Sahibi həbs olunmuş AMAY-ın satıcıları nə edəcəklərini bilmirlər - reportaj
Tarix: 9-04-2014, 15:03 | Çap et
 Bakının Xətai rayonunda yerləşən AMAY ticarət mərkəzinin köçürülməsi ilə bağlı mətbuatda yayılan informasiyaları mərkəzin satıcıları təkzib etdilər. Bu gün Hafta.az-ın əməkdaşı adıçəkilən ticarət mərkəzində oldu.
Mərkəzin rəhbəri Abdulla Abdullayevin həbsindən sonra mətbuatda yayıldı ki, AMAY-dakı mağazalar, “Sədərək” ticarət mərkəzinə köçürüləcək.
Sitat: Aprelin 5-də Bakının ən böyük ticarət mərkəzi sayılan AMAY-dakı mağazaların bəziləri boşaldılıb. Mağazaların boşaldılması ilə bağlı qərar aprelin 4-də AMAY Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin həbsindən sonra verilib. Ticarət mərkəzində çalışanlar bildiriblər ki, onlara şifahi şəkildə 3 iş günü müddətində mağazaların boşaldılmasını tapşırıblar.
Lakin satıcı Famil yazılanları şayiə adlandıraraq bildirdi ki, göründüyü kimi mağazalar fəaliyyətdədir:
“Çoxları gəlib burada işləməyən mağazaların şəkilini çəkib internetdə yayıblar ki, guya mərkəz başqa yerə köçürülür. Bura hələ müştərilər yenicə alışmağa başlayırlar. Ticarət mərkəzində gün-gündən müştərilərin sayı artır. Heç şəxsən mənə mağazanı köçürməyim barəsində bir söz deməyib”.
İstifadəsiz mağazalara gəlincə satıcı bildirir ki, bu mağazalar heç də xüsusi göstəriş əsasında köçürülməyib:
“Sadəcə olaraq, mağaza sahibləri müştəri azlığından şikayətləndikləri üçün başqa yerdə icarə yer götürərək, ora daşınıblar. Onlar arasında “Sədərək”ə gedənlər də olub, başqa ticarət mərkəzlərinə də. Bura açılan gündən müştərilərin sayı az olub. İndi də bu belədir. İnsanlar daha çox alış-veriş üçün axşam 18:00-dan sonra buraya üz tuturlar”.
Digər satıcı Fazil də yoldaşının sözlərini təsdiqləyərək bildirdi ki, yayılan məlumatlar yanlışdır:
“Bəlkə də kimlərəsə köçmək barəsində nə isə deyiblər. Ancaq mən bu barədə heç kimdən bir söz eşitməmişəm. Buradakı mağazalar göründüyü kimi, içərisində mal olduğu halda sadəcə qapısı bağlıdır. Onların da sahibləri alver axşam saatlarında olduğu üçün günün ikinci yarısından mağazaları açırlar. Ümumiyyətlə, bura açılan gündən belədir. Digər köçənlərə gəlincə onlar arasında rəhbərliklə aralarında problemi olan da olub, şəxsi istəklərinə görə buradan köçənlər də var. Ailənin başçısı tutulubsa, o demək deyil ki, hamını viran qoyalar. Rəhbərliyin problemlərinin satıcılara qismən aidiyyəti var”.
Yeni rəhbərin kimliyi barəsində isə satıcılar məlumatsız olduqlarını bildirdilər. Bu barədə sorğularımızın konkret nəticəsi olmadı. Rəhbərlikdən kiminləsə görüşmək üçün mərkəzin yuxarı mərtəbələrinə qalxdıq. Yuxarıda isə xadimələrdən başqa kiməsə rast gələ bilmədik. Otaqların qapısı bağlı idi.
Qeyd edək ki, ticarət mərkəzində satılan malların qiymətində 80 faizə qədər endirimlər var. Satıcılar bu endirimləri mövsüm dəyişikliyi ilə əlaqələndirsələr də, endirimdə olan malların çoxu yaz-yay mövsümünün geyimləri idi. Belə də demək olar ki, malları dəyər-dəyməzinə satmağa çalışırlar. Ümumilikdə mərkəzdə mağazaların əksəriyyəti bağlı idi. İşləyən mağazalarda isə satıcılar bir küncdə oturub televizora baxırdılar. AMAY-da olduğumuz müddətdə təxminən 5-6 müştəriyə rast gəldik ki, onlar da konkret satıcıları axtarırdılar. Yəni mərkəzdə hər satıcının öz müştərisi var ki, onlar da bir-biriləri ilə telefon vasitəsilə əlaqə saxlayırlar. Müştəri zəng etməyibsə, satıcıların əksəriyyəti mağazalarını günün ikinci yarısından sonra açırlar. Satıcılar özləri də təsdiqlədilər ki, burada konkret iş vaxtı yoxdur. Kimin kefinə nə vaxt düşdü, mağazanı açır, bağlayır.
Qəribəsi budur ki, geniş ərazini tutan və tikintisinə kifayət qədər böyük məbləğdə yatırım edilən bina sadəcə olaraq, bir neçə mağaza üçün ayrılıb. Onlar da satıcıların dedikləri kimi öz keflərinə uyğun işləyirlər.    


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Bu gün, 17:41 |
|
|
|
| • Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Bu gün, 17:40 |
|
|
|
| • Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02 |
|
|
|
| • Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59 |
|
|
|
| • ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58 |
|
|
|
| • “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56 |
|
|
|
| • 114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51 |
|
|
|
| • Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14 |
|
|
|
| • Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07 |
|
|
|
| • 62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06 |
|
|
|
| • Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00 |
|
|
|
| • Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57 |
|
|
|
| • Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38 |
|
|
|
| • Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21 |
|
|
|
| • Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20 |
|
|
|
| • "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06 |
|
|
|
| • Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01 |
|
|
|
| • Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59 |
|
|
|
| • Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54 |
|
|
|
| • “Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48 |
|
|
|
| • Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44 |
|
|
|
| • Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25 |
|
|
|
| • Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11 |
|
|
|
| • TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
| • İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02 |
|
|
|
| • Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57 |
|
|
|
| • "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54 |
|
|
|
| • İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26 |
|
|
|
| • Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19 |
|
|
|
| • Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11 |
|
|
|
| • Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09 |
|
|
|
| • Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07 |
|
|
|
| • “Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03 |
|
|
|
| • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58 |
|
|
|
| • Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56 |
|
|
|
| • “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51 |
|
|
|
| • Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49 |
|
|
|
| • Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19 |
|
|
|
| • 74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17 |
|
|
|
| • Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15 |
|
|
|
| • Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03 |
|
|
|
| • Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01 |
|
|
|
| • İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44 |
|
|
|
|