaya müttəfiq kimi baxır" - Analitik Blek
Bu gün, 10:54 |
|
|
|
• Azərbaycanda dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am domeni bloklanıb
Bu gün, 10:49 |
|
|
|
• Azərbaycanda hərbçilər ən çox bu qəzetləri oxuyurlar - SİYAHI
Bu gün, 10:37 |
|
|
|
• ABŞ Ermənistanda dəyişikliyə gedir
Bu gün, 10:35 |
|
|
|
• Rusiyanın sülhə can atdığını görmürük - Lemmi
Bu gün, 10:32 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 10:28 |
|
|
|
• Göyçayda yaşlı qadın sobada yandı
Bu gün, 10:17 |
|
|
|
• Maliyyə Nazirliyi əlavə 6,3 milyon manata qənaət edə biləcək - ƏGƏR...
Bu gün, 10:12 |
|
|
|
• “BakıKart”ı doldurmaq üçün xeyli yol getməli, ya da metroya DÜŞMƏLİDİRLƏR
Bu gün, 10:05 |
|
|
|
• Məşhur amerikalı yazıçı Tramp və Maskı Putinə pərəstiş edən satqınlar adlandırdı...
Bu gün, 09:59 |
|
|
|
• Məhkəmə xalasının atası ilə evləndiyini deyən müğənni ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 09:56 |
|
|
|
• Səhər saatlarından paytaxtda qardan təmizlik işləri davam edir - FOTO
Bu gün, 09:54 |
|
|
|
• “Kursus-Nizami” MTK-nın ÖZBAŞINALIĞI... SƏRHƏD TANIMIR! - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Zəngəzur Mis-Molibden Zavodunda nə baş verir? - "Sputnik Armeniya"
Bu gün, 09:43 |
|
|
|
• Xalq artisti tarixi qalanı Bilgəhdəki bağında zəbt edib? -İDDİA
Bu gün, 09:42 |
|
|
|
• Makrondan Putinə sərt sözlər: - “Rəqiblərini öldürür, seçkini saxtalaşdırırır...”
Bu gün, 09:39 |
|
|
|
• Ağ Ev 3+3 əvəzinə Cənubi Qafqaz ölkələri ilə... - İLGİNC...
Bu gün, 09:34 |
|
|
|
• “Azinşaat Servis” ASC-yə sədr və üzvlər seçiləcək - TOPLANTI
Bu gün, 09:28 |
|
|
|
• Əslində mülki təyyarəyə açılan atəş həm də 22 fevral sazişinə açılmışdı - BU FAKTDIR...
Bu gün, 09:22 |
|
|
|
• Ankara-Bakı-İrəvan arasında sülh sazişi imzalana bilər - ŞƏRH
Bu gün, 09:17 |
|
|
|
• İrəvan referenduma hazırlaşır; il ərzində keçirilərsə... - 2025-də sülh sazişi imzalana bilərmi?
Bu gün, 09:15 |
|
|
|
|