Məcburi Köçkünlərin Məlumatları Sistemi yaradılır - DETALLAR
Tarix: 4-11-2024, 08:41 |
Çap et
Məcburi Köçkünlərin Məlumatları Sistemi yaradılır.
Bu barədə İqtisadiyyat.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məlumat əldə edib.
Artıq sistemin yaradılması ilə bağlı Dövlət Komitəsi tərəfindən hazırlıqlara başlanılıb.
Burada məcburi köçkünlərin sayı, onların ailə vəziyyəti, sakini olduğu və məskunlaşdığı yaşadığı məntəqəsi, iş yerləri və s. haqqında məlumatlar öz əksini tapacaq.
Eyni zamanda, sistem üzərindən məcburi köçkünlər arasında sorğuların keçirilməsi üçün də modullar yaradılacaq.
Dövlət Komitəsi sistemin yaradılmasına 1 milyon manata yaxın vəsaitin sərf olunacağını proqnozlaşdırıb.