Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                     Formatın süqutu: Rusiya nəyə ümid edir? .....                     Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır .....                     “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” .....                     Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” .....                     Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... .....                     “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” .....                     İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu .....                     "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ .....                     Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? .....                     ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır .....                     Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                 

Hakimiyyətdə Məmmədovlardan başqa məmur yoxdurmu?
Tarix: 24-04-2014, 13:36 | Çap et
Hakimiyyətdə Məmmədovlardan başqa məmur yoxdurmu?
Son günlər yerli mediada millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova aid olduğu deyilən 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline GTR35" markalı avtomobilin Zığ-Aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını və "avtoşluq" etməsini əks etdirən videosu yayılıb.

Sosial şəbəkələrdə yayımlanaraq ölkə gündəminə çevrilən bu hadisədən sonra Ziya Məmmədov başda olmaqla, Məmmədovlara qarşı kampaniya başlayıb. Ard-arda bir sıra saytlarda nazirin yaxın ətrafının korrupsiya və özbaşınalıq əməlləri barədə məlumatların yer alması məsələnin sıradan bir jurnalist marağı ilə deyil, hansısa görünməz əl tərəfində yönləndirildiyini göstərir.
Dünən də millət vəkilinin digər oğlu Elnur Məmmədova aid olduğu deyilən növbəti avtoşluq videosu mətbuatın əsas mövzularından birinə çevrilib. Həmin videoda 10 AZ 458 nömrəli "Mersedes S klass" markalı avtomobilin 260-a yaxın sürətlə yarışdığı əks olunub. Göründüyü kimi, Məmmədovlar hədəfdədir və getdikcə yeni-yeni faktların açıqlanacağına şübhə yoxdur.
Millət vəkili Elton Məmmədov mediada digər oğlu Elnur Məmmədovun avto-xuliqanlığı ilə bağlı yayılan videogörüntülər haqda danışarkən dedikləri də yuxarıda qeyd olunanların əsassız olmadığını göstərir. "Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Bu, mənə və övladlarıma qarşı təşkil edilmiş məqsədyönlü kampaniyadır", - deməklə ciddi qüvvələr tərəfində küncə sıxışdırıldıqlarını etiraf edir. Millət vəkili bildirir ki, bu hadisələrə mənim açıqlamamı öyrənmək lazım deyil, həqiqəti ortaya çıxarmaq lazımdır: "Bu atılan addımlar azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır. Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun, deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər görməyib". Onun sözlərinə görə, övladlarına və özünə qarşı olan bu kampaniyanın kimlər tərəfindən təşkil edildiyini bilir: "Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Əgər bunları yazan insanın vicdanı hələ də qalıbsa, onu Allaha həvalə edirəm. Bunu təşkil edənlərin kim olduğunu siz də yaxşı bilirsiniz. Mən də yaxşı tanıyıram bu işlərin sifarişini verən insanı. Təsadüf deyilən bir şey yoxdur. Bu videoları da mənim övladlarım adı ilə redaksiyalara göndərənlər təsadüfi adamlar deyil. Bu, məqsədyönlü kampaniyadır. Bunu təşkil edənlərin də iç üzünü Allah özü açıb göstərəcək".
Qeyd edək ki, Ziya Məmmədovun və onun yaxın ətrafının adı bundan əvvəl də korrupsiya və rüşvətxorluqda, dövlət vəsaitini mənimsəməkdə, eləcə də müxtəlif qanunsuz əməllərdə hallanıb. Onun son 10 il ərzində icra etdiyi infrastruktur layihələrdən milyardlarla vəsaitin mənimsənildiyi mütəxəsislər tərəfindən arqumentlərlə sübut olunub. Əks təqdirdə, Teymur Əliyev küçəsində dəyəri milyard dollarla ölçülən villaya sahib olmaq mümkün deyil. Son 7-8 ildə ölkədə inşa olunan yol, körpü, keçid, yolöütürücüləri tikintilərində maxinasiyaların olmasını həmin infrastrukturun qısa müddətdə sıradan çıxdığı da sübut edir. Yəqin, hakim komandada Ziya Məmmədovun və yaxın ətrafının bu əməllərindən ciddi narahatlıq var. Ona görə də Məmmədovların imperiyasının çökdürülməsi qərarının verildiyi açıq-aşkar hiss olunur. Görünür, Ziya Məmmədov və yaxın ətrafını zərərsizləşdirmək üçün öncə ictimai rəydə bu adamları məhv etmək planı həyata keçirilir. Çünki bir qrupu məhv etmək üçün ən doğru yol öncə onu ictimai rəydə linc etməkdən keçir. Bu səbəbdən də Məmmədovlar öncə mediada hədəfə alınıb və məhv edilməsi istiqamətində mütəmadi addımlar atılır.
