“Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib .....                     Putinin üzrxahlığının PƏRDƏARXASI: .....                     "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir .....                     “Burada gecələyəcəyəm” .....                     Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib .....                     4 fenomen saxlanıldı, 3-ü isə axtarılır .....                     “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” .....                     Bakı "qara qutu"nu necə açdı: .....                     "Heç bir güzəştdən söhbət gedə bilməz" .....                     Daha 24 cənazə Azərbaycana gətirilir .....                     Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi .....                     Azərbaycanda polis generalı təqaüdə göndərilib .....                     Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib .....                     Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub .....                     AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb .....                     Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib .....                     Zelenski İlham Əliyevə zəng edib .....                     Təzyiqlərin heç bir nəticəsi olmayacaq .....                     Paşinyan niyə keçmişə qayıdır? .....                     “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? .....                     Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı .....                     Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: .....                     Bakıda yumurtanın qiyməti artıb? .....                     Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA .....                     “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” .....                     "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" .....                     "Düzgün qərar kimi dəyərləndirmək olar" .....                     Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək .....                     Nazirlik bu işə görə Harvard Universitetinə .....                     Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib .....                     Təyyarə yerə 100 metr qalmış… .....                     Belarus Prezidenti 20 nəfəri əfv edib .....                     Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? .....                     Paşinyan-Lukaşenko “savaşı” dərinləşir .....                     Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı .....                     Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ .....                     “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” .....                     Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək .....                     İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil .....                     "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." .....                 

Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Tarix: Dünən, 09:40 | Çap et
Azərbaycanın sülh şərti yerinə yetirilir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 25-də keçirdiyi brifinqdə bildirib ki, ATƏT-in Minsk Qrupu buraxılmalıdır.

O qeyd edib ki, Azərbaycanın və Ermənistanın belə bir birgə təkliflə çıxış etməsi ən yaxşı variant olacaq. Zaxarova vurğulayıb ki, Minsk Qrupunun həmsədrləri 2022-ci ilin fevralından Rusiya tərəfi ilə təmasları dayandırıblar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. “Biz bu barədə artıq şərh vermişik, lakin müvafiq açıqlamaların verildiyini nəzərə alaraq, bu mövzuya qayıdaq. Sadəcə xatırladıram: onların rəsmi nümayəndələri və Minsk Qrupunun həmsədrləri 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə təmasları dayandırıblar.

Başqa bir tərəfi isə budur ki, 2022-ci ilin oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqının sammitinin yekunlarına əsasən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin köklü şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib.

Deməli, Minsk konfransının bütün strukturları, Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in hazırkı sədrliyinin Qarabağ nizamlanması üzrə nümayəndəliyi-hamısı ləğv edilməlidir. Hesab edirik ki, bununla bağlı müvafiq qərarın qəbul edilməsinin optimal yolu Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə təkliflər planı irəli sürməsidir”, - Zaxarova əlavə edib.

Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistanla sülhün əldə edilməsi üçün Minsk Qrupunun ləğvini əsas şərtlərdən biri kimi irəli sürür.

Əslində, Azərbaycan bu məsələni dəfələrlə gündəmə gətirib. Sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiyanın “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində həmin şərtlə bağlı Ermənistanla fikir ayrılığının olduğunu deyib.

Dövlət başçısısının sözlərinə görə, bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Rəsmi İrəvan əvvəllər bununla bağlı verdiyi açıqlamada Minsk Qrupunun ləğvinə hazırda ehtiyac olmadığını bildirib. Paşinyan hakimiyyəti hesab edir ki, Minsk Qrupunun ləğvi yalınız tərəflər arasında sülh müqaviləsi imzalandıqdan sonra mümkündür.

“Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk Qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni Ermənistanın Minsk Qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”- Azərbaycan Prezidenti belə deyib.

Minsk Qrupunun ləğvini son illər baş verən həm regional, həm də beynəlxalq siyasi proseslər zəruri edir. İlk növbədə, Azərbaycan öz ərazilərini işğaldan azad etdiyinə görə Minsk Qrupunun fəaliyyətinə də ehtiyac yoxdur. Yəni “Dağlıq Qarabağ” münaqişəsi artıq başa çatdığı üçün artıq Minsk Qrupunun mandatı bitib. Belə olan halda Ermənistanla aparılan sülh danışıqlarında bu qurumun vasitəçiliyinə də zərurət qalmır.

Artıq Azərbaycanla Ermənistan sülh danışıqlarını daha çox ikitərəfli formatda və ya birbaşa aparmağa üstünlük verirlər. Bu prosesdə üçüncü dövlətin iştirakı isə yalnız müzakirələrin aparıldığı məkan kimi seçilir. Hətta vaxtilə Minsk Qrupuna həmsədrlik edən dövlətlər də danışıqlar prosesində demək olar ki, iştirak etmir. Bu da öz növbəsində Minsk Qrupunun mandatının ləğvini qaçılmaz edir.

Ermənistanın Minsk Qrupunu sülhün təminatçısı kimi saxlamaq cəhdləri isə daha çox Fransanın və ABŞ hakimiyyətindəki erməni lobbisinin prosesə müdaxiləsinə şərait yaratmaq məqsədi daşıyır.

Ona görə də rəsmi Bakı ATƏT-in Minsk Qrupunun mövcudluğunu sülh sazişinə maneə hesab edir. İkincisi, 2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra Rusiya və Qərb arasında diplomatik əməkdaşlıq dayandırılıb. Hadisələrin belə gedişi faktiki olaraq, Minsk Qrupunun dağılması ilə nəticələnib.

Bunu geosiyasi müharibə aparan Qərb və Rusiya rəsmiləri də etiraf edir. Hələ 2022-ci il aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Fransanın bu format çərçivəsində rəsmi Moskva ilə əlaqə saxlamaqdan imtina etdiklərini demişdi.

“ATƏT-in Minsk Qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər”,- Lavrov belə deyib.

2022-ci il noyabrın 18-də ABŞ Dövlət katibinin Qafqazda danışıqları üzrə baş müşaviri vəzifəsində çalışan Filip Riker də Minsk Qrupunun fəaliyyətinə xitam verildiyini bəyan etmişdi. “ATƏT-in Minsk Qrupu artıq fəaliyyət göstərmir. Vaşinqton yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma ilə məşğuldur.

Proseslər elə sürətlə inkişaf edir ki, artıq Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur”,-deyə Filip Riker bəyan edib. Yəni həmsədr dövlətlər Minsk Qrupunun artıq mövcudluğuna son qoyulduğunu etiraf edir.

Fransanın həmsədrlik vəzifəsini prezidentin xüsusi nümayəndəsi ilə əvəz etməsi isə rəsmi Parisin üçtərəfli əməkdaşlıq formatından çıxdığını göstərir. Lakin Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar prosesinin real diplomatik müstəviyə çevrilməsi ilə əlaqədar nəinki həmsədrlərə, hətta hər üç ölkənin təyin etdiyi xüsusi nümayəndələrin də fəaliyyətinə ehtiyac qalmadı. Bu baxımdan, ABŞ, Fransa və Rusiya siyasi strukturu dağılmış və bərpa etməkdə maraqlı olmadığı bir qurumu Ermənistanın saxlaya biləcəyi qeyri-ciddi səslənir.

Müşfiq Abdulla
"Cebheinfo.az"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04
Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02
"Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59
“Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58
Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55
4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17
“Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13
Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08
"Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04
Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57
Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53
Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50
Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00
Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58
Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57
Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54
Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02
Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00
“Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05
Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03
Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01
Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59
Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57
“Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56
"Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41
"Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38
Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32
Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29
Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27
Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24
Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21
Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Dünən, 11:18
Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Dünən, 11:15
Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Dünən, 11:02
“Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:57
Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Dünən, 10:56
İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Dünən, 10:54
"Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Dünən, 10:52
Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Dünən, 10:44
Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Dünən, 10:42
BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Dünən, 10:36
“Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Dünən, 10:31
İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Dünən, 10:28
Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Dünən, 10:17
Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Dünən, 10:12
Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Dünən, 10:02
“Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Dünən, 09:52
Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Dünən, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru