Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmirinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb. İqtisadiyyat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi əsaslı təmir işlərini “İdeal TM” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib.
Nazirliklə şirkət arasında bağlanılmış müqaviləyə əsasən, Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmirinə 6,4 milyon manat vəsait sərf olunacaq.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin sifarişi əsasında Mərkəzin təmiri işlərinin layihəsini “Sosial-İnkişaf Layihə” MMC hazırlayıb.