Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                     Dünyanın ən nüfuzsuz siyasətçisi .....                     Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər .....                     AZAL Dubay reyslərini bərpa edib .....                     74 milyonluq şirkətə qoşulma: .....                     Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub .....                     Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir .....                     Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti .....                 

Rusiyanın Bakıda idarə olunan xaos yaratmaq ssenarisi...
Tarix: 31-03-2014, 08:09 | Çap et
Rusiyanın Bakıda idarə olunan xaos yaratmaq ssenarisi...
Rusiyanın Azərbaycana mümkün təzyiqləri BMT Baş Məclisindəki səsvermə zamanı ölkəmizin Ukraynanı dəstəkləməsindən sonra bir az da aktuallıq kəsb eləməyə başlayıb. Aydındır ki, Moskvanın çox tezliklə Azərbaycana qarşı hansısa ciddi neoimperiya cəza tədbiri görməyə hazırlaşdığına dair hələlik real əsaslar yalnız ermənilərin cəbhədə atəşkəsi ciddi şəkildə pozmasından o tərəfə keçməyib.

Lakin Ukraynadakı həddən artıq dramatik hadisələr və Kremlin getdikcə güclənən ekspansionist iştahası fonunda, həmçinin də beynəlxalq hüquq normaları, zəmanətlər və təhlükəsizlik sisteminin, demək olar, çöküşü kontekstində çox vacibdir ki, Azərbaycan qabaqcadan özünü sığortalasın və hər cür təhlükəyə hazır olsun.
Bu planda Moskvanın zəruri bildiyi halda Azərbaycana qarşı işə sala biləcəyi mümkün hədələrin, həmçinin, ölkəmizdə birbaşa və ya dolaysıyla “beşinci kolon” qismində çıxış edə biləcək qüvvələrin dairəsini heç olmasa, tezis şəklində cızmaq çox vacibdir.

Mümkün hədələr

Heç kəsə sirr deyil ki, Moskvanın Azərbaycana qarşı əsas təzyiq rıçaqı artıq uzun illərdir Qarabağ problemi ilə bağlıdır. Əgər Kreml Azərbaycanı cəzalandırmaq ssenarisini işə salmaq qərarı versə, o zaman bu problem hesabına bir sıra hədələri reallaşdıra bilər:

- İrəvana icazə verər ki, Azərbaycanın işğal altındakı ərazilərini tanınmayan “DQR”in tərkibinə qatsın. Ardınca həmin ərazilərin sürətli məskunlaşdırılmasına Moskva yardımçı ola bilər;

- Ermənistanı sövq edər ki, Dağlıq Qarabağda Krımdakı kimi separatçı referendum keçirsin və ondan sonra muxtariyyəti özünə birləşdirsin, yaxud Dağlıq Qarabağa da Abxaziya kimi müstəqil dövlət statusu tanısın;

- Naxçıvan istiqamətində və sərhəd boyu Ermənistanı Azərbaycana qarşı həm də Rusiya hərbi bazalarının köməyindən qeyri-leqal şəkildə istifadə eləməklə geniş miqyaslı hərbi əməliyyatlara şirnikləndirsin, ölkəmizin yeni rayonlarının işğalına şərait yaratsın;

- Azərbaycanda sabitliyi pozmaq, hakimiyyəti dəyişməyə cəhd eləmək və ya ölkənin federallaşmasına nail olmaq kimi motivləri əldə rəhbər tutaraq ləzgilərin və talışların kompakt yaşadıqları şimal və cənub bölgələrimizdə öz təsir agentlərinin köməyi ilə yeni separatçı ocaqlar yaratmaq;

- Azərbaycanda sabitliyi pozmaq və idarə edilən xaos yaratmaq, bu fonda özünün çirkin ssenarilərini həyata keçirməkdən ötrü azərbaycanlı miqrantları kütləvi şəkildə Rusiyadan çıxarmaq və bundan ötrü qanunverici, praktik və ultra-millətçi üslubda kampaniya həyata keçirmək (Biryuleva hadisələri bir xəbərdarlıq idi).

- Xəzər dənizində hərbi mövcudluğunu gücləndirmək, dənizin statusu haqda sazişləri təftiş eləmək və İranın mövqeyinə yaxınlaşmaq yolu ilə bu sazişlərdə Xəzərin Azərbaycana aid hissənin açıq-aşkar kiçilməsinə, beləliklə də bizim bir sıra neft-qaz yataqlarımızın istismarının əngəlləməsinə gətirən dəyişikliklərə cəhd eləmək;

- Azərbaycanda hakimiyyət dəyişikliyinə və ya bir sıra prinsipial məsələlərdə hakimiyyəti güzəştə vadar eləmək üçün terror aktları, ekstremist dəstələr sayəsində “beşinci kolon”u fəallaşdırmaq və artıq yuxarıda sadalanan təhlükələri işə salmaqla Bakının özündə sabitliyi pozmaq və kriminallaşdırmaq ssenarisini həyata keçirmək.

“Beşinci kolon”un konturları:

1. Özünün etno-konfessional və sosio-mədəni fərqliliyi, həmçinin də tarixi inkişafın mürəkkəb kolliziyaları və müasir faktorların müxtəlif istiqamətli, müxtəlif səviyyəli təsirləri hesabına Azərbaycan toplumu xarici siyasət, prioritet verdiyi məsələlər və oriyentasiyalar etibarilə heç də yekcins deyil.

Özünün qarışıq əhalisi, bir sıra yerlərdə isə ləzgilərin üstünlük təşkil eləməsi ilə ölkənin şimal rayonlarında (Quba, Qusar, Xaçmaz, Xudat) ənənəvi olaraq Rusiyaya meyllilik üstünlük təşkil edib. Burada ələlxüsus, məqsədli xarici faktorun təsiri altında separatçı əhvalın artma təhlükəsi aradan qalxmayıb.

Cənub bölgəsində (Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı) isə xeyli dərəcədə dini faktordan qaynaqlanan İran meyllilik yetərincə güclüdür. İran və Rusiyanın bu regionda tandem şəklində hərəkətləri Azərbaycana bir çox problemlər yarada bilər. Farsdilli talışların kompakt yaşadığı, İran və Rusiya xüsusi xidmət orqanlarının fəal işlədiyi bəzi rayonlarda (narkotrofikin əsas kanalları da buradan keçir) separatçı əhvalı və dini ekstremizmi qızışdırmaq üçün real baza qalır.

2. Yaxın dövrədək Azərbaycanın siyasi xəritəsində Rusiya yönümlü qüvvələr zəif təmsil olunmuşdular və gizli fəaliyyətə üstünlük verirdilər, hərgah son zamanlar onlar hiss ediləcək dərəcədə fəallaşıblar. Rusiyayönümlü vektor bir sıra partiyaların - kommunist, sosialist, qismən sosial-demokrat və s. partiyaların fəaliyyətində görünür. Bu partiyaların hamısı həddən artıq zəif təşkilatlanıb, geniş elektoral bazaya malik deyil və hadisələrin gedişinə ciddi təsir göstərə bilmirlər. Onlardan bəzilərinin siyasi mövcudluğu ya xaricdən olan dəstəklə, ya da hakimiyyətdəki ayrı-ayrı nüfuzlu şəxslərin şefinin gizli qəyyumluğu ilə bağlıdır. Krım hadisələri kontekstində bu qüvvələr, xüsusən də kompartiya Moskvanın Ukraynadakı hərəkətlərini açıq formada müdafiə elədilər və sosial şəbəkələrdə və KİV-lərdə Moskvayönlü təbliğatı gücləndirdilər.

Başqa etnos və dinlərin nümayəndələrində, o cümlədən Azərbaycanın rusdilli əhalisində Rusiyayönlü ovqat Kremlin müvafiq təbliğatı qarşısında xeyli güclənə, Moskva onların hüquqlarının müdafiəsi bəhanəsi ilə Azərbaycana təzyiqlərini genişləndirə və bu faktoru işə sala bilər.

3. Məsələyə bütöv Azərbaycan cəmiyyəti kontekstində baxsaq, o zaman görərik ki, ölkədə siyasi-ideoloji motivli, şüurlu Rusiyaya rəğbət əhvalının geniş yayılması hələlik yoxdur. Müasir Azərbaycan cəmiyyətinin siyasiləşməməsinə və amorf durumuna, toplumda qərbyönlü və demokratik gözləntilərə inamın böyük ölçüdə zədələnməsinə baxmayaraq, hər halda Rusiyanın və ya İranın xeyrinə geniş ictimai fikrin yaranmasını əngəlləyən ciddi faktorlar mövcuddur.

İş ondadır ki, əhalimizin əksəriyyəti Rusiyaya inanmır və ondan incikliyini saxlayır. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin taleyini unutmur, Qarabağ məsələsinin qızışdırılmasında, 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin törədilməsində, Xocalı soyqırımında, ərazilərimizin 20%-nin işğalında, Ermənistana hərbi-siyasi, informasiya və maliyyə dəstəyi verilməsində və s. Rusiyanın oynadığı çirkin rolun fərqindədir. Bundan savayı, bir çox vətəndaşlar tariximizin acı dərslərindən nəticə çıxararaq - nə vaxt ki, məhz Rusiya İranla birgə vaxtaşırı Azərbaycanı işğal edib və bölüblər - bu təhlükəli qonşularla həddən-ziyadə yaxınlaşmaqdan ehtiyat edirlər.

4. Son illər müşahidə edilən Rusiyayönlü vektorun vaxtaşırı güclənməsi heç də Azərbaycan cəmiyyətinin dərinliklərindən gəlmir, əsasən əhalinin böyük hissəsinin acınacaqlı sosial-iqtisadi durumundan, bir də ki, ölkə rəhbərliyində müəyyən şəxslər və qruplaşmaların konyuktur siyasi-iqtisadi manevrləri və oyunlarından qaynaqlanır.
Rusiyaya münasibətdə bu yeni təmayüllər təkcə siyasi təmasların intensivləşməsində və iqtisadi, energetik əməkdaşlığı genişləndirmək cəhdlərində deyil, həm də elm, mədəniyyət, təhsil sahələrində, mədəni əlaqələr və informasiya siyasətində əksini tapır. Hakim elitanın müəyyən kəsiminin, həmçinin Azərbaycanın daxilindəki və xaricindəki bəzi nüfuzlu oliqarxların, o sırada “Milyarderlər İttifaqı”nın lobbist səyləri ilə son zamanlar Rusiyanın KİV-ləri, biznes strukturları, mədəni-təhsil müəssisələri və s. ölkəmizə fəal şəkildə nüfuz eləməyə başlayıb.

5. Müasir Azərbaycan toplumu təzyiq altında olması, marginal və amorf duruma düşməsi səbəbindən bütövlükdə ölkənin daxili və xarici siyasət kursunu çox laqeyd şəkildə seyr edir. Hələ ki, Azərbaycanda Rusiya təsirinin güclənməsinin Qərb, yaxud Türkiyənin mövcudluğunun zəifləməsi hesabına getdiyini söyləmək üçün sanballı əsaslar yoxdur.
Bununla belə, ölkədə rusiyayönlü ovqatın və ya “beşinci qüvvə”nin müəyyən qədər aktivləşməsi həyəcan doğurur. Bu, tədricən bəzi sosial təbəqələrdə Rusiya amilinin saxlanması və ya güclənməsindən dolayı sırf praqmatik maraq formalaşdıra bilər. Onlar əsasən, Azərbaycanın funksional olaraq Rusiyaya bağlı biznes-strukturları və onların şəxsi heyəti, habelə Rusiyada iş axtaran azərbaycanlılar ordusu (məlumatlara görə, sayı 2 milyondur) və onların ailələridir. Daha biz “beşinci kolon”u və təsir agentlərini, həmçinin şüurlu surətdə Rusiyanı seçən və separatçı əhvallı vətəndaşları demirik.

6. Azərbaycanın ictimai-siyasi həyatında bundan sonra Rusiyayönlü vektorun güclənməsi və ya zəifləməsinin mümkünlüyü ilk növbədə dünyada və postsovet məkanında daxili siyasi və xarici siyasi proseslərin inkişaf xarakterindən:

a) Qərblə (ABŞ-la) Rusiya arasında postsovet regionunda hazırkı kəskin qarşıdurmanın nəticəsindən və böhranlı Rusiya-Ukrayna münasibətlərinin perspektiv inkişafından, habelə Azərbaycanın müxtəlif güc mərkəzləri arasında uğurlu balans yaratmaq siyasətindən;

b) Azərbaycanın daxili siyasi kursundakı kolliziyalardan, o cümlədən hakimiyyət strukturlarında ölkənin müasir dünya birliyinə strateji inteqrasiya xəttinə sadiq qüvvələrlə Rusiya vektoruna lobbiçilik edən qüvvələrin nisbətindən, həmçinin ölkənin milli-dövlət maraqlarına təhlükələrin dəf edilməsi və bu maraqların qorunması məsələsində geniş ictimai konsensusun əldə olunması perspektivindən asılı olacaq.

Ziyad QARAXANLI,
minval.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Bu gün, 10:18
Nazir onu rəis müavini təyin etdi - ƏMR
Bu gün, 10:13
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Bu gün, 10:10
Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru