İran İsrailin son hücumlarına cavab verəcəkmi? - ŞƏRH
Tarix: 6-11-2024, 10:13 | Çap et
 “ABŞ-də mümkün hakimiyyət dəyişikliyindən öncə İsrailə zərbə vurmaq cavab tədbirlərin görülməsi baxımından İrana sərf edir”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, baş verən proseslərə baxdıqda, İranın İsrailə hücum edəcəyi ehtimalı daha çox görünür: “Burada bir neçə amilə diqqət yetirmək lazımdır. Hər şeydən öncə İsrailin 26 oktyabr hücumuna İranın cavab verəcəyi məsələsi ölkədə yüksək səviyyədə elan edilib. Bu həm prezident səviyyəsində, həm də İranın Ali rəhbəri bu məsələ iə bağlı tapşırıq verib. Bu o deməkdir ki, cavab verilməsə, bu siyasi iradənin geri addım atması deməkdir. Bunun isə İran üçün həm daxili ictimai rəydə doğru qəbul edilməməsi, həm də ən vacib məsələ kimi müqavimət oxu adlandırılan coğrafiyadakı İranın onsuz da zəifləyən nüfuzunun daha da pis vəziyyətə düşməsi deməkdir”.
Siyasi şərhçi bildirib ki, Qəzza müharibəsi başladıqdan sonra İranın bu coğrafiyada qüvvələr arasında etibarı əvvəlki kimi deyil: “Çünki İranın bu açıqlaması o yöndə olub ki, onlar Fələstini müdafiə edcəklər, lakin bu prosesdə heç bir addım atmırlar. Paralel olaraq, İsrail tərəfindən “Hizbullah”a qarşı zərbələr endirilir. “Hizbullah”ın lideri Həsən Nəsrullahın ölümündən sonra belə İran yenə bu prosesin qarşısını ala bilmir. Ona görə də səhnə xatirinə olsa belə İran hər hansı addım atmalıdır. İsrailə heç bir zərər vura bilməsə belə, ən azından zərbə endirməyə məcburdur. Burada əsas vacib məsələnin zərbənin nə vaxt endiriləcəyi ilə bağlıdır”.
A.Nərimanlı qeyd edib ki, zərbənin endiriləcəyi ehtimalını artıran amillərdən biri də ABŞ-də keçiriləcək seçkilərlə bağlıdır: “Hesab edirəm ki, ABŞ-dəki seçkilər İranı bu zərbəni endirməyə tələsdirə bilər. Bu proses seçkidən bir neçə gün sonra da baş verə bilər. Burada əsas məsələ ABŞ-dəki hakimiyyət dəyişikliyi ilə bağlıdır. Çünki ABŞ-dəki hazırki hakimiyyət-demokratların hakimiyyəti İran və İsrail arasında böyük qarşıdurmanın qarşısını alan qüvvədir. İsrail nə qədər İranı böyük müharibəyə cəlb etməyə maraqlı olsa da, bu ABŞ-nin istəyi ilədir. İndiyə qədər bu baş verməyib. İsrailin İrana hücumları zamanı da məhz nüvə və enerji obyektlərinin vurulmaması da Amerikanın istəyi ilə baş verib”.
Siyasi şərhçi hesab edir ki, bu məsələ İranın maraqlarına uyğun gəlir, çünki, İran özü belə bir böyük müharibəyə qoşulmaq istəməz və daha çox hibrid xarakterli aparır: “Əgər İsraillə İran arasında daha açıq formada müharibə başlayarsa, bu ABŞ-nin özünün də məcbur olaraq müharibəyə qoşulmasına gətirib çıxara və İrana qarşı beynəlxalq koalisiya yarana bilər. Bu Amerikaya sərf etmədiyi kimi İrana da sərf etmir və maksimum dərəcədə ehtiyatlı davranır. Bu baxımdan ABŞ-də mümkün hakimiyyət dəyişikliyindən öncə İsrailə zərbə vurmaq İrana cavab tədbirlərin görülməsi baxımından sərf edir. Təcrübə göstərdi ki, İran və İsrail bir-birinə qarşı cavab zərbələri endirsə də, bu açıq müstəvidə müharibəyə səbəb olmur və dediyim kimi, bunun əsas səbəblərindən biri ABŞ-nin administrasiyasının böyük müharibəyə razı olmamasıdır. Ona görə də tərəflər arasında vəziyyətə maksimum dərəcədə nəzarət etməyi bacarır”.
“İran da bilir ki, əgər demokratların hakimiyyətdə olduğu dövrdə cavab tədbiri görsə, bu yenə də İran və israil arasında böyük müharibəyə səbəb olmayacaq. Yəni, proseslər tam nəzarətdən çıxmayacaq. Ona görə də ABŞ-də hakimiyyət dəyişikliyi İran üçün əsas qırmızı xətlərdən biridir. Əgər hakimiyyət dəyişikliyi olsa və Tramp hakimiyyətə gələrsə, bu, İsrailin istəyi ilə İrana qarşı koalisiyanın yaranmasına qədər gətirib çıxara bilər. İrana qarşı ən sərt mövqeni Tramp sərgiləyir. İran məhz onun hakimiyyətə gəlməsi ehtimalına qarşı bu prosesdən qabaq zərbə endirə bilər. Bununla da həm də öz imicini qorumaq, İsraili cəzalandırmaq görüntüsü yaratmaq baxımından məhz bu ərəfələrdə də zərbə endirə bilər. Amma hakimiyyət dəyişikliyi baş verərsə, İranı yaxın günlərdə zərbə endirməyə sövq edə bilər, çünki hakimiyyət dəyişikliyi olsa belə təhvil-təslim prosesi yanvar ayına qədər baş verir. İran həmin müddətə qədər cavab tədbiri görə, İsraillə böyük müharibəyə getmədən cavab verə bilər”, - politoloq əlavə edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Bu gün, 17:41 |
|
|
|
| • Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Bu gün, 17:40 |
|
|
|
| • Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02 |
|
|
|
| • Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59 |
|
|
|
| • ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58 |
|
|
|
| • “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56 |
|
|
|
| • 114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51 |
|
|
|
| • Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14 |
|
|
|
| • Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07 |
|
|
|
| • 62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06 |
|
|
|
| • Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00 |
|
|
|
| • Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57 |
|
|
|
| • Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38 |
|
|
|
| • Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21 |
|
|
|
| • Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20 |
|
|
|
| • "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06 |
|
|
|
| • Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01 |
|
|
|
| • Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59 |
|
|
|
| • Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54 |
|
|
|
| • “Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48 |
|
|
|
| • Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44 |
|
|
|
| • Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25 |
|
|
|
| • Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11 |
|
|
|
| • TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
| • İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02 |
|
|
|
| • Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57 |
|
|
|
| • "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54 |
|
|
|
| • İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26 |
|
|
|
| • Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19 |
|
|
|
| • Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11 |
|
|
|
| • Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09 |
|
|
|
| • Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07 |
|
|
|
| • “Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03 |
|
|
|
| • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58 |
|
|
|
| • Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56 |
|
|
|
| • “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51 |
|
|
|
| • Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49 |
|
|
|
| • Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19 |
|
|
|
| • 74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17 |
|
|
|
| • Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15 |
|
|
|
| • Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03 |
|
|
|
| • Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01 |
|
|
|
| • İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44 |
|
|
|
|