Quba Rayon İcra Hakimiyyəti ehtimal qiyməti 218 min 132 manat olan tender müsabiqəsi (Açıq tender) elan edib. Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi Quba şəhəri 29-cu məhəllədə yerləşən 3 mərtəbəli yaşayış binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlıdır. Qeyd edək ki, əsaslı təmir işləri 3 mərtəbəli binanın xarici səthinin təmirini əhatə edəcək.