İsrail polisi və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) birgə keçirdiyi əməliyyat zamanı ölkənin mərkəzində yerləşən Lod şəhərinin sakinləri Rafael və Lalə Quliyevlər saxlanılıb.
Ölkə.Az İsrail mediasına istinadən xəbər verir ki, onlar İran kəşfiyyat xidmətlərinin tapşırıqlarını yerinə yetirirmiş.
Məlum olub ki, şübhəlilər İsraildəki təhlükəsizlik obyektlərinin, Mossadın qərargahının monitorinqi və israilli alim haqqında kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olublar.
"Quliyevə orada qətli törədəcək şəxsin tapılması da tapşırılıb", - deyə bildirilir.