"Azərbaycan dayanıqlı və etibarlı sülhü təmin edəcək sənəd imzalamaq istəyir" .....                     Zəngəzur dəhlizi: .....                     "Ağzımı açdırmayın, çox şey danışa bilərəm” .....                     Zaxarova Ermənistanın MDB-nin bəyanatlarını imzalamaqdan imtinasına .....                     “Anlaşma bizim şərtimizə uyğun olacaq” .....                     Deputat seçilən məmurun yerinə o gətirildi .....                     Banklar depozit faizlərini hansı hallarda endirə bilər? .....                     OLİQARXLARIN ƏMLAK SAVAŞI .....                     “Paşinyana qarşı cinayət işi başlanmalıdır” .....                     Ermənistan SÜLHÜ YUBADIRSA... .....                     İcra başçısının qəbuluna getdi, özünə xəsarət yetirdi .....                     Vətəndaşa "güllə keçirtməz" duası yazan falçıdan İLGİNC AÇIQLAMA .....                     Ermənilərə Laçın "dağı": .....                     Danışıqlardan qaçan Ermənistan .....                     Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub .....                     Qumar oynamaq üçün Gürcüstana, Kiprə gedirlər, ondansa... .....                     Ermənistan qırmızı xətti keçsə, cavabı veriləcək .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı .....                     Bakıda 37 yaşlı müəllim özünü asdı .....                     Şirvanda həvəskar klubdan pul tələb edidi .....                     Müğənnilər arasında pul qalmaqalı: .....                     Ermənistanda anti-İsrail bumu: İrəvan-Tehran qardaşlığı “qaynayır” .....                     Yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içiblər .....                     Azərbaycan-Rusiya münasibətləri dostluq və qardaşlığa yönəlib .....                     Həbsxanada vəziyyətə baxan azərbaycanlı avtoritetə .....                     BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib .....                     "Seçkidən sonra bələdiyyələr birləşəcək, hansısa bələdiyyənin borcu "birləşmiş" qrupa xərc olacaq" .....                     Türkiyədən TARİXİ ADDIM .....                     Füzuli rayonunun Dövlətyarlı kəndinin tikintisinə 97,2 mln. manat xərclənəcək .....                     BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə lider oldu .....                     Paşinyanın dərdi başqadır .....                     Abşeronda şəhidlərimiz ildönümlərində yad edildi .....                     Elm və Təhsil Nazirliyi 20 manatlıq şirkətə 7 milyonluq tender verdi .....                     Moskvada otel əməkdaşları Paşinyanı belə bir sürprizlə qarşıladılar... .....                     “Respublikanski”də hərbçimizin başına oyun açdılar .....                     DİN “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib .....                     “İstəkləri müqabilində ABŞ özünü adekvat aparmalıdır” .....                     Azərbaycan Ermənistandan fərqli olaraq rupor ölkə deyil və olmayacaq .....                     “Yeni Yaxın Şərq” heç vaxt olmayacaq! .....                     Tünzalə Ağayevanın açıq-saçıq geyimi tənqid olundu, .....                 

Azərbaycan-Rusiya münasibətləri dostluq və qardaşlığa yönəlib - MƏQALƏ
Tarix: Bu gün, 16:21 | Çap et
Azərbaycan-Rusiya münasibətləri dostluq və qardaşlığa yönəlib
Dövlətimizin xarici siyasətində ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq
təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf
etdirilməsi əsasdır. Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar göz
önündədir. Oktyabrın 7-də Azərbaycan Prezidenti cənab İlham Əliyev MDB
Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya
Federasiyasına səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinlə görüşlər keçirib, iki dövlət
arasında əlaqələrin daha da möhkəmlənməsi, həmçinin bir sıra beynəlxalq
məsələlər müzakirə edilib.
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən
iclasında Prezident İlham Əliyev bir daha bildirib ki, möhkəm təmələ
əsaslanan Azərbaycan-Rusiya münasibətləri bundan sonra da yüksələn
xətlə inkişaf etdiriləcək. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış
bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir. Hər iki tərəf siyasi,
ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirlər. Nəqliyyat və
energetika sahələrində yaxşı perspektivlər var. Münasibətlər çoxşaxəlidir.
Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-
Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Əlaqələrin
inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi
Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın
əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısı İlham Əliyevin sözügedən səfəri çərçivəsində keçirdiyi
görüşdə, həmçinin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da
iki dost, müttəfiq ölkənin münasibətlərinin günəninə, bugününə və onların
əsasında perspektivlərə işıq salındı. Prezident İlham Əliyevin Rusiya
Federasiyasının Prezidenti ilə görüşündə «Dərhal qeyd etmək istərdim ki,
münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı
bildirmişdik» söyləyən Vladimir Putin əlaqələrin inkişafında əsas amil olan
iqtisadi vəziyyətə xüsusi diqqət göstərdi. Əmtəə dövriyyəsi 4 dəfədən çox
artıb. 4,3 milyard dollardır. Azərbaycan iqtisadiyyatına birbaşa
investisiyalarımız dörd milyard dollardan çoxdur: «Energetika sahəsində
də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var.
Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli
layihələr aktualdır. Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü
platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi
aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə, - bu isə açıq-aşkardır, -
hər hansı düzəlişlər etmək imkanımız var.»
Tarixi Zəfərimzdən sonra qarşılıqlı səfərlərə diqqət yetirəndə əsas
müzakirə mövzularından birinin məhz şanlı Qələbəmizin yaratdığı reallıqlar
diqqətdən kənarda qalmır. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa
edilməsi yeni reallıqlara yol açıdı. Bu reallıqlar Azərbaycanın ikitərəfli və
beynəlxalq təşkilatlarda əlaqələrinin daha yüksələn xətlə inkişafında
əhəmiyyətli rol oynayır. Xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin
qurulmasında və yeni istiqamətlər üzrə inkişafında maraqlı olan
Azərbaycanın Rusiya ilə münasibətləri möhkəm təmələ əsaslanır. Rusiya
və Azərbaycan dövlət başçıları hər zaman Rusiya-Azərbaycan dostluq və
strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə
əminliklərini bildirir və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə
çatdırırlar. Prezident İlham Əliyevin Rusiyaya növbəti səfəri və Prezident
Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar
əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək.
Dövlətimizin başçısı İlham Əliyev möhkəm təmələ söykənən
münasibətlərimizdən geniş bəhs edərək bu fikri xüsusi qeyd etdi ki, biz
yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və
mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin və
Heydər Əliyev qoyublar. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq,
qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm
təmələ əsaslanır. Birgə böyük nəqliyyat layihələri həyata keçiririk. Şimal-
Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir,
iqtisadi, siyasi, enerji, humanitar və bir çox digər sahələrdə əlaqələrimiz
yüksələn xətlə inkişaf edir.
Cari ilin avqust ayında isə Rusiya Federasiyasının Prezidenti Vladimir
Putinin bu ilin mart ayında Prezident seçildikdən sonra ilk dəfə ölkəmizə
dövlət səfəri oldu. Bu səfər də mühüm məqamları ilə diqqətdə olmaqla
yanaşı, əlaqələrimizn gələcək inkişafı üçün yol xəritəsinin təqdimatında öz
sözünü dedi. Hər bir səfər imzalanan sənədlər, həmçinin müzakirə edilən
məsələlər baxımından münasibətlərdə yeni səhifənin açılması ilə tarixə
yazılır.
Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud
tərkibdə keçirilən iclasında Prezident İlham Əliyevin iştirakı və çıxışı
münasibətlərimizin təqdimatında əhəmiyyətli rol oynadı. Rusiya
Federasiyasının Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin
Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq
etdiyini önə çəkən cənab İlham Əliyev bildirdi ki, əldə olunmuş
razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl
inkişafı işinə xidmət edəcək.
Ölkə Prezdienti bu mühüm məqamı xüsusi qeyd etdi ki, MDB
Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi
Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət
paytaxtı elan edilib.
Təbii ki, bu mühüm addım tarixi Zəfərimizin reallıqlarının təqdimatında
öz sözünü deyəcək. Hazırda nəinki Laçın, işğaldan azad edilmiş bütün
ərazilərimiz bərpa-quruculuq dövrünü yaşayır. Prezident İlham Əliyevin
çıxışında qeyd etdiyi kimi, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə
Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki,
tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat
başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin
mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün
Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
O da bildirildi ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək.
Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin
Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
Cari ildə dövlət başçısı İlham Əliyevin qarşılıqlı səfərlərdə, iştirak etdiyi
beynəlxalq tədbirlərdə diqqət göstərdiyi əsas məsələ Azərbaycanın noyabr
ayında mötəbər tədbirə – COP29-a ev sahibliyi olur. Bu tədbir
Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatıdır. Hər zaman belə bir
əminlik də ifadə edilir ki, Azərbaycan digər beynəlxalq tədbirlər kimi,
COP29-un da yüksək səviyyədə təşkilinə nail olacaq. Bu tədbir yeni
əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq. Azərbaycan malik
olduğu imkanları bu tribunadan dünyaya təqdim edəcək. Dövlət başçısı
İlham Əliyev sözügedən çıxışında da bildirdi ki, bir aydan sonra Bakı ən
böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək.
Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil
qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi
qiymətləndiririk.
Diqqət göstərilən məsələlərdən biri də MDB dövlət başçılarının İkinci
Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətinin qəbul
edilməsi oldu. Cənab İlham Əliyev qeyd etdi ki, “Bakıda 41 hərbi hospital
fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında,
həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının
döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu
Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il
aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də
diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında
Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar”. Belə bir
əminlik də ifadə edildi ki, 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin
gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa
böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin
möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
Göründüyü kimi, ikitərəfli əlaqələrin inkişafında maraqlı olan
Azərbaycan bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir.
Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafı üçün möhkəm baza
mövcuddur.

Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat
fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru
Dia-az.Media









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan dayanıqlı və etibarlı sülhü təmin edəcək sənəd imzalamaq istəyir" - Ekspert
Bu gün, 19:00
Zəngəzur dəhlizi: - “Kreml öz mövqeyində israrlıdır"
Bu gün, 18:56
"Ağzımı açdırmayın, çox şey danışa bilərəm”
Bu gün, 18:18
Zaxarova Ermənistanın MDB-nin bəyanatlarını imzalamaqdan imtinasına münasibət bildirib
Bu gün, 18:17
“Anlaşma bizim şərtimizə uyğun olacaq” - Tehranla gizli danışıqlar
Bu gün, 18:04
Deputat seçilən məmurun yerinə o gətirildi
Bu gün, 18:02
Banklar depozit faizlərini hansı hallarda endirə bilər? - AÇIQLAMA
Bu gün, 17:59
OLİQARXLARIN ƏMLAK SAVAŞI – Ali Məhkəmə Ramiz Mehdiyevin qızı, prokurorluq və digərlərinin şikayətləri ilə bağlı qərar verib
Bu gün, 17:56
“Paşinyana qarşı cinayət işi başlanmalıdır”
Bu gün, 17:50
Ermənistan SÜLHÜ YUBADIRSA... - ŞƏRH
Bu gün, 17:47
İcra başçısının qəbuluna getdi, özünə xəsarət yetirdi - Cərimə olundu
Bu gün, 17:43
Vətəndaşa "güllə keçirtməz" duası yazan falçıdan İLGİNC AÇIQLAMA - "Özüm Saleh Məmmədovun qohumuyam"
Bu gün, 17:39
Ermənilərə Laçın "dağı": - "Bundan sonra kimsə dana bilməz"
Bu gün, 17:33
Danışıqlardan qaçan Ermənistan - İrəvanın saxta sülh ritorikası
Bu gün, 17:31
Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub
Bu gün, 17:29
Qumar oynamaq üçün Gürcüstana, Kiprə gedirlər, ondansa... - Həsənquliyev
Bu gün, 17:22
Ermənistan qırmızı xətti keçsə, cavabı veriləcək - GƏLİŞMƏ
Bu gün, 17:21
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı növbəti məhkəmə keçirilib
Bu gün, 17:15
Bakıda 37 yaşlı müəllim özünü asdı
Bu gün, 17:12
Şirvanda həvəskar klubdan pul tələb edidi - NARAZILIQ VAR...
Bu gün, 17:04
Müğənnilər arasında pul qalmaqalı: - "10 000 dollar... "
Bu gün, 17:00
Ermənistanda anti-İsrail bumu: İrəvan-Tehran qardaşlığı “qaynayır” - NƏ BAŞ VERİR?
Bu gün, 16:55
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içiblər
Bu gün, 16:49
Azərbaycan-Rusiya münasibətləri dostluq və qardaşlığa yönəlib - MƏQALƏ
Bu gün, 16:21
Həbsxanada vəziyyətə baxan azərbaycanlı avtoritetə YENİ İTTİHAM
Bu gün, 16:19
BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib
Bu gün, 16:11
"Seçkidən sonra bələdiyyələr birləşəcək, hansısa bələdiyyənin borcu "birləşmiş" qrupa xərc olacaq"
Bu gün, 16:08
Türkiyədən TARİXİ ADDIM – “Orta Asiya” adı Türküstanla ƏVƏZ OLUNDU
Bu gün, 16:03
Füzuli rayonunun Dövlətyarlı kəndinin tikintisinə 97,2 mln. manat xərclənəcək
Bu gün, 16:01
BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə lider oldu
Bu gün, 15:58
Paşinyanın dərdi başqadır - Erməni ekspert
Bu gün, 15:39
Abşeronda şəhidlərimiz ildönümlərində yad edildi
Bu gün, 15:18
Elm və Təhsil Nazirliyi 20 manatlıq şirkətə 7 milyonluq tender verdi - DETALLAR
Bu gün, 15:00
Moskvada otel əməkdaşları Paşinyanı belə bir sürprizlə qarşıladılar... - VİDEO
Bu gün, 14:52
“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında
Bu gün, 14:14
DİN “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib - TƏFƏRRÜAT
Bu gün, 14:03
“İstəkləri müqabilində ABŞ özünü adekvat aparmalıdır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Azərbaycan Ermənistandan fərqli olaraq rupor ölkə deyil və olmayacaq - ŞƏRH
Bu gün, 14:00
“Yeni Yaxın Şərq” heç vaxt olmayacaq! - “National Interest”
Bu gün, 13:56
Tünzalə Ağayevanın açıq-saçıq geyimi tənqid olundu, prodüseri isə “normal imicdədir” dedi
Bu gün, 13:50
Bakıda COP29 öncəsi konfrans başlayır - Sabah
Bu gün, 13:44
Ramal İsayevə vəzifə verildi
Bu gün, 13:43
Muğan zonasında yetişdirilən nar niyə dərilmədən çürüyür? - PROBLEM...
Bu gün, 13:41
Netanyahu Qalantın ABŞ-yə getməsinə icazə verməyib
Bu gün, 13:30
Zəfər günündə bu şəxslərin kommunal borclar silinə bilər - AÇIQLAMA
Bu gün, 13:29
Müğənni Ülviyyə Namazova: - "Qardaşıma meşədə bıçaqla üç zərbə vurublar, sürünərək..."
Bu gün, 13:25
İranda azyaşlı qızların hamilə qalmasına icazə verildi
Bu gün, 13:22
İlqar Məmmədov ölkəni tərk edib? - AÇIQLAMA
Bu gün, 13:19
“Deyib ki, 500 manat verməsən nəvələrin öləcək” - TƏFƏRRÜAT
Bu gün, 13:09
Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətin 75 min vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru