"Azərbaycan dayanıqlı və etibarlı sülhü təmin edəcək sənəd imzalamaq istəyir" .....                     Zəngəzur dəhlizi: .....                     "Ağzımı açdırmayın, çox şey danışa bilərəm” .....                     Zaxarova Ermənistanın MDB-nin bəyanatlarını imzalamaqdan imtinasına .....                     “Anlaşma bizim şərtimizə uyğun olacaq” .....                     Deputat seçilən məmurun yerinə o gətirildi .....                     Banklar depozit faizlərini hansı hallarda endirə bilər? .....                     OLİQARXLARIN ƏMLAK SAVAŞI .....                     “Paşinyana qarşı cinayət işi başlanmalıdır” .....                     Ermənistan SÜLHÜ YUBADIRSA... .....                     İcra başçısının qəbuluna getdi, özünə xəsarət yetirdi .....                     Vətəndaşa "güllə keçirtməz" duası yazan falçıdan İLGİNC AÇIQLAMA .....                     Ermənilərə Laçın "dağı": .....                     Danışıqlardan qaçan Ermənistan .....                     Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub .....                     Qumar oynamaq üçün Gürcüstana, Kiprə gedirlər, ondansa... .....                     Ermənistan qırmızı xətti keçsə, cavabı veriləcək .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı .....                     Bakıda 37 yaşlı müəllim özünü asdı .....                     Şirvanda həvəskar klubdan pul tələb edidi .....                     Müğənnilər arasında pul qalmaqalı: .....                     Ermənistanda anti-İsrail bumu: İrəvan-Tehran qardaşlığı “qaynayır” .....                     Yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içiblər .....                     Azərbaycan-Rusiya münasibətləri dostluq və qardaşlığa yönəlib .....                     Həbsxanada vəziyyətə baxan azərbaycanlı avtoritetə .....                     BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib .....                     "Seçkidən sonra bələdiyyələr birləşəcək, hansısa bələdiyyənin borcu "birləşmiş" qrupa xərc olacaq" .....                     Türkiyədən TARİXİ ADDIM .....                     Füzuli rayonunun Dövlətyarlı kəndinin tikintisinə 97,2 mln. manat xərclənəcək .....                     BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə lider oldu .....                     Paşinyanın dərdi başqadır .....                     Abşeronda şəhidlərimiz ildönümlərində yad edildi .....                     Elm və Təhsil Nazirliyi 20 manatlıq şirkətə 7 milyonluq tender verdi .....                     Moskvada otel əməkdaşları Paşinyanı belə bir sürprizlə qarşıladılar... .....                     “Respublikanski”də hərbçimizin başına oyun açdılar .....                     DİN “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib .....                     “İstəkləri müqabilində ABŞ özünü adekvat aparmalıdır” .....                     Azərbaycan Ermənistandan fərqli olaraq rupor ölkə deyil və olmayacaq .....                     “Yeni Yaxın Şərq” heç vaxt olmayacaq! .....                     Tünzalə Ağayevanın açıq-saçıq geyimi tənqid olundu, .....                 

Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı növbəti məhkəmə keçirilib
Tarix: Bu gün, 17:15 | Çap et
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Sahid Mövsümov ifadə verib.

O bildirib ki, talessemiya uşağını ayda iki dəfə rayondan Bakıya xəstəxanaya gətirib:

"Birdəfə uşağı xəstəxanaya gətirən zaman türkiyəli həkim Akif doktorun qəbuluna düşmək üçün Aynur Bayramovadan icazə almalıydım. Aynurun yanına girdim və məndən qan nümunələri almaq və Türkiyədə övladıma ilik tapmaq üçün 300 dollar istədi. Mən də ona inanıb pulu verdim".

Zərərçəkən qeyd edib ki, bir neçə gün sonra Aynur Bayramova ona zəng edərək iliyin tapıldığını deyib.

"Aynur telefonda dedi ki, ilik və əməliyyatın qiyməti 83 min dollar edir. Aynura bildirdim ki, o qədər pulum yoxdur. 20 min dollar düzəltməyimi tapşırdı. Mən isə 10 min dollar pul düzəldə bildim. Aynur dedi ki, kömək edən təşkilatlar var, qalan pulu onlar düzəldəcək. Məni həmin şirkətə apardı, orada Nuridə Seyidova ilə görüşdürdü. Mən onlara pulun yalnız 10 min dollarını düzəldə bildiyimi bildirdim. Dedilər ki, hərbiçisən, qazisən gözümüz üstünə yerin var. 10 min dolları onlara verdim və mənə müqavilə, çek təqdim etdilər. Bir neç gün keçmişdi, dedilər gözün aydın, donar tapılıb. Məni Samsuna göndərdilər. 3 ay orda qaldım, başımı aldatdılar. Gündə bu gün sabah elədilər. Öz cibimdən orada yaşamaq üçün 8200 manat pul xərclədim. 3 aydan sonra Bakıya qayıtdım, bunların ofisinə getdim. Dedilər ərizə yaz, pulunu geri qaytaracam".

Zərərçəkən qeyd edib ki, ümumilikdə ona 21 min manat ziyan vurulub, həmin məbləğdən 4 min manat qaytarılıb.

Digər zərərçəkən Laura Qasanova bildirib ki, təqsirləndirilən şəxslər onun 30 min dollarını mənimsəyiblər: "Mən Gürcüstan vətəndaşıyam, uşağım12 ildir talassemiya xəstəsidir və qeydiyyatdadır. Talassemmiya Mərkəzində türkiyəli Akif həkimin yanına getmişdim. Orada Aynur xanımla tanış olduq. Aynur dedi ki, 300 dollar verəsiniz, uşağın iliyini Türkiyəyə göndərərik və orada donar taparıq. Bir müddətdən sonra zəng elədi ki, Nuridə adında qadın var, şirkət rəhbəridir və sizə kömək edəcək. Biz gedib Nuridə ilə görüşdük. Dedilər əlində nə varsa, proseslərə başlayaq. Donorun tapılması, əməliyyatın icrasının ümumi 83 min dollar olduğunu dedilər. Dedilər sizin imkanınız nəyə çatırsa verin, qalan pulu şirkət köməklik edəcək. Bir neçə gün sonra Nuridəyə 30 min dollar pul ödədik. Bizə bir kağız verdilər. Dedilər bu pulla tezliklə ilik tapacaqlar. Lakin bunlardan xəbər çıxmadı. Sonradan başqa valideynlərin səsi gəldi ki,iş görmürlər. Aynur dedi ki, ərizəni yaz pulu geri qaytarsınlar. Gedib ərizə ilə müraciət etdim, pulumu istədim, hələ verməyiblər. Mənim pulumu qaytarsınlar, gedib Gürcüstanda əməliyyat etdirim. İstəmirəm ki, bu iş Avropa Məhkəməsinə getsin".

Hakim "Bu işi Avropa Məhkəməsi bizdən yaxşı araşdıracaq?", - deyə cavab verib.

Zərərçəkmiş Tural Məsimiyev bildirib ki, iki azyaşlı övladı Talassemiya xəstəsi olub. Onun sözlərinə görə, övladlarının müalicəsi üçün ümumilikdə 59 min 500 manat ödəniş edib. O bildirib ki, sonradan onu müalicə adı altında Türkiyəyə göndəriblər, amma orada heç bir köməklik olmayıb.
Zərərçəkmiş qeyd edib ki, həmin məbləğdən Nuridə Seyidova 6700, Aysel Məmmədova isə 10 min manat qaytarıblar: "Qalan pulu onların hər üçündən tələb edirəm. 42 min manat əsas puldan qalıb. Sonrada əlavə 8 min manat xərc çəkmişəm. Pulumun geri qaytarılmasını istəyirəm. Mən ziyanın ödənilməsi istəyirəm".

Zərərçəkmiş Aysel Abdullayeva bildirib ki, iki qız övladı var, onlardan biri talassemiya xəstəsi, digəri isə daşıyıcı olub: "Mən Nuridə və Aynuru tanıyıram. Ayseli isə burada görmüşəm. Mən Rusiyada yaşamışıq. Uşağı Azərbaycanda anamın yanında qoymuşam. Anam xəstəxanaya aparıb. Orda Aynur xanımla rastalaşıblar. Uşaqdan qan nümunəsi götürüblər və Türkiyəyə göndəriblər. Buna görə də 510 manat alıblar".
Zərərçəkmiş qeyd edib ki, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin aparıcı olduğu verilişlərə müraciət ediblər: "Həmin vaxt Xoşqədəm xanım dedi ki, verilişdə Amin adlı xəstəyə pul yığırlar, ona 2 milyon manat lazımdır. Onun pulunu yığılandan sonra bizi efirə çıxaracaqdılar. O verilişdən hay gələnə kimi Aynur zəng etdi, 15 min dollar toplayın gətirin, qalan pulu ödəməyə sponsor çıxıb. Bəzi də 12 min dollar topladıq, onlara verim. Aynur uşağın üzündən öpdü, ona konfet verdilər. Dedilər ki, səni müalicəyə göndərəcəklər. 3 min dollardan anam Aynura verib. Amma sonradan eşitdim ki, dələduzluqla üzləşdim. Pulumu tələb edirəm".

Növbəti proses oktyabrın 30-da davam edəcək

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan dayanıqlı və etibarlı sülhü təmin edəcək sənəd imzalamaq istəyir" - Ekspert
Bu gün, 19:00
Zəngəzur dəhlizi: - “Kreml öz mövqeyində israrlıdır"
Bu gün, 18:56
"Ağzımı açdırmayın, çox şey danışa bilərəm”
Bu gün, 18:18
Zaxarova Ermənistanın MDB-nin bəyanatlarını imzalamaqdan imtinasına münasibət bildirib
Bu gün, 18:17
“Anlaşma bizim şərtimizə uyğun olacaq” - Tehranla gizli danışıqlar
Bu gün, 18:04
Deputat seçilən məmurun yerinə o gətirildi
Bu gün, 18:02
Banklar depozit faizlərini hansı hallarda endirə bilər? - AÇIQLAMA
Bu gün, 17:59
OLİQARXLARIN ƏMLAK SAVAŞI – Ali Məhkəmə Ramiz Mehdiyevin qızı, prokurorluq və digərlərinin şikayətləri ilə bağlı qərar verib
Bu gün, 17:56
“Paşinyana qarşı cinayət işi başlanmalıdır”
Bu gün, 17:50
Ermənistan SÜLHÜ YUBADIRSA... - ŞƏRH
Bu gün, 17:47
İcra başçısının qəbuluna getdi, özünə xəsarət yetirdi - Cərimə olundu
Bu gün, 17:43
Vətəndaşa "güllə keçirtməz" duası yazan falçıdan İLGİNC AÇIQLAMA - "Özüm Saleh Məmmədovun qohumuyam"
Bu gün, 17:39
Ermənilərə Laçın "dağı": - "Bundan sonra kimsə dana bilməz"
Bu gün, 17:33
Danışıqlardan qaçan Ermənistan - İrəvanın saxta sülh ritorikası
Bu gün, 17:31
Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub
Bu gün, 17:29
Qumar oynamaq üçün Gürcüstana, Kiprə gedirlər, ondansa... - Həsənquliyev
Bu gün, 17:22
Ermənistan qırmızı xətti keçsə, cavabı veriləcək - GƏLİŞMƏ
Bu gün, 17:21
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı növbəti məhkəmə keçirilib
Bu gün, 17:15
Bakıda 37 yaşlı müəllim özünü asdı
Bu gün, 17:12
Şirvanda həvəskar klubdan pul tələb edidi - NARAZILIQ VAR...
Bu gün, 17:04
Müğənnilər arasında pul qalmaqalı: - "10 000 dollar... "
Bu gün, 17:00
Ermənistanda anti-İsrail bumu: İrəvan-Tehran qardaşlığı “qaynayır” - NƏ BAŞ VERİR?
Bu gün, 16:55
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içiblər
Bu gün, 16:49
Azərbaycan-Rusiya münasibətləri dostluq və qardaşlığa yönəlib - MƏQALƏ
Bu gün, 16:21
Həbsxanada vəziyyətə baxan azərbaycanlı avtoritetə YENİ İTTİHAM
Bu gün, 16:19
BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib
Bu gün, 16:11
"Seçkidən sonra bələdiyyələr birləşəcək, hansısa bələdiyyənin borcu "birləşmiş" qrupa xərc olacaq"
Bu gün, 16:08
Türkiyədən TARİXİ ADDIM – “Orta Asiya” adı Türküstanla ƏVƏZ OLUNDU
Bu gün, 16:03
Füzuli rayonunun Dövlətyarlı kəndinin tikintisinə 97,2 mln. manat xərclənəcək
Bu gün, 16:01
BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə lider oldu
Bu gün, 15:58
Paşinyanın dərdi başqadır - Erməni ekspert
Bu gün, 15:39
Abşeronda şəhidlərimiz ildönümlərində yad edildi
Bu gün, 15:18
Elm və Təhsil Nazirliyi 20 manatlıq şirkətə 7 milyonluq tender verdi - DETALLAR
Bu gün, 15:00
Moskvada otel əməkdaşları Paşinyanı belə bir sürprizlə qarşıladılar... - VİDEO
Bu gün, 14:52
“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında
Bu gün, 14:14
DİN “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib - TƏFƏRRÜAT
Bu gün, 14:03
“İstəkləri müqabilində ABŞ özünü adekvat aparmalıdır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Azərbaycan Ermənistandan fərqli olaraq rupor ölkə deyil və olmayacaq - ŞƏRH
Bu gün, 14:00
“Yeni Yaxın Şərq” heç vaxt olmayacaq! - “National Interest”
Bu gün, 13:56
Tünzalə Ağayevanın açıq-saçıq geyimi tənqid olundu, prodüseri isə “normal imicdədir” dedi
Bu gün, 13:50
Bakıda COP29 öncəsi konfrans başlayır - Sabah
Bu gün, 13:44
Ramal İsayevə vəzifə verildi
Bu gün, 13:43
Muğan zonasında yetişdirilən nar niyə dərilmədən çürüyür? - PROBLEM...
Bu gün, 13:41
Netanyahu Qalantın ABŞ-yə getməsinə icazə verməyib
Bu gün, 13:30
Zəfər günündə bu şəxslərin kommunal borclar silinə bilər - AÇIQLAMA
Bu gün, 13:29
Müğənni Ülviyyə Namazova: - "Qardaşıma meşədə bıçaqla üç zərbə vurublar, sürünərək..."
Bu gün, 13:25
İranda azyaşlı qızların hamilə qalmasına icazə verildi
Bu gün, 13:22
İlqar Məmmədov ölkəni tərk edib? - AÇIQLAMA
Bu gün, 13:19
“Deyib ki, 500 manat verməsən nəvələrin öləcək” - TƏFƏRRÜAT
Bu gün, 13:09
Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus şirkətin 75 min vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru