Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Tarix: 29-11-2024, 17:41 |
Çap et
Rusiya Cənubi Qafqaz üzrə "3+3" platformasını tamhüquqlu təşkilata çevirmək istəyir.
Modern.az-ın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
Ətraflı
O qeyd edib ki, rəsmi Moskva bu istiqamətdə iş aparır. Qaluzin bildirib ki, Moskva region ölkələrinin maraqlarının uzlaşmasında "3+3" regional əməkdaşlıq platformasına mühüm yer ayırır.
Qeyd edək ki, "3+3" formatı İkinci Qarabağ müharibəsindən sonra irəli sürülüb. “3+3” formatının ilk görüşü 2022-ci ildə Moskvada, 2023-cü ildə Tehranda, bu il isə Ankarada baş tutub. Platformaya Gürcüstan daxil edilsə də, Tbilisi görüşlərdə iştirak etməyib.