“Səliqəli” saxtakarlıq – Gürcü müxalifəti dirəniş göstərir, Qərb izləyir
Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ölkə Prezidenti Salome Zurabişvilinin qeyri-rəsmi liderliyi ilə müxalif partiyalar seçkinin saxtalaşdırıldığını əsas gətirir və nəticələri tanımırlar. Prezident 28 oktyabrda xalqı parlamentin qarşısında toplaşmağa səslədi və çoxminlik mitinq keçirdi. Oktyabrın 28-də parlament binası qarşısında keçirilən mitinqdə Zurabişvili ilə yanaşı, müxalif partiyaların liderləri də xalqa müraciət etdilər.
Müxalifət partiyaları Gürcüstanda beynəlxalq seçki administrasiyası tərəfindən təkrar seçkilərin keçirilməsini tələb edirlər. Əks halda, müxalif partiyalar qazandıqları mandatdan imtina edəcəklərini bildiriblər. Prezident isə sona qədər xalqla bərabər olacağına söz verib.
Dünən isə Gürcüstan Baş Prokurorluğu parlament seçkilərində saxtakarlıq iddiası ilə bağlı araşdırmaya başlayıb. Araşdırmalara əsasən, oktyabrın 31-də Prezident Salome Zurabişvili də ifadə vermək üçün çağırılıb.
Qonşu ölkədə etirazlar dinc şəkildədir, amma qələbə qazandığını iddia edən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası ehtiyyat tədbirlərinə başlayıb. Məsələ burasındadır ki, Avropa və ABŞ-ın timsalında Qərb seçkilərin nəticələrindənm narazıdır. Bununla “Gürcü Arzusu”na təzyiq siyasətinə keçəcəyi gözlənilir. İddialara görə, hakim partiya parlamentə düşən müxalifət partiyalarından bir neçəsi ilə danışıqlar aparır ki, legitimliyini təmin etsin.
Xatırladaq ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. MSK-nın məlumatına görə, 3111 seçki məntəqəsindən 3109-nun (99 936 faiz) protokolları nəzərdən keçirilib. Məlumata görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 53,93 faiz səs (1 milyon 118 min 796 səs) toplayıb. İkinci yerdə 11,03 faiz səslə (228 821 səs) “Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” qərarlaşıb. “Birlik – Milli Hərəkat” 10,16 faizlə (210 787 səs) üçüncü, “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq naminə” 8,81 faizlə (182 839 səs) dördüncü, “Gürcüstan naminə Qaxariya” Partiyası isə 7,77 faizlə (161,215 səs) beşinci yerdə qərarlaşıb.
Qonşu ölkədəki seçkilərdən sonrakı durum və perspektivlərlə bağlı AYNA-nın suallarını əslən Gürcüstandan olan siyasi şərhçi Şahin Cəfərli cavablandırıb. Politoloq qeyd edib ki, gözlənilməz heç nə baş vermədi:
-Seçki kampaniyası zamanı verilən bəyanatlar indiki nəticənin sürpriz olmadığını deməyə əsas verir. Kampaniya hakim “Gürcü Arzusu”nun dominantlığı şəraitində keçdi. Hakim qüvvələr əllərində olan resurslarından, dövlətin imkanlarından maksimum faydalandı. Nəticə də göz qabağındadır. Kampaniya müddətində hakim partiya nümayəndələrinin bəyanatlarındakı ritorikaya baxsaq görərik ki, seçkiləri uduzsalar belə, hakimiyyəti müxalifətə verməyəcəkdilər. Çünki aqressiv ritorikadan istifadə etdilər, müxalifəti “vətən xainləri” kimi təqdim etdilər, xaricdən təlimatla hərəkət edən “agentura şəbəkəsi” adlandırdılar. Əsas vəd də ondan ibarət idi ki, “Gürcü Arzusu” konstitusion çoxluq qazanarsa, müxalifəti tamamilə sıradan çıxaracaq, fəaliyyətlərini qadağan edəcək, məhkəmə qarşısına çıxaracaqlar. Lakin hakim partiya qələbə qazansa da, konstitusion çoxluq qazana bilmədi. İndi əsas sual budur: Gürcüstanda bundan sonrakı proseslər hansı istiqamətdə gedəcək?
- Sizcə, hansı istiqamətdə gedəcək?
- İndi seçkilərdə qanun pozuntuları ilə bağlı araşdırmalar gedir. Bu araşdırmanın nəticəsi də müxalifətin etirazlarında önəmli rol oynayacaq. Onu qeyd etmək lazımdır ki, bu seçkilərdə total saxtakarlıq olmayıb. Seçki qutularına topa bülleten atılması ilə cəmi bir fakt ortadadır. Həmin məntəqənin də nəticələri ləğv edildi. “Gürcü Arzusu” saxtakarlığı çox səliqəli şəkildə həyata keçirdi. Onu demək lazımdır ki, “Gürcü Arzusu”nun Gürcüstan cəmiyyətində dəstəyi var. Həqiqətən də bu partiya nüfuzuna görə ölkədə birinci partiyadır. Müstəqil “exit-poll” keçirən qurumların rəyinə görə də “Gürcü Arzusu” 41 faiz səslə birinci yer tutub. Sadəcə “Gürcü Arzusu” parlamentdə çoxluq yaratmaq üçün 50 faizi keçməli idi ki, incə saxtakarlıqla buna nail oldu. Bunu da qutulara bülletenlərin doldurulması yolu ilə yox, əyalətlərdə, xüsusilə, milli azlıqların yaşadıqları ərazilərdə qabaqcadan bu səsləri təşkil etdilər. Zurabişvilinin iddia etdiyi “erməni karuseli” formasında saxtakarlığa əl atıldı. Bu da o deməkdir ki, əvvəlcədən seçicinin şəxsiyyət vəsiqəsini götürüblər, nömrəsi ilə bir neçə məntəqədə səs verilib.
Məsələ burasındadır ki, gürcü müxalifətinin bu saxtakarlığı sübut etməsi çətindir, çünki müxalifətin əlində güman ki, külli miqdarda faktlar yoxdur. Eyni zamanda, ilk dəfə bu seçkilərdə seçkilər elektron üsulla da keçirilib. Elektron sistemdə saxtakarlıq faktlarını əldə etmək də çox mürəkkləbdir. Düzdür, müxalifət iddia edir ki, saxtakarlıqla bağlı ifşaedici materiallar var. Hər halda, baxaq görək, nəyi ifşa edəcəklər. Demək istədiyim odur ki, proseslər həm də seçki saxtakarlığı faktlarının araşdırmasının nəticəsindən də asılıdır.
- Bu araşdırma çərçivəsində Prezident Zurabişvili də Baş Prokurorluğa dindirilməyə çağırıldı...
- “Gürcü Arzusu” bununla demək istəyir ki, araşdırma aparılır. Zurabişvilini Baş Prokurorluğa çağırmaqda məqsədləri Prezidentin iddiası ilə bağlıdır. Ona deyirlər: əlinizdə olan faktları təqdim edin. İndi görək müxalifəti dəstəkləyən Prezident hansı faktları ortaya qoya biləcək, əlində nələr var. Bu, sanki gözdən pərdə asmaq üçün başladılar prosesdir və nəticələrinin nə olacağı aydındır.
- Qərbin seçkilərin nəticəsi ilə bağlı qəti mövqeyi görünmür. Düzdür, saxtakarlıq faktlarının araşdırılması ilə bağlı çağırışlar var, amma sanki sərt mövqe görünmür...
- “Gürcü Arzusu” bu çağırışlara cavab verdiyini bildirir və araşdırma aparıldığını göstərir. Bununla hakimiyyət demək istəyir ki, “biz həqiqətən də saxtakarlıq faktlarının üzə çıxmasında maraqlıyıq”. Mənə elə gəlir ki, “Gürcü Arzusu” seçkilərdə 60 faizdən çox səs qazandığını elan edə, konstitusion çoxluğu qazana bilərdi. Amma bunu hakim partiya özü qəsdən etmədi. Bununla Qərblə münasibətlər məsələsində sanki əl yeri saxladı. Eyni zamanda, “Gürcü Arzusu” rəhbərləri bəyan edirlər ki, Avrointeqrasiya siyasi kursu davam edəcək. Bu mesajları Qərb anlayır. Sanki Qərb gözləmə mövqeyindədir, proseslərin hansı istiqamətə yön alacağını izləyir. Bundan sonra yəqin ki, Qərbdən qəti mövqe bildiriləcək.
Onu da qeyd edim ki, əslində Gürcüstan hakimiyyəti Qərblə əlaqələri kəsmək istəmir. Onsuz da, “Gürcü Arzusu”nun belə bir rahatlığı da yoxdur. Çünki Gürcüstanın Qərbin təzyiqlərinə dözümü yoxdur. Sabah Qərb həqiqətən də Gürcüstana qarşı sanksiyalar tətbiq edərsə, bu ölkənin ayaqda qalması mümkün deyil. Ona görə də Gürcüstanın Qərbdən uzaqlaşma siyasətinə başladığı, Rusiyaya doğru irəlilədiyini demək tezdir. Bunu Qərbdəkilər də anlayırlar. Hər halda, yenə deyirəm, Gürcüstanda bundan sonrakı siyasət izlənilir və ona uyğun da Qərb tərəfindən müvafiq addımlar atılacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Fransa hələ də Azərbaycanın öz gücünə..." - AKTUAL
Bu gün, 13:13 |
|
|
|
• Evdən 400 ədəd ətçəkən oğurlandı - Şübhəli qonşularıdır
Bu gün, 13:06 |
|
|
|
• "Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələrin müəllifləri, Fransa və onu "bəsləyən" lobbidir" - deputat
Bu gün, 13:01 |
|
|
|
• Talıbovların keçmiş biznes ortağını məhkəməyə verdilər - SƏBƏB
Bu gün, 12:57 |
|
|
|
• Rafael və Lalə Quliyevlər İsraildə saxlanıldı - İran əməliyyatı
Bu gün, 12:55 |
|
|
|
• Hacı Məmmədovun adamı ilə bağlı qərar verildi - FOTO
Bu gün, 12:48 |
|
|
|
• Bəzi yerlərdə zəif duman olacaq... - belə deyirlər...
Bu gün, 12:45 |
|
|
|
• Mərkəzi Bank Gəncə və Quba Regional Mərkəzlərini, Sumqayıt Şəhər İdarəsini bağlayır - DETALLAR
Bu gün, 12:42 |
|
|
|
• "Qızlar qayınana ilə evlənirsə, toyxanada gəlinlə yanyana qayınana otursun... - Niyə bəy oturur?"
Bu gün, 12:37 |
|
|
|
• Türkiyənin kərə yağı Rusiyanın köməyinə tələsir - “TASS”
Bu gün, 12:34 |
|
|
|
• Erməni nazirin Bakı səfəri öncəsi xoşagəlməz addım – “Araik deyib ki…”
Bu gün, 12:30 |
|
|
|
• Bakı ilə İrəvan arasında birbaşa telefon danışığı... - Son detallar müzakirə edildi
Bu gün, 12:28 |
|
|
|
• Azərbaycana Rusiyadan ekstradisiya olunan şəxslərdən biri Akif Çovdarovun cinayət işində zərərçəkmiş olub
Bu gün, 12:27 |
|
|
|
• Seçki qutusuna topa bülleten atan azərbaycanlıya hansı CƏZA VERİLƏCƏK?
Bu gün, 12:26 |
|
|
|
• DSX-nın “DC GROUP” MMC-dən aldığı avtoşinlərin keyfiyyətinə zəmanət varmı - İLGİNC FAKTLAR...
Bu gün, 12:20 |
|
|
|
• İlqar Məhərrəmovun dostluq etdiyi “Dostluq H-EL” MMC-nin arxasında kimlər durur - BU NƏDİ BELƏ?..
Bu gün, 12:19 |
|
|
|
• Qarabağ Universitetindən yarım milyon manatlıq alqı-satqı: - yeni avtomobillər sifariş etdi
Bu gün, 12:14 |
|
|
|
• “Avropa dövlətləri düşünsünlər ki, öz oturduqları budağı kəsirlər, çünki...” - Elman Nəsirov
Bu gün, 12:05 |
|
|
|
• “Trendə baxıb bilirik, həmin ölkənin dinləyicisi hansı zövqdədir” - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• "Təəssüf ki, bu davranış sivilizasiyalar arasında qarşıdurma üçün zəmin yaradır" - deputat
Bu gün, 11:55 |
|
|
|
• "Nə qədər gec deyil, seçkilər elan olunmalıdır" - Tahir Kərimli
Bu gün, 11:52 |
|
|
|
• Məlumatları nazirin şəxsən özünə çatdırırıq - İctimai Şura sədri ilə MÜSAHİBƏ
Bu gün, 11:43 |
|
|
|
• Sayt rəhbəri və oğlu şantaja görə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
• "`Starex` ancaq müştəriləri incitməyə xidmət edir..." - GİLEY
Bu gün, 11:32 |
|
|
|
• Paşinyan Sərkisyanın Türkiyə ilə bağlı 15 illik taktikasını dəyişdi - Tiqran Abramyan
Bu gün, 11:23 |
|
|
|
• Palata bir audit şirkətinin lisenziyasını ləğv edib, birinə isə lisenziya verdi
Bu gün, 11:21 |
|
|
|
• “Səliqəli” saxtakarlıq – Gürcü müxalifəti dirəniş göstərir, Qərb izləyir
Bu gün, 11:16 |
|
|
|
• AHİK sədri onu özünə müşavir təyin etdi - FOTO
Bu gün, 11:13 |
|
|
|
• "AzerGold"un törəmə şirkətinin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:10 |
|
|
|
• Qərb özü sonda İvanaşvili ilə razılaşacaq - Görünəni odur ki...
Bu gün, 11:08 |
|
|
|
• Ermənistan Hindistanla qırıcı təyyarələrin alınması ilə bağlı danışıqlar aparır - KİV
Bu gün, 11:04 |
|
|
|
• Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 11:03 |
|
|
|
• Ermənistan və Azərbaycan demarkasiya üzrə reqlamentin qüvvəyə minməsi barədə bir-birlərinə məlumat verəcək
Bu gün, 11:02 |
|
|
|
• Hüseyn Abdullayev prosesə qoşulmayıb, səhhətində ciddi problemlər var - MƏHKƏMƏ
Bu gün, 11:01 |
|
|
|
• Yeni tikilən yollar niyə çökür? - RƏSMİLƏRDƏN maraqlı cavab
Bu gün, 10:52 |
|
|
|
• Bizə durbinlə baxanların QARANLIQ BAXIŞLARI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:48 |
|
|
|
• Quba İcra Hakimiyyəti 3 mərtəbəli binanın təmirinə 218 min manat ayırıb
Bu gün, 10:43 |
|
|
|
• Meyxanaçının sağalması üçün 130 min dollara ehtiyacı var
Bu gün, 10:38 |
|
|
|
• Saxta əlillik pensiyası düzəldən baş həkimə hökm oxundu
Bu gün, 10:27 |
|
|
|
• Ermənistanın COP29-da iştirak edib-etməyəcəyi hələ məlum deyil - Mirzoyan
Bu gün, 10:21 |
|
|
|
• “Bank Avrasiya”nın səhmləri satıldı: Yeni səhmdarları açıqlandı - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Barəsində PA-ya şikayət olunan tikinti şirkəti ləğv olundu - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
• “Otaqlar qəzalı vəziyyətdədir, soyuqdur...” - NARAZILIQ VAR...
Bu gün, 10:04 |
|
|
|
• Gömrükdə 10, bazarda 50 MANAT - AXI NİYƏ?..
Bu gün, 09:59 |
|
|
|
• İcra başısının həbsdə olan eks birinci müavini və sabiq şöbə müdrinin əmlakları geri qaytarıldı
Bu gün, 09:56 |
|
|
|
• Daha üç ölkə Rusiyaya qoşun göndərməyə hazırdır - Devid Tafuri
Bu gün, 09:53 |
|
|
|
• Makron bu il Ermənistana gələcəkmi? - Səfir CAVAB VERDİ
Bu gün, 09:50 |
|
|
|
• Bakı və İrəvanın son qərarı: Vasitəçi və sazişin imzalanacağı məkan - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan anklava çevriləcək, tək ümid Tiflisdir - Sedrakyan
Bu gün, 09:46 |
|
|
|
• İqtisadiyyat.az 6 yaşını qeyd edir
Bu gün, 09:44 |
|
|
|
|