"Demokratiyanın Müdafiəsinə Kömək" İctimai Birliyinin prezidenti, tanınmış hüquqşünas Vidadi İsgəndərli "Unikal"a açıqlamasında deyib ki, prezidentin özü müşavirələrdəki xəbərdarlıqları ilə o cür məmur və onların övladlarına qiymət verib. Onun sözlərinə görə, prezidentin dediyi kimi, bunlar qudurmuş və harınlamış bir dəstədir: "Ziya Məmmədovun qardaşı oğlunun avtoşluq macəraları da qudurmuşluq və harınlamışlığın nəticəsidir. Mən hələ 2010-cu ildə İctimai Televiziyada canlı yayımda prezidentə müraciət edərək bildirdim ki, bu adamlar qudurublar. Söhbət təkcə Ziya Məmmədovdan getmir, digərləri də var. Amma qudurmuşların qudurmuşu bunlardır. Sizə bir sirr açım. Ziya Mmmədovun oğlunun əyyaş olduğunu mən bilirdim. Onun Amerikada konqresmenlərlə oturub-durmasını, onları satın almasını izləyirdim və dəhşətə gəlirdim. Söhbət təkcə varlanmaqdan, harınlamış həyat tərzi sürməkdən getmir. Söhbət ondan gedir ki, bunlar o qədər qudurublar ki, ölkə prezidentinin humanistliyindən istifadə edirlər. Mən, 80-ci ildə hüquq faktultəsini oxumuşam, atam prokuror olub, amma maşını altmışla sürməyə ixtiyarım olmayıb. Amma bu gün bunlar görün nələr etmirlər? Xaricdə, orda-burda, hər yerdə adımızı batırırlar. Bunun qarşısı alınmasa, çox pis nəticələr olacaq. Başqa nazirlərin, deputatların da övladları var. Niyə ancaq bunlar belə əməllərlə gündəmə gəlirlər".
Hüquqşünas onu da bildirib ki, Z.Məmmədov onun və yaxın ətrafı barədə danışdığı üçün təzyiq və təhdidlərə məruz qalır. V.İsgəndərlinin sözlərinə görə, fevralın 15-də Məmmədovlar onu təhdid eləmək üçün üstünə çeçen reketləri göndəriblər: "Üç aydan çoxdur ki, bununla bağlı aidiyyatı orqanlara müraciət etmişəm, amma nəticə yoxdur. Elton Məmmədov təbii sərvətlərə baxır. Göyçayda çınqıl dağı var idi. Həmin dağı sözün həqiqi mənasında "əritdilər".Oranın materialını isə Ziya Məmmədov ipək yolunun çəkilişində işlədib. Amma smeta sənədlərinə baxanda qeyd olunur ki, guya o yola sərf olunan çınqılı xaricdən alırlar. Bu isə milyonlarla vəsait deməkdir. Deməli, bir tərəfdən təbiəti məhv edirlər, o biri tərəfdən də büdcə vəsaitini talayırlar. Əgər həmin layihələrə xərclənən vəsaitlərin mənbələrinə baxsanız görərsiniz ki, o pullar necə silinib. Ziya Məmmədov dağda çınqıl zavodu qurdurub. Ordan çınqılı yığıb yol çəkdirir, o tərəfdən də büdcə pulunu xaricdən çınqıl almaq adı ilə mənimsəyir".
Müsahibimiz Z.Məmmədovun digər qohumları barədə də ciddi faktlar açıqlayıb. "Mən, Ziya Məmmədovun başçı olan qardaşı Mənsur Mənmmədovla görüşmüşəm, onun nə qədər dar düşüncəli və özündənrazı olduğunu müşahidə eləmişəm. Bu adam 15 il bundan qabaq Moskva bazarında pomidor alveri ilə məşğul olurdu. İndi də pomidor alverçisi şüurundan çıxmayıb. Bunlara elə gəlir ki, ölkə başçısı axıra kimi harınlıqlarına göz yumacaq, hətta iddia edirlər ki, guya bunlara kiminsə borcu var. Fikir verin, Zərdab, Ucar, Mingəçevir, Quba və ətraf rayonlar Məmmədovların nəzarətindədir, hamısı da bərbad vəziyyətdədir. Siz gedin Ağdaşa, Qəbələyə, şəhəri çiçəyə döndəriblər. Üst-üstə 30 milyondan çox pul ayrılıb, amma Göyçay bərbad vəziyyətdədir. Pul ayrılan kimi mənimsəyirlər. Bilirsiniz də, zəli deyilən bir qurd var. İnsanın bədənindəki qanı sorur, şişərək yerə düşür. Bax, bu Məmmədovlar həmin funksiyanı yerinə yetiriblər. Artıq bunlar millətin qanın sorub qurtarıblar. Mən bu yaxınlarda onun Göyçayda bir zavodunu bağlatdırmışam. Deməli, bu adam yeyinti kombinatının həyətində zavod tikir və ölkə prezidentindən gizlədərək milyonlarla pul qazanır. Bir sözlə, bunlar mütəşəkkil cinayətkar dəstədir. Artıq bunlar bütün Azərbaycanı ələ keçiriblər və gücləri məcradan çıxıb. İndi dövlətçiliyə zərbə vura biləcək səviyyədədirlər", - deyə həmsöhbətimiz qeyd edib.
Bu kimi fəaliyyətin qarışısının alınmayacağı təqdirdə daha təhlükəli bir tendensiyanın başlayacağını vurğulayan V.İsgəndərli bildirib ki, Məmmədovlar indi də Çeçenistan prezidenti ilə əməkdaşlığa başlayıblar: "Gedib Çeçenistana 1,5 miylardlıq yatırım qoyublar. Bununla da Çeçenistanın reket prezidenti ilə dostluq edir. Burda bir şey olan kimi əleyhdarlarını çeçenlərlə qorxudurlar. Hər gün bu tayfanın nümayəndələri ilə bağlı bir şey çıxır. Sizə bir sirri də açım. Milli Şura yarananda Rusiya Azərbaycanda dövlət çevrilişi etmək istəyirdi. Məmmədovlar da o vaxt Rusiya komandasına qoşuldu ki, biz də burdayıq. Yəni demək istəyirəm ki, istər o vaxt Rza İbadovun məsələsində, istər bu məsələdə də onların hansı mövqedə dayandığı məlumdur. Onlar üçün vətən anlayışı yoxdur. Rusiyaya milyardlar yatırıb, hər an bir butulka şampana Azərbaycan dövlətini satmağa hazırdır. Prezident humanistlik edir və düşünür ki, insanlıqla hər şey həll olunacaq. Amma bu cür adamlara humanistliklə yanaşmaq lazım deyil. Belələrinə qarşı daha sərt davranmaq lazımdır ki, bir daha başqaları bu yola düşməsinlər. Dediklərimə görə məsuliyyət daşıyıram".
Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa isə məmur övladlarının qudurğanlığı, dəbdəbəli həyat tərzini sosial şəbəkələrdə reklam etdirməsinə orijinal münasibət bildirib: "Mən hesab edirəm ki, bununla bağlı məmur övladlarının hamısına təşəkkür eləmək lazımdır. Çünki onlar Azərbaycan xalqına çox böyük xidmət göstərirlər. Əksinə bunu stimullaşdırmaq lazımdır ki, kimlər ki, dəbdəbəli, sanki cəmiyyətin acığına belə bir həyat tərzi keçirirlərsə, qoy, övladları sayəsində cəzalanması baş versin. Mən konkret situasiya barədə dəqiq bir söz deyə bilmərəm, bu iddialar nə dərəcədə əsaslıdır, əsaslı deyil. Çünki bunları araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Ona görə də deputat həmkarımızın oğluyla bağlı məsələyə dəqiq məlumatım olmadığına görə münasibət bildirməyi etik cəhətdən doğru saymıram".
Amma F.Mustafa sözügedən situasiya ilə bağlı ümumən fikrini bildirib: "Nəticəyə diqqət edirsinizsə, adamlar var ki, 20-30 ildir eyni vəzifədə, eyni mövqedə durublar, onlara toxunan yoxdur. Ancaq sağ olsunlar, övladları kömək edirlər, onların cəzalandırılması məsələsi gündəmə gəlir. Ona görə də bu məsələyə yanaşmam müsbətdir. Stimullaşdırmaq lazımdır ki, hamı yarışsın, hamı maşınlarını üzə çıxarsın, hamı əyləncələrini nümayiş etdirsin. Bu, çox gözəl üsuldur. Ona görə də harınlıqlarını nümayiş etdirən məmur balalarını mükafatlandırmaq lazımdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Dünən, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Dünən, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Dünən, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Dünən, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Dünən, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Dünən, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Dünən, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Dünən, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Dünən, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Dünən, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Dünən, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Dünən, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Dünən, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Dünən, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Dünən, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Dünən, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Dünən, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Dünən, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru