Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Avropa Parlamentinin üzvü Natali Luazo “Armenpress”in müxbiri ilə söhbətində bildirib ki, "Qərbi Azərbaycan" və ya "dəhliz" rəvayətlərinin (?) sülh danışıqlarında yeri olmamalıdır. Onun fikrincə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlarda “Qərbi Azərbaycan” və ya “dəhliz” məsələləri kənara qoyulmalıdır. Ermənipərəst mövqeyi ilə çoxdan tanıdığımız Avroparlamentin deputatı daha sonra ərz edib ki, heç bir ilkin şərt irəli sürülmədən, Ermənistanın suverenliyinə hörmət edən sülh sazişinin müsbət nəticəsi ola bilər. Sonra sözlərinə əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sabit sülh hər iki ölkənin mənafeyinə uyğun olmalıdır: “Ermənistan və Azərbaycan arasında davamlı sülh hər iki ölkənin ümumi məqsədi olmalıdır. İndiyə qədər Ermənistan xoşməramlılığını və güzəştə getməyə hazır olduğunu nümayiş etdirib. Azərbaycan buna dərhal adekvat şəkildə cavab verməlidir”. Qeyd edək ki, Avropa Parlamenti bir neçə gün öncə ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qalıb. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilib, reallıqlar təhrif olunub, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilib. Qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur. Qərbi Azərbaycan İcmasının Avropa Parlamentinin növbəti qətnaməsi əleyhinə yaydığı bəyanatında deyilib ki, Avropa Parlamenti bu gün qəbul etdiyi qətnamə ilə bir daha Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirdi. Bəyanatda, həmçinin bildirilib ki, bu həmin Avropa Parlamentidir ki, 1988-ci ildə biz Qərbi azərbaycanlılar Ermənistan tərəfindən öz dədə-baba yurdlarımızdan deportasiya edilərkən nəinki bunu pisləyib, əksinə, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistana birləşdirilməsinə çağırıb: "Budəfəki qətnamədə hərbi canilərə, Xocalı, Qaradağlı, Ağdaban qatillərinə simpatiya ifadə etməsi ilə Avropa Parlamenti zaman dəyişsə də, xislətinin dəyişmədiyini göstərmiş oldu".
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Qərbi Azərbaycan normativi Fransanı narahat edir. Ekspertin sözlərinə görə, Fransadakı erməni diasporasını tarixi torpaqlarımıza qayıdışımız narahat etməkdədir:
"Qarabağ erməniləri məsələsinə mütəmadi olaraq toxunan, onlarla bağlı bəyanat verən fransız deputatlar çox yaxşı bilməlidirlər ki, yerli xalq olan azərbaycanlılarla erməniləri müqayisə etmək absurddur. O ki qaldı danışıqlara, ehtimal edirəm ki, Ermənistanın özünü qeyri-adekvat aparması fonunda ölkəmiz tərəfindən tələblərlə bağlı yeni açıqlamaları eşidəcəyik. Lakin bundan qabaq qeyd edim ki, hazırda Azərbaycan və Ermənistan arasında razılaşdırılmamış məqamlardan biri - şərti sərhədlər yaxınlığında xarici qoşunların yerləşdirilməməsidir. Buna əlavə olaraq, rəsmi Bakı tərəfindən bu il ərzində azı 3 dəfə sərhədlər yaxınlığında məğlub dövlət tərəfindən ağır hücum xarakterli silahların yerləşdirilməsinin yolverilməz olduğu, delimitasiyanın zəruri olduğu bəyan edilib. Bu və ya digər tərəfdən, aydın olan bir məqam var. Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır, bölgə silahsızlaşdırılmalıdır. O ki qaldı qayıdışa, bu, zaman məsələsidir. Kimin nə istəməyindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq, qayıdış baş tutacaq".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Bu gün, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Bu gün, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Bu gün, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Bu gün, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Bu gün, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Bu gün, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Bu gün, 10:54 |
|
|
|
• "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Bu gün, 10:52 |
|
|
|
• Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Bu gün, 10:36 |
|
|
|
• “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31 |
|
|
|
• İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28 |
|
|
|
• Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12 |
|
|
|
• Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02 |
|
|
|
• “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52 |
|
|
|
• Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48 |
|
|
|
• Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46 |
|
|
|
• 326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41 |
|
|
|
• Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40 |
|
|
|
• Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38 |
|
|
|
• Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37 |
|
|
|
• Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35 |
|
|
|
• `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32 |
|
|
|
• Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27 |
|
|
|
• Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? - AKTUAL
Bu gün, 09:22 |
|
|
|
• Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO
Bu gün, 09:19 |
|
|
|
• Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... - Ekspert danışır...
Bu gün, 09:12 |
|
|
|
• Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? - Əsaslandırma...
Bu gün, 09:08 |
|
|
|
• Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... - Bakıya Ankara qardaşlığı...
Bu gün, 09:07 |
|
|
|
• AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb - DİQQƏT
Bu gün, 08:58 |
|
|
|
• Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21 |
|
|
|
• Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26 |
|
|
|
• Məşhur tiktoker yenidən həbs edildi - Bu maddələrlə...
Bu gün, 04:21 |
|
|
|
• "Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
Bu gün, 04:17 |
|
|
|
• Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurur? - Səfirliyin açılması üçün…
Bu gün, 04:12 |
|
|
|
• "Məsuliyyət Rusiyanın üzərinə düşür" - deputat
Bu gün, 04:07 |
|
|
|
• “Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” - Ağ Ev
Bu gün, 03:59 |
|
|
|
• 'Financial Times' qəzeti heç yayılmayan siyasi detalları ortaya sərdi - Azərbaycan Putindən açıq etiraf tələb edir
Bu gün, 03:56 |
|
|
|
• “City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Dünən, 22:15 |
|
|
|
• Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Dünən, 21:41 |
|
|
|
• ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Dünən, 21:36 |
|
|
|
|