Ermənistanın ermənisiz qalacağı gün – Qarabağdan sonra bu yanlışı da etsələr...
Tarix: 17-09-2024, 15:33 | Çap et
 21 sentyabr Ermənistanda formal olaraq, “müstəqillik günü” sayılır. Niyə “formal”, yəqin ki, aydındır: BMT üzvü olsa da, Ermənistan de-fakto kağız üstündə mövcud olan azsaylı ölkələrdəndir. Bunun da səbəbkarı kimsə yox, hələ də “göylə gedən” mənfur qonşuların özləridir.
“Sovet Ermənistanı indiki Ermənistandan daha suveren ölkə idi. O vaxt Ermənistan ərazisində bir ölkənin qoşunları var idisə, indi biabırçılıqdır”.
Bunu yerli ekspert Tiqran Köçəryan qeyd edib.
Tiqran Köçəryan Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib
İndi bir var, gerçəyi biz deyək, bir də var, özləri etiraf edə. Erməni də olsa, haqlı...
Gerçək isə belədir ki, 33 il ərzində Ermənistan adında dövlət həqiqətən baş tutmayıb. Gümrüdəki 102 saylı Rusiya hərbi bazanın varlığı daxil, əgər kapitulyant ölkənin sərhədlərini özü yox, hələ də SSRİ dövründəki kimi rus hərbçiləri qoruyursa, o zaman suverenlikdən deyil, yalnız onun elementlərindən danışmaq lazım gəlir.
Hərgah SSRİ dağılandan sonra heç kim Ermənistana hücum etməyib, onu təhdid altda saxlamayıb. Tutaq ki, digər sabiq müttəfiq respublikalar – Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna kimi o, ərazi bütövlüyü problemi ilə də üzləşməyib. Yəni Ermənistanın dövlət kimi formalaşması üçün ilkin şərtlər hamıdan yaxşı olub.
Əfsus ki, bu cırtdan ölkə əlindəkinə qane olmaq, həqiqi mənada dövlət kimi formalaşmaq və tədricən Rusiya orbitindən uzaqlaşmaq əvəzinə, Moskvanın əli ilə qonşu Azərbaycanın hesabına ərazisini zor gücünə böyütmək, bizimlə qanlı konfrontasiya yolunu tutdu. Nəticə məlum: həm zəbt elədiyi torpaqlardan vurulub çıxarıldı, həm də tarixi fürsəti itirdiyi üçün bölgənin yeganə “izqoy” (“dalan”) respublikasına çevrildi. Rusiyadan davam edən vassal asılılığı da öz yerində...
Bəllidir ki, bir ölkənin suverenliyi onun ərazisindəki yad hərbi qüvvələrin sayına tərs mütənasibdir. Bu xüsusda Azərbaycan regionun ən müstəqil və suveren dövləti hesab edilə bilər, çünki ərazisində xarici ordunun əsgəri yoxdur.
Konkret Ermənistana gəlincə, bu ölkə və onun “miatsum” virusundan qurtulmayan abırsız xalqı bir əsrdən çoxdur başından yekə iddialarla, heç vaxt reallaşmayacaq arzularla yaşayır. Ermənistanın xarici dövlətlər üçün faktiki hərbi poliqona çevrilməsinin tək səbəbi də bu – sağalmayan “miatsum” mərəzi. Halbuki Ermənistana nəinki xarici hərbi bazalar, heç ordu da lazım deyil. Vurğulandı: heç kim ona hücum etməyə hazırlaşmır. Yetər ki, İrəvan, nəhayət, öz qapıbir qonşularına qarşı əsassız ərazi iddialarından əl çəkib dinc-yanaşı, sülh içində yaşamağa qərar versin...
Guya indi onların ən ağıllıları Paşinyandır. O da ki, ayları-aylara, illəri-illərə qatmaqla öz xalqı üçün unikal şansı qaçırmaqda. Azərbaycanın sülhlə bağlı beynəlxalq hüquqdan doğan haqlı tələblərini (İrəvan çox səhv olaraq bunu Bakının şərti kimi təqdim edir) dəstəkləyib gərəkənləri etmək əvəzinə, üç ildir söz oyunu ilə məşğuldur, paralel surətdə altdan-altdan revanşa hazırlaşmaqdadırlar. Təbii ki, bunu “özünümüdafiə” bəhanəsi ilə pərdələməyə çalışırlar.
Sonra. Ermənistanın baş naziri dünən iddia edib ki, erməni xalqı artıq “tarixi” (mifik – red.) yox, “real Ermənistan”ı seçib. O, ölkənin əvvəlki rəhbərləri ilə birlikdə soydaşlarını “tarixi sikldə” yaşamağa məcbur etdiyi üçün üzr istəyib. “Mən əminəm ki, xalqımız öz seçimini çoxdan “real Ermənistan”ın xeyrinə edib. Amma biz müxtəlif dövrlərin idarəçiləri bunu eşitmədik və faktiki olaraq insanlarımızı “tarixi dövrədə” yaşamağa məcbur etdik. Bunun üçün biz bağışlanma diləməliyik və mən də öz payıma üzr istəyirəm”, - Paşinyan sosial şəbəkədə yazıb.
İlk baxışda praqmatik görünən mövqedir. Ancaq əsas olan çoxluğun təfəkkürünü dəyişməkdir. Bu da görünmür. Əfsus ki, ermənilər böyük ölçüdə başlarına gələnlərdən, xüsusən də “Dəmir yumruq”dan ciddi dərs götürənə oxşamırlar. Yenə aza qane olmaq istəmirlər. Demək, azdan da, çoxdan da məhrum olacaqlar.
Necə ki, illər uzunu Qarabağda erməni varlığı ilə bağlı bizə ağlasığmaz şərtlər irəli sürdülər, “ikinci erməni dövləti” deyib sayıqladılar, Azərbaycanın son dərəcə əlverişli sülh təklifini rədd etdilər. Nəticə ortada: Qarabağda erməni qalmayıb.
Özlərini yaxşı aparmasalar, zamanın nəbzini tuta bilməsələr və daha bir tarixi yanlışı etsələr, Ermənistanda da erməni qalmayacaq. Hərçənd ora da onların vətəni sayılmaz...
Musavat.com


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Bu gün, 18:15 |
|
|
|
• SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Bu gün, 18:10 |
|
|
|
• "Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Bu gün, 18:02 |
|
|
|
• Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Bu gün, 17:58 |
|
|
|
• Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Bu gün, 17:53 |
|
|
|
• Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Bu gün, 17:46 |
|
|
|
• Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Bu gün, 17:40 |
|
|
|
• Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Bu gün, 17:36 |
|
|
|
• ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Bu gün, 17:33 |
|
|
|
• "Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 17:20 |
|
|
|
• MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Bu gün, 17:17 |
|
|
|
• Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Bu gün, 17:14 |
|
|
|
• 3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Bu gün, 17:09 |
|
|
|
• Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Bu gün, 17:04 |
|
|
|
• Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Bu gün, 17:03 |
|
|
|
• SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Bu gün, 17:01 |
|
|
|
• Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Bu gün, 16:58 |
|
|
|
• “Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Bu gün, 16:56 |
|
|
|
• Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Bu gün, 16:53 |
|
|
|
• Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Bu gün, 16:45 |
|
|
|
• Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır - GƏLİŞMƏ
Bu gün, 16:00 |
|
|
|
• Husilərin İsrailə qarşı müharibəsi - Raketlərin pulunu kim ödəyir?
Bu gün, 15:53 |
|
|
|
• "Hamı günahkardır dünyada, amma..." - Bahəddin Həzi yazır...
Bu gün, 15:45 |
|
|
|
• “Azərenerji”dən 6.6 milyonluq layihə
Bu gün, 15:39 |
|
|
|
• Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... - Kremlin BAŞI QAÇIB...
Bu gün, 15:24 |
|
|
|
• "Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb - RƏSMİ
Bu gün, 15:18 |
|
|
|
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub - DETALLAR
Bu gün, 15:16 |
|
|
|
• RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU - Hesablama Palatasından İFŞA
Bu gün, 15:10 |
|
|
|
• ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI... - DƏLİXANADIR VALLAH...
Bu gün, 15:01 |
|
|
|
• Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub - DETALLAR
Bu gün, 14:52 |
|
|
|
• Evin şüşədəndirsə... - GƏLİŞMƏ...
Bu gün, 14:50 |
|
|
|
• Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi - “Anadolu”
Bu gün, 14:46 |
|
|
|
• “Baku Electronics” və “ABC Telecom” barəsində haqsız rəqabətə yol verilməsi üzrə iş qaldırılıb - TƏFƏRRÜAT
Bu gün, 14:44 |
|
|
|
• Mikayıl Cabbarovdan BAHALAŞMA QƏRARI - BUNDAN SONRA...
Bu gün, 14:43 |
|
|
|
• Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı – Gizli detallar
Bu gün, 13:08 |
|
|
|
• Zəngəzur dəhlizinə iki ölkə nəzarət edəcək - Abovyan
Bu gün, 13:06 |
|
|
|
• Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq - KİV
Bu gün, 12:51 |
|
|
|
• Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbərinin oğlunun həbsini qüvvədə saxlayıb
Bu gün, 12:45 |
|
|
|
• Rusiya agenti olduğu iddia olunan sabiq deputat danışdı - YENƏ DƏ DEDİYİNİ DEYİR...
Bu gün, 12:42 |
|
|
|
• Arvadını öldürən Həmid - Məhkəmədən gizlənirmiş...
Bu gün, 12:37 |
|
|
|
• “Kontakt Home”un baş kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış - “Seçilən işçilərdən olmuşam”
Bu gün, 12:34 |
|
|
|
• Axmaqlara xitab edənlər və Azərbaycan - REPLİKA
Bu gün, 12:33 |
|
|
|
• Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib - Rusiya DİN
Bu gün, 12:30 |
|
|
|
• Kreml Trampın sülh təklifini niyə rədd edir? - “Atlantik Şura”
Bu gün, 12:21 |
|
|
|
• Kilsə-hakimiyyət qarşıdurması yeni MƏRHƏLƏDƏ
Bu gün, 12:17 |
|
|
|
• Fəhlənin əli amputasiya edildi, obyekt sahibi cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:15 |
|
|
|
• Milyonluq tenderlərin “ovçusu”: “Az-Tex-İmport” MMC - İcazə verin, şübhələnək...
Bu gün, 12:08 |
|
|
|
• Zəngəzur Pezeşkianın şansı, Vilayətinin qırmızı xəttidir - İNCƏLƏMƏ
Bu gün, 12:04 |
|
|
|
|