BDU-nun 6 tələbəsi qalib oldu
Tarix: 9-12-2024, 16:48 |
Çap et
Bakı Dövlət Universitetinin 6 tələbəsi Medianın İnkişafı Agentliyi və “AzerGold” QSC-nin birgə təşkilatçılığı keçirilən “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibi olub.
Bunu TNS-ə BDU-nun mətbuat xidmətindən məlumat veriblər. Məlumatda bildirilib ki, BDU-nun tələbələri Nurlan Cəbrayılzadə, Nahid Xəlilov, Safura Məmmədova müsabiqənin “Onlayn qəzet”, Günel Məmmədova, Səmayə Qədirova və Alidə Məmmədova isə “Reportaj” nominasiyaları üzrə mükafatlarına layiq görülüblər. Tədbir çərçivəsində “Yaşıl həmrəylik və dayanıqlı inkişaf mediada” adlı ideya müsabiqəsi də keçirilib. BDU-nun lll kurs tələbələri Nurlan Cəbrayılzadə, Nahid Xəlilov və Safura Məmmədovanın təmsil olunduğu "Eko-PROQRESS" komandası ideya müsabiqəsinin qalibi olub.
469042849_9626397794043089_743553033407542250_n
Müsabiqənin fəal iştirakçısı Nurlan Cəbrayılzadə həm də BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşıdır.