Ermənistan ordusunun hərbi qulluqçusu həbs edilib .....                     Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     Vaşinqtonun məqsədi bəlli oldu .....                     Ermənistanda anti-İsrail bumu: İrəvan-Tehran qardaşlığı “qaynayır” .....                     Nazirlik 5 filmin post-prodakşn işlərinə 81 min pul xərcləyəcək .....                     Əliyev erməni baş nazirə hüquq təlimi keçdi .....                     "Azərbaycan dayanıqlı və etibarlı sülhü təmin edəcək sənəd imzalamaq istəyir" .....                     Zəngəzur dəhlizi: .....                     "Ağzımı açdırmayın, çox şey danışa bilərəm” .....                     Zaxarova Ermənistanın MDB-nin bəyanatlarını imzalamaqdan imtinasına .....                     “Anlaşma bizim şərtimizə uyğun olacaq” .....                     Deputat seçilən məmurun yerinə o gətirildi .....                     Banklar depozit faizlərini hansı hallarda endirə bilər? .....                     OLİQARXLARIN ƏMLAK SAVAŞI .....                     “Paşinyana qarşı cinayət işi başlanmalıdır” .....                     Ermənistan SÜLHÜ YUBADIRSA... .....                     İcra başçısının qəbuluna getdi, özünə xəsarət yetirdi .....                     Vətəndaşa "güllə keçirtməz" duası yazan falçıdan İLGİNC AÇIQLAMA .....                     Ermənilərə Laçın "dağı": .....                     Danışıqlardan qaçan Ermənistan .....                     Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub .....                     Qumar oynamaq üçün Gürcüstana, Kiprə gedirlər, ondansa... .....                     Ermənistan qırmızı xətti keçsə, cavabı veriləcək .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı .....                     Bakıda 37 yaşlı müəllim özünü asdı .....                     Şirvanda həvəskar klubdan pul tələb edidi .....                     Müğənnilər arasında pul qalmaqalı: .....                     Ermənistanda anti-İsrail bumu: İrəvan-Tehran qardaşlığı “qaynayır” .....                     Yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içiblər .....                     Azərbaycan-Rusiya münasibətləri dostluq və qardaşlığa yönəlib .....                     Həbsxanada vəziyyətə baxan azərbaycanlı avtoritetə .....                     BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib .....                     "Seçkidən sonra bələdiyyələr birləşəcək, hansısa bələdiyyənin borcu "birləşmiş" qrupa xərc olacaq" .....                     Türkiyədən TARİXİ ADDIM .....                     Füzuli rayonunun Dövlətyarlı kəndinin tikintisinə 97,2 mln. manat xərclənəcək .....                     BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə lider oldu .....                     Paşinyanın dərdi başqadır .....                     Abşeronda şəhidlərimiz ildönümlərində yad edildi .....                     Elm və Təhsil Nazirliyi 20 manatlıq şirkətə 7 milyonluq tender verdi .....                     Moskvada otel əməkdaşları Paşinyanı belə bir sürprizlə qarşıladılar... .....                 

Əliyev erməni baş nazirə hüquq təlimi keçdi - FAKT BUDUR!
Tarix: Bu gün, 20:23 | Çap et
Əliyev erməni baş nazirə hüquq təlimi keçdi
Erməni baş nazir beynəlxalq hüquq normalarında dövlətlərarası münasibətlərə bağlı sənədlərin yarımçıq, yəni tam razılaşdırılmadan imzalanmasının yolverilməz olduğunu hələ də anlaya bilməyib... Baş nazir Nikol Paşinyan onu da nəzərə almağı bacarmır ki, istənilən tam razılaşdırılmamış, yarımçıq sənəd gələcək hərbi-siyasi qarşıdurmanın əsas mənbəyinə çevrilə bilər...
Ermənistan geopolitik məkanda növbəti siyasi zərbələrə məruz qaldı. Əslində, rəsmi İrəvan artıq belə biabırçı durumlara vərdiş edib. Hər halda, Paşinyan hakimiyyəti dönəmində Ermənistanın biabırçılıq tarixi daha çox zənginləşib. Üstəlik, bütün bunların əsas səbəbkarı da elə Paşinyan hakimiyyətinin rəsmi təmsilçiləridir. Və belə vəziyyətdə Ermənistanın normal dövlət kimi idarə olunduğuna inanmaq sadəlövhlük olardı.

Məsələ ondadır ki, Ermənistan II Qarabağ savaşında biabırçı məğlubiyyətdən sonra dövlət maraqlarını doğru-düzgün müəyyən etməkdə çətinlik çəkir. Əgər, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasını “erməni qadın öz uşağının istəyini yerinə yetirmək üçün qonşularından xahişlə yarım banan almaq məcburiyyətində qalıb” kimi, absurd arqumentlə təmin etməyə cəhd göstərirsə və bunu dəfələrlə təkrarlayırsa, Ermənistanın necə bəsit bir “dövlət” olduğunu təsəvvür etmək çətin deyil. Və rəsmi İrəvan məhz geopolitik proseslərə də məhz belə qeyri-ciddi əhval-ruhiyyə ilə tanaşır.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın uydurma bir “dövlət” olduğu MDB liderlərinin növbəti Moskva sammitində də sübuta yetirilmiş oldu. Belə ki, belə önəmli tədbirə qatılan Ermənistan baş naziri Nikol Paşinyan Moskvada qaldığı otelin pəncərəsində “şortik”lə şəkil çəkdirməklə bütün diqqətləri öz üzərinə çəkmiş oldu. Erməni baş nazirin sosial şəbəkələrdə “like” qazanmaq ehtirası onu və ölkəsini biabır etməkdə davam edir. Çünki baş nazir Nikol Paşinyan Ermənistanda, eləcə də, bəzi Avropa ölkələrinə səfərlərində olduğu kimi, Rusiya paytaxtında da velosiped yürüşündən imtina etmədi. Və belə olan təqdirdə, erməni baş nazirin “Moskva sərgüzəştləri”ndən Ermənistan cəmiyyətinin narazı qalmasının səbəbləri bir qədər anlaşılmaz xarakter daşıyır.

Maraqlıdır ki, erməni baş nazirin Moskvada Azərbaycan Bayrağı qarşısında boynubükük fotosu Ermənistan cəmiyyətində ciddi ajiotaj yaradıb. Üstəlik, baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə qarşılaşarkən, əllərini önündə tutaraq, başını aşağı əyməsi də erməni toplumunda sarsıntı ilə qarşılanıb. Həmişə olduğu kimi, bu dəfə də erməni siyasi dairələri Rusiyanı Ermənistan baş naziri Nikol Paşinyanı biabırçı fotolarla məqsədyönlü şəkildə gündəmə gətirməkdə ittiham ediblər. Və bununla da, reallıqlardan hələ də nə qədər uzaq olduqlarını təqsdiqləmiş olublar.

Birincisi, otel pncərəsində “şortikli foto”nu Rusiya rəsmiləri deyil, məhz baş nazir Nikol Paşinyan özü çəkdirərək, sosial şəbəkələrdə yayımlayıb. Erməni baş naziri Moskvada velosipedə mindirib, videosunu çəkən də Kreml təmsilçiləri deyil. Çünki o, özü bilincli şəkildə Rusiya paytaxtında velosiped sürməsi ilə bağlı açıqlamalar verərək, lovğalanmağa çalışır. Və bununla da fəqrli siyasi lider olması barədə ictimai rəy formalaşdırmaq niyyəti güdür.

İkincisi, erməni baş nazirin Azərbaycan Bayrağı qarşısında boynubükük dayanması da əslində, gözlənilməz deyil. Çünki həmin Bayraq məhz “məğlubedilməz” hesab olunan Ermənistan ordusunu savaş meydanında darmadağın edərək, kapitulyasiya aktı imzalamaq məcburiyyətində buraxan bir ölkəyə - Azərbaycana məxsusdur. Və bu baxımdan, Azərbaycan Bayrağı qarşısında Ermənistan baş nazirinin əziklik əhval-ruhiyyəsi, daha dəqiq desək, natamamlıq komleksi yaşaması tamamilə normal haldır.

Təbii ki, qalib ölkə olan Azərbaycanın Prezidenti İlham Əlievin önündə də baş nazir Nikol Paşinyanın başı aşağı, elə indicə “döyülmüş uşaq” durumunda qalması da qeyri-adi olay sayıla bilməz. Çünki Prezident İlham Əliyev II Qarabağ savaşındakı tarixi hərbi zəfərdən sonra Ermənistan baş naziri Nikol Paşinyanı ardıcıl olaraq, dəfələrlə müxtəlif geopolitik proseslərdə, beynəlxalq platformalarda məğlub və siyasi cəhətdən aciz duruma salmağı bacarıb. Və məğlubun qalib qarşısında necə dayanmalı olduğunu erməni baş nazir tam dəqiqliyi ilə bilir.

Ona görə də, Ermənistan cəmiyyətinin baş nazir Nikol Paşinyanın “Moskva sərgüzəştləri”ndən narazı qalması və ya şikayət etməsi üçün əslində, elə bir ciddi səbəb mövcud deyil. Əksinə, erməni toplumu öz baş nazirinin bu “sərgüzəştlər”indən mütləq dəqiq nəticələr çıxartmalıdır. Əks halda, Azərbaycan Ermənistanı indikindən də daha biabırçı duruma düşürmək qüdrətinə malik olan güclü və ciddi dövlətdir.

Maraqlıdır ki, Azərbaycan və Ermənistan arasındakı dövlətçilik fərqləri də Moskvada növbəti dəfə ortaya çıxmış oldu. Belə ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərir. Ermənistan isə hər hansı hüquq çərçivəsi tanımayan, bəsit, absurd və məntiqdən uzaq erməni düşüncəsi ilə idarə olunur. Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana jurnalistlərin yönəltdiyi eyni suala verilən fərqli cavablar da bu reallığı ortaya çıxarır.

Məsələ ondadır ki, “sülh sazişi nə vaxt imzalanacaq” sualına Azərbaycan Prezidenti İlham Əliyev qısa, konkret və dəqiq cavab verib: “Sənədin mətni tam razılaşdırldıqdan sonra saziş imzalanacaq”. Ermənistan baş naziri Nikol Paşinyan isə həmin suala cavabında rəsmi İrəvanın Azərbaycanla sülh sazişini imzalamağa artıq hazır olduğunu bildirib: “Biz sülh sazişini imzalamağa hazırıq. Bu sənədin imzalanması üçün yetərli qədər razılaşdırılmış müddaəlar da var”.

Göründüyü kimi, erməni baş nazir beynəlxalq hüquq normalarında dövlətlərarası münasibətlərə bağlı sənədlərin yarımçıq, yəni tam razılaşdırılmadan imzalanmasının yolverilməz olduğunu hələ də anlaya bilməyib. Baş nazir Nikol Paşinyan onu da nəzərə almağı bacarmır ki, istənilən tam razılaşdırılmamış yarımçıq sənəd gələcək qarşıdurmanın, gərginliyin əsas mənbəyinə çevrilə bilər. Və bu səbəbdən də, bütün sənədlər, xüsusilə də, hərbi münaqişələrlə bağlı sazişlər ən incə detallarına qədər razılaşdırıldıqdan sonra imzalanmalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan ordusunun hərbi qulluqçusu həbs edilib - KİV
Bu gün, 22:19
Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:24
Vaşinqtonun məqsədi bəlli oldu - “Bakını buna məcbur etmək istəyirlər”
Bu gün, 21:21
Ermənistanda anti-İsrail bumu: İrəvan-Tehran qardaşlığı “qaynayır” - GƏLİŞMƏ
Bu gün, 20:36
Nazirlik 5 filmin post-prodakşn işlərinə 81 min pul xərcləyəcək - TƏFƏRRÜAT
Bu gün, 20:28
Əliyev erməni baş nazirə hüquq təlimi keçdi - FAKT BUDUR!
Bu gün, 20:23
"Azərbaycan dayanıqlı və etibarlı sülhü təmin edəcək sənəd imzalamaq istəyir" - Ekspert
Bu gün, 19:00
Zəngəzur dəhlizi: - “Kreml öz mövqeyində israrlıdır"
Bu gün, 18:56
"Ağzımı açdırmayın, çox şey danışa bilərəm”
Bu gün, 18:18
Zaxarova Ermənistanın MDB-nin bəyanatlarını imzalamaqdan imtinasına münasibət bildirib
Bu gün, 18:17
“Anlaşma bizim şərtimizə uyğun olacaq” - Tehranla gizli danışıqlar
Bu gün, 18:04
Deputat seçilən məmurun yerinə o gətirildi
Bu gün, 18:02
Banklar depozit faizlərini hansı hallarda endirə bilər? - AÇIQLAMA
Bu gün, 17:59
OLİQARXLARIN ƏMLAK SAVAŞI – Ali Məhkəmə Ramiz Mehdiyevin qızı, prokurorluq və digərlərinin şikayətləri ilə bağlı qərar verib
Bu gün, 17:56
“Paşinyana qarşı cinayət işi başlanmalıdır”
Bu gün, 17:50
Ermənistan SÜLHÜ YUBADIRSA... - ŞƏRH
Bu gün, 17:47
İcra başçısının qəbuluna getdi, özünə xəsarət yetirdi - Cərimə olundu
Bu gün, 17:43
Vətəndaşa "güllə keçirtməz" duası yazan falçıdan İLGİNC AÇIQLAMA - "Özüm Saleh Məmmədovun qohumuyam"
Bu gün, 17:39
Ermənilərə Laçın "dağı": - "Bundan sonra kimsə dana bilməz"
Bu gün, 17:33
Danışıqlardan qaçan Ermənistan - İrəvanın saxta sülh ritorikası
Bu gün, 17:31
Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub
Bu gün, 17:29
Qumar oynamaq üçün Gürcüstana, Kiprə gedirlər, ondansa... - Həsənquliyev
Bu gün, 17:22
Ermənistan qırmızı xətti keçsə, cavabı veriləcək - GƏLİŞMƏ
Bu gün, 17:21
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı növbəti məhkəmə keçirilib
Bu gün, 17:15
Bakıda 37 yaşlı müəllim özünü asdı
Bu gün, 17:12
Şirvanda həvəskar klubdan pul tələb edidi - NARAZILIQ VAR...
Bu gün, 17:04
Müğənnilər arasında pul qalmaqalı: - "10 000 dollar... "
Bu gün, 17:00
Ermənistanda anti-İsrail bumu: İrəvan-Tehran qardaşlığı “qaynayır” - NƏ BAŞ VERİR?
Bu gün, 16:55
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içiblər
Bu gün, 16:49
Azərbaycan-Rusiya münasibətləri dostluq və qardaşlığa yönəlib - MƏQALƏ
Bu gün, 16:21
Həbsxanada vəziyyətə baxan azərbaycanlı avtoritetə YENİ İTTİHAM
Bu gün, 16:19
BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib
Bu gün, 16:11
"Seçkidən sonra bələdiyyələr birləşəcək, hansısa bələdiyyənin borcu "birləşmiş" qrupa xərc olacaq"
Bu gün, 16:08
Türkiyədən TARİXİ ADDIM – “Orta Asiya” adı Türküstanla ƏVƏZ OLUNDU
Bu gün, 16:03
Füzuli rayonunun Dövlətyarlı kəndinin tikintisinə 97,2 mln. manat xərclənəcək
Bu gün, 16:01
BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə lider oldu
Bu gün, 15:58
Paşinyanın dərdi başqadır - Erməni ekspert
Bu gün, 15:39
Abşeronda şəhidlərimiz ildönümlərində yad edildi
Bu gün, 15:18
Elm və Təhsil Nazirliyi 20 manatlıq şirkətə 7 milyonluq tender verdi - DETALLAR
Bu gün, 15:00
Moskvada otel əməkdaşları Paşinyanı belə bir sürprizlə qarşıladılar... - VİDEO
Bu gün, 14:52
“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında
Bu gün, 14:14
DİN “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib - TƏFƏRRÜAT
Bu gün, 14:03
“İstəkləri müqabilində ABŞ özünü adekvat aparmalıdır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Azərbaycan Ermənistandan fərqli olaraq rupor ölkə deyil və olmayacaq - ŞƏRH
Bu gün, 14:00
“Yeni Yaxın Şərq” heç vaxt olmayacaq! - “National Interest”
Bu gün, 13:56
Tünzalə Ağayevanın açıq-saçıq geyimi tənqid olundu, prodüseri isə “normal imicdədir” dedi
Bu gün, 13:50
Bakıda COP29 öncəsi konfrans başlayır - Sabah
Bu gün, 13:44
Ramal İsayevə vəzifə verildi
Bu gün, 13:43
Muğan zonasında yetişdirilən nar niyə dərilmədən çürüyür? - PROBLEM...
Bu gün, 13:41
Netanyahu Qalantın ABŞ-yə getməsinə icazə verməyib
Bu gün, 13:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru