“Sən mütləq general olacaqsan!..” .....                     Milli dövlətçilik ənənələrinin yeni səhifəsi .....                     Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? .....                     Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb .....                     Sülh bəyanatları ilə paralel silahlanma .....                     Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu .....                     Şəhid anası yeni video yaydı .....                     Bayrağımızın rəngləri belə qarışıq düşür... .....                     Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir .....                     Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik .....                     İrandan müəmmalı Zəngəzur açıqlaması .....                     Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? .....                     “İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU .....                     Mərhum iş adamının yüksək rütbəli oğlu .....                     “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı .....                     “Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” .....                     DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib .....                     Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... .....                     Hamının subay bildiyi Namiq 6 ay əvvəl... .....                     Şimal-şərq küləyi əsəcək .....                     20 ildir icra başçısı olan Mərdan Camalov…… .....                     Paşinyanla Makron Azərbaycana gələ bilər? .....                     İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, .....                     Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb .....                     Üç kənddə görünməmiş FƏLAKƏT .....                     “Azər-Türk Bank” kimə ARXAYINDIR? .....                     “Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” .....                     TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... .....                     Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb .....                     Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR .....                     Fuad Nəcəfliyə inanıb qayıtmışdım... .....                     Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq .....                     Elcan Rəsulov Mədət Quliyevlə bir arada .....                     "Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin .....                     Türk NATO-su nə zaman yaradılacaq? .....                     5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır .....                     Pozulmuş əmək hüquqlarının bərpasında... .....                     Susuz qalan tender: Dövlət qurumunun tenderi niyə ləğv olundu? .....                     Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar .....                     Azərbaycanda eyni hüquqi ünvanda 4 şirkət .....                 

Müəllimlərin sertifikasiyasını DİM keçirərsə...
Tarix: 7-06-2024, 14:32 | Çap et
Müəllimlərin sertifikasiyasını
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının qərarına əsasən, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər. İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək. Keçənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub.

Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib. Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Qeyd edək ki, növbəti sertifikasiya yaxınlaşır və hazırda müəllimlər imtahanlarla bağlı sosial şəbəkələrdə ciddi müzakirələr aparırlar. Həmin müzakirələrdə müəllimlərin bir qismi imtahanları normal qarşılasalar da, bəzi müəllimlər prosesin çətin olacağı fikrindədirlər. Bu baxımdan bir qrup müəllim Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiya imtahanlarında sualların çətin hazırlandığı, bu məqsədlə də imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunması fikri ilə çıxış etsə də, digər qrup müəllimlər bunun əksini düşünürlər.

Maraqlıdır, sertifikasiya imtahanlarının hansı qurum tərəfindən keçirilməsi daha məqsədəuyğundur?

“İmtahanı DİM keçirsəydi “kəsilənlərin” sayı qat-qat çox olacaqdı”

Təhsil üzrə ekspert Elşən Qafarov “Cümhuriyət”-ə bildirib ki, əgər sertifikasiya imtahanını Dövlət İmtahan Mərkəzi keçirmiş olsaydı, “kəsilənlərin” sayının qat-qat çox olacağını düşünür:

“Elm və Təhsil Nazirliyi sertifikasiyaya həddindən artıq humanist yanaşır. Sualların səviyyəsi, sualların tərtibi çox asan qoyulur. Hətta əslində ixtisasla bağlı suallar olmamalıdır. İxtisasın, fənnin metodikası ilə bağlı suallar olmalıdır. Sertifikasiya müəllimin peşəkarlıq səviyyəsini yoxlayan proseduradır. Yəni müəllimin bu gün nəyi bilib, nəyi bilmədiyini yoxlayır. Müəllimin müəllim yanına getməsi, indi hazırlığa başlaması, illərlə tədris etdiyi materialları öyrənməsi biabırçılıqdır.

Ancaq olsun, heç olmasa bundan