"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                     İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib .....                     Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? .....                     Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                 

"Ailəmi evdən çıxardı, mənzilə də həbs qoyublar..." - ÖZBAŞINALIQ!
Tarix: 5-08-2024, 15:36 | Çap et
"Ailəmi evdən çıxardı, mənzilə də həbs qoyublar..."
Bakı şəhəri sakini Əsgərov Kamil Balay oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu gəlib. Vətəndaş şikayət edir ki, Pirallahı rayonunda məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış məhəlləsindəki mənzil xəbər verilmədən əlindən alınıb. O vurğulayır ki, Mənzil İstismar İdarəsi əlaqə yaratmadan, bildiriş göndərmədən evi boşaldır.

Ailə fərdlərinin hərəsi müxtəlif səbəblərə görə, qısa müddətlik fərqli yerlərdə məskunlaşıb. İcraçılar sözügedən ünvanda yaşayışın olmamasını arqument gətirib. Şikayətçi deyir ki, onu və yaxınlarını məhkəmə iclasına çağırmadan, iştirakları olmadan, qərar verilib ki, ev boşaldılsın:

“Mən, Əsgərov Kamil Balay oğlu, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, Ağdam rayonundan olan məcburi köçkünəm. 2019-cu ilin 14 avqust tarixində mənə dövlət tərəfindən Pirallahı rayonunda məcburi köçkünlər üçün tikilmiş binalardan birindən 3 otaqlı mənzil verildi. 4 nəfər ailə üzvlərimlə birlikdə orada yaşayırdıq.

İşim olmadığından, hamı kimi, mən də tikinti işlərində işləmək üçün Rusiyaya gedirəm, iki qızıma çörəkpulu qazanıram. Hazırda Moskva şəhərində fəhlə olaraq fəaliyyət göstərirəm. Mənzil Kommunal İstismar Sahəsinin, yəni “JEK”in rəhbəri, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin sədri ilə əlbir olub ailəmi evdən çıxardı, mənzilə də həbs qoyublar.

Mən hər il işləmək üçün ölkə xaricinə çıxanda uşaqlarım orada tək qalmasın deyə müvəqqəti rayona göndərirdim. Qızımın biri təzəlikcə ailə qurub, digəri də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə qəbul olub deyə ora getdi. Yoldaşımın anası xərçəng xəstəsidir deyə, o da valideyninə tez-tez baş çəkir, ona baxır. Bunları bəhanə etdilər ki, bəs evdə yaşayış yoxdur.

İndi oranı satmaq istəyirlər. Sizdən çox çox xahiş edirəm, ailəmə kömək edin. İşimlə əlaqədar olaraq hələ ki, gələ ölkəyə bilmirəm. 2 ay sonra Azərbaycana qayıdacağam. Ailəm çöllərdə qalıb. Bizə heç bir xəbərdarlıq edilməmişdi. Özəri məhkəmə iclası keçirib, özləri də ailəmi evdən qovdular”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin Pirallahı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Maniyev Feyzulla Hurriyyet.az saytına verdiyi açıqlamada bildirir ki, Əsgərov Kamil Balay oğlu mənzildən uzaqlaşdırılması ilə bağlı əvvəlcədən xəbərdar edilib. O, vətəndaşın irəli sürdüyü bütün iddiaların əsassız olduğunu bildirir:

“Bura məcburi köçkünlər üçün salınan kompleksdir. Onlara müvəqqəti məskunlaşmaq üçün mənzil verilib. Daimi qeydiyyatları və evləri yoxdur. Ancaq Nazirlər Kabinetinin konkret müqavilə forması var. Orada da qeyd olunub ki, 3 aydan artıq üzrsüz səbəbdən mənzildə yaşayış olmasa, məhkəmə qaydasında həmin mənzil boşaldılır. Mən mənzili boşaltmıram. Bizim rəhbərimiz olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinə bu haqda məlumat verirəm. Qərarı onlar qəbul edirlər deyə məhkəməyə müraciət edirlər-etmirlər, onların işidir.

Vətəndaş iddia edir ki, onları xəbərdar etməmişik. Yalandır. Məhkəmə qərar verib, elə özü qəbul edib. Biz prosesə heç bir müdaxilə edə bilmirik. Həmin departamentdən də yəqin ki, məhkəməyə müraciət ediblər, iddia qaldırıblar, sübut olunub ki, o mənzildə yaşayış yoxdur. Mən özüm Mənzil Kommunal İstismar Sahəsinin rəisiyəm, daim mənzilləri nəzarətdə saxlayıram ki, hansında yaşayış var, ya yoxdur, bilim. Yaşayış yoxdursa, belə çıxır ki, həmin məcburi köçkünün yaşayış yeri var, mənzilə ehtiyacı yoxdur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinə hər gün mənzil üçün müraciət edənlər olur. Bəzisi var, pis vəziyyətdə yaşayır, qaldığı yataqxana yanıb və s. Komitədə hazırda mənzil tikintisi yoxdur. Çünki işğal olunan torpaqlarımız geri alınandan sonra məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin hamısı Əmək və Əhalinn Sosial Müdafi Nazirliyinin öhdəliyinə keçdi. O şərtlə ki, şəhid ailələri və qazilərə təhvil verilsin”.

Məsələ ilə bağlı Hurriyyet.az-a açıqlama verən hüquqşünas, “Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu”nun müdiri Əkrəm Həsənov izah edir ki, mənzil vətəndaşa icarəyə verilibsə, müqaviləyə əsasən, alına bilər:

“Belə başa düşürəm ki, həmin mənzil ailənin mükiyyətində deyil, sadəcə istifadəsindədir, icarəsindədir. Buna görə də icarə müqaviləsinə baxmaq lazımdır. Oradakı şərtlərdən asılı olan bir məsələdir. 3 aydan çox bir müddət ərzində sözügedən mənzildə yaşayışın olmadığı yazılıbsa, boşaltmalısan. Belə məqamda vətəndaş haqlı deyil. Bu təfərrüatları bilmədən fikir yürütmək çətindir.

Ümumilikdə, baş verənlər icarə müqavilələrinə xas olan ünsürdür. Özü də vətəndaş pul da vermirsə, prinsipcə qarşı tərəf evi onun əlindən ala bilər. Misal olaraq, torpaq məsəlsində belə bir şey var. Dövlət torpağı verir, istifadə etmirsənsə, geri alır. Yəni dövlət haqlıdır.

Əkrəm Həsənov deyir ki, vətəndaşın onunla bağlı məhkəmə iclasında iştirak etməsi mütləqdir:

“Məhkəməyə çağırılmaması düzgün deyil. Çünki vətəndaşa dair məhkəmə prosesi varsa, ora dəvət edilməlidir. Bəlkə də həmin mənzilə bildiriş göndərilib, o da orada yaşamayıb. Ona görə, xəbəri olmayıb.

Məhkəmə qərarı alınan gündən vətəndaşın 1 ay vaxtı var ki, Bakı Apellyasiya Məhkəməsinə şikayət üçün müraciət ünvanlasın. Haqlıdırsa, bu zaman sübut edə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru