Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? .....                     ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır .....                     Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                 

Yeni tikililərin В«kupçaВ» dərdi - PROBLEM
Tarix: 19-04-2014, 13:07 | Çap et
Yeni tikililərin В«kupçaВ» dərdi
Bakıdakı yeni tikililərdən cəmi-cümlətanı üçdə birinin В«kupçaВ»sı var. Son illər tikilmiş təxminən mindən çox yeni yaşayış binasından 300-ə qədəri dövlət qeydiyyatına alınıb.

Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların əldə edilməsi niyə belə çətindir? Məsuliyyət tikinti şirkətinin, yoxsa dövlət orqanlarının üzərinə düşür? Bu yazıda həm bu, həm də В«kupçaВ»sızlığın vətəndaşa yaratdığı əngəllərdən danışacağıq.

YAŞAMADIĞIN EVƏ GÖRƏ KOMMUNAL XİDMƏT HAQQI

В«Yeni BakıВ» yaşayış kompleksinin sakini, araşdırmaçı-jurnalist Gülər Mehdizadə deyir ki, 2 il əvvəl bu kompleksdə mənzil alanda 3 ilin tamamında binanın dövlət qeydiyyatına alınacağı deyilib. Yəni В«kupçaВ»nın alınmasına hələ bir il var deyə, Gülərlə həyat yoldaşı səbirlə gözləyir. Ancaq bu gözləmək onlara heç də havayı başa gəlmir:

В«O vaxtacan kompleks tam hazır olmalı, liftlər quraşdırılmalı, FHN təhlükəsizliyinə təminat verməlidir. Sonra söz veriblər В«kupçaВ» da olacaq. Bunun üçün binada 50 faiz yaşayış olmalıdır. Bizim mərtəbədə 2 ailə yaşayır, qalan 4 mənzil boşdur. В«KupçaВ» yoxdursa, qeydiyyata düşə bilmirsən. Məsələn, mən anamgildə, həyat yoldaşım bacısıgildə qeydiyyatdadır. Məsələ bundadır ki, biz qeydiyyatda olduğumuz yerlərdə də bəzi xərcləri ödəyirik, yeni mənzildə də. Bu binalarda kommunal xidmət haqqı kvadratmetrə görə hesablanır. Bu da anormaldır. 102 kvadratmetrlik evdə yoldaşımla mən yaşayacağıq. Ancaq 30 kvadratlıq yerdə daha çox adam yaşasa, daha çox xidmətdən yararlansalar da, daha az ödəyirlər. 2 ildir kommunal xidmətə görə hər ay 37 manat ödəyirik. В«KupçaВ» verilməsi üçün 50 faiz yaşayış olmasını gözləyirlər, ancaq yaşamasan da, səndən pul alırlarВ».

130-DAN ARTIQ SƏNƏD İSTƏNİLİR

Bakıda istismara qəbul olunan və çıxarış verilən yetərli sayda yeni tikili var. Təkrar bazara, təkrar alqı-satqıya daxil olanların da sayı az deyil. Ümumilikdə isə Bakıda inşa olunmuş 1000-dən artıq binadan təqribən 300-ə qədərinin, yəni təxminən 30 faizinin dövlət qeydiyyatına dair çıxarışı var. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı yeni tikilinin dövlət qeydiyyatına alınmamasının səbəbini tələb olunan çeşidli sənədlərdə görür:

В«Əsas problemlərdən biri ilkin qeydiyyat sənədlərinin, tikinti üçün alınan icazə və sərəncamların qaydasında olmaması, tikintinin aparıldığı torpaq sahəsinin sənədlərindəki problemlərdir. Məsələn, icarə, istifadə hüququyla götürülmüş torpaq sahəsində tikinti aparılıb.

Yaxud tikinti şirkəti 12-mərtəbəli binanın tikintisi üçün sərəncam alıb, ancaq tikdiyi bina 16-18 mərtəbədir. Yaxud 1-bloklu bina 2-blokluya çevrilib. Tikintiyə icazə alınıb, ancaq inşaat pasportu yoxdur. 130-dan artıq sənəd tələb olunur. 2-3-ü olmadıqda, problemlər yaranır. Vətəndaş müqavilə imzalayanda, MTK-nın təsis sənədlərinə, torpaq sahəsinə dair sərəncam və digər sənədlərə diqqət etməlidir. MMC-dirsə, tikilən binanın, azından torpaq sahəsinin ilkin çıxarışı mövcud olmalıdır. Təsdiqlənmiş eskiz və işçi layihələr olmalıdır. Müvafiq qurumların tikinti ilə bağlı razılaşdırılmış rəyi olmalıdır. İnşaat pasportu, tikintiyə icazəsi olmalıdırВ».

Bir tikinti şirkətinin adının çəkilməsini istəməyən təmsilçisinin fikrincə, bina sahibi bütün sənədləri qaydasında təqdim edirsə, əslində binanın qeydiyyata alınmasında heç bir problem yaşanmır. Yeni tikili FHN tərəfindən istismara qəbul olunandan sonra binanın təhlükəsizliyi ilə bağlı məsuliyyət dövlət orqanının üzərinə düşür deyə, dövlət orqanının bu işə tələbkar yanaşması anlaşılandır. Bu səbəbdən, məsələn, hansısa mərtəbədə betonun sıxlığı uyğun olmayanda, FHN sənədə qol çəkmir və bu da normaldır.

ANCAQ İSTİSMARA QƏBUL AKTI İLƏ

Bakıdakı yeni tikililərdən neçəsi dövlət qeydiyyatına alınıb? Qeydiyyata alınmayanlar üçün əsas səbəb nədir? Dövlət qeydiyyatına alınma prosesinin asanlaşdırılması gözlənirmi?

AzadlıqRadiosu bu suallara Əmlak Məsələləri Dövlət Komitəsindən cavab ala bilməyib. Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də nə telefon zənglərini, nə də elektron poçt məktublarını cavablandırıb.

Ancaq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bir müddət əvvəl bildirib ki, Bakıdakı yeni tikilmiş çoxmənzilli binalardakı mənzillərin dövlət qeydiyyatına alınması yalnız həmin binaların istismara qəbulundan sonra mümkündür. Onun dediyinə görə, yeni tikililərdəki mənzillərin hamısı qeydiyyata alınacaq, ancaq istismara qəbul aktı ilə. Komitə sədri bunu bəzi binaların tikintisinin yarımçıq qalması ilə əlaqələndirib:

В«Bəzi işbazlar tikəcəkləri binalardakı mənzilləri hələ bina tikilməzdən satmağa başlayırdılar. Hətta evlərin nömrəsini göstərməklə satırdılar. Amma bəzi hallarda o binaların tikintisi yarımçıq qalır, sonadək başa çatdırılmırdıВ».

Bütün bu halları nəzərə alaraq Komitə əmlakın qeydiyyatı üçün binaların istismara qəbulunu vacib sayır:

В«Ona görə də vətəndaşın məmnunluq prinsiplərini nəzərə alaraq biz yalnız faktiki mövcud olan, yəni istismara buraxılmış binaların qeydiyyatını aparacağıqВ».

MÜLKİ MƏCƏLLƏDƏ ZİDDİYYƏT

Hüquqşünas Vəfa Rüstəm yeni tikililərin çoxunun çıxarış ala bilməməsinin səbəbini bina sahiblərinin uyğun razılaşmaları əldə etməsi yolundakı əngəllərdə görür:

В«Xeyli mürəkkəb vəziyyətdir. Xeyli sənədlər, icazə almalıdırlar. Tikinti Məcəlləsində icazə nəzərdə tutulan və tutulmayan binalar var. Mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən az olan binanın tikintisi üçün məlumatlandırma tətbiq olunur. Yeni tikililər üçün icazə alınmalıdır. Fundament, 1-ci, 2-ci mərtəbə, dam örtüyü üçün icazə alınmalıdır. Şəxslərin təhlükəsizliyi baxımından vacib görünə bilər. Ancaq düşünürəm ki, bu, uzun prosesdir. Qazın, suyun çəkilməsi üçün sənədlər var.

​Ünvan verilməsi nisbətən rahat prosedurdur. İstismara qəbul aktı alınandan sonra Dövlət Reyestrindən çıxarış alırsan. Burda mühüm bir məqam Mülki Məcəllədə 178.8-ci maddənin yaratdığı situasiyadır. Belə ki, şəxs pulunu ödədiyi gündən evin mülkiyyətçisi sayılır. Dövlət reyestrinə düşməyən yeni tikilidəki mənzillər isə dəfələrlə satılır. Beləliklə, pul ödəyənlərin hamısının mülkiyyət hüququ yaranır. Bu səbəbdən dələduzluqla bağlı xeyli işlərə baxılır. Yəni, eyni məcəllədə qeyd olunur ki, çıxarış aldığı gündən şəxs mülkiyyət hüququ əldə edir. Digər tərəfdən, MTK-nın üzvü mənzilə görə haqqın ödənişi bitdiyi andan mülkiyyət hüququ əldə edirВ».

BİNA TİKİLİB, DÖVLƏT ORQANI GÖZ YUMUBSA...

Yeni tikilinin qeydiyyatı üçün tələb olunan sənədlər içərisində Bakı şəhər, yaxud rayon icra hakimiyyətlərinin sərəncamları, Torpaq və Xəritəçəkmə Komitəsi, Əmək Müfəttişliyi, Fövqəladə Hallar Nazirliyi, tikintiyə nəzarət üzrə digər aidiyyəti olan qurumların sənədləri var. Ancaq hüquqşünas İntiqam Əliyev həmin sənədlərin tam siyahısını əldə edə bilmədiyini söyləyir. Hüquqşünas məsələnin kökündə xaos və korrupsiyanın dayandığını düşünür:

Pleylistə əlavə etYüklə

В«Qanunvericiliyə görə, şəhərsalma planı olmalı, evlərin tikintisi bu plana uyğun aparılmalı, evlərin tikintisinin reyestri aparılmalıdır. Vətəndaş, media da istənilən məlumatı almalıdır. Bu sahə korrupsiya mənbəyi olduğundan məlumatsızlıq var. Azərbaycanda hər kvadratmetrin qiyməti hətta Avropa ölkələrində olduğundan yuxarıdır. Çünki vətəndaşın şirkətə ödədiyi pulun bir hissəsi rüşvət formasında dövlət orqanlarına verilib. Yeni tikilini FHN-nin, yaxud digər dövlət orqanının qəbul etməməsi anormal situasiyadır.

Tikinti qanunidirsə, dövlət orqanları ilk andan ona nəzarəti həyata keçirməlidir. 15-20-30 mərtəbəli bina şəhərin mərkəzində yüksəlməli deyil. Bina tikilib və dövlət orqanı da buna göz yumubsa, mənzil vətəndaşa satılıb, vətəndaş də pulu ödəyibsə, deməli, o bina qanunidir. Deməli, vətəndaş da rahatca sənədini ASAN-a təqdim edib, qeydiyyat çıxarışını almalıdır. Bizim apardığımız işlər var. Vətəndaşların evlərini, obyektlərini dövlət ehtiyacı adı altında sökürlər, sonradan həmin evlərin tikintisi üçün ayırırlar. Bu, çox zaman qeyri-rəsmi ayrılır. İcazəni kimin verdiyi, digər məlumatları almaq mümkün deyil. Yəni, tikilinin qanunsuz olmasının günahı pis idarəçilik sistemindədirВ».

POTENSİAL В«BOMJВ»

İndiliksə köçünü istismara verilməmiş, dövlət qeydiyyata alınmammış yeni tikililərə daşıyıb yaşayanlar az deyil. Çoxunu yaşadığı binanın qeydiyyatından çox, əlavə kirayə pul verməmək, borc-xərc təmir elətdirdiyi yeni mənzilində yaşamaq qayğılandırır. Qışın şaxtasında qazsızlıqdan yeni tikilidə soba qalayanlar da olur. Elə ictimai fəal Laçın Məmişov da vaxtilə yaşadığı yeni tikilini qazsızlıq üzündən tərk edib. Deyir, yeni mənzilinə qaz çəkilib, ancaq binanın dövlət qeydiyyatına alınmasından hələ səs-soraq yoxdur:

В«Fövqəladə Hallar Nazirliyi binanı nə vaxt təhvil götürsə, sakinlərə də şəhadətnamə veriləcək. Ancaq hələ bilinmir. Hər dəfə deyirlər ki, gələn ay olacaq. Binaya qaz çəkilişi başa çatdırılıb. Yəni, FHN təhvil alıb ki, qaz çəkilib. Hazırda mən öz mənzilimdə qeydiyyatda deyiləm. Qeydiyyatda olduğum ev də satılıb və yeni sahiblər qeydiyyatdan çıxmağımı istəyirlər. İndi müvəqqəti qeydiyyata düşmək üçün yer axtarıram. Yəni ordan da çıxsam, В«BOMJВ»a çevriləcəyəm. Gərək FHN təhvil almamış binada heç yaşayış olmasın. Ancaq təmir edənlər başlayır köçməyə. 15-ci mərtəbədə yaşayan qonşum lift qoyulmamışdan köçdü. Birinci girişdə lift vardı. Onunla qalxırdılar 18-ci mərtəbəyə, çıxırdılar dama, damdan keçib piyada düşürdülər 15-ci mərtəbəyəВ».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Dünən, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Dünən, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Dünən, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Dünən, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Dünən, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Dünən, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Dünən, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Dünən, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Dünən, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Dünən, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Dünən, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Dünən, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Dünən, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Dünən, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Dünən, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Dünən, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Dünən, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Dünən, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Dünən, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Dünən, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Dünən, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Dünən, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Dünən, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Dünən, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Dünən, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Dünən, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Dünən, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Dünən, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Dünən, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Dünən, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Dünən, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru