1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Ukrayna müharibənin 1085-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 853 030 hərbçi, 10 023 ədəd tank, 20 871 ədəd zirehli döyüş maşını, 22 976 ədəd artilleriya sistemi, 1 276 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1061 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 36 928 ədəd avtomobil texnikası, 24 919 ədəd PUA, 3057 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 742 xüsusi avadanlıq itirib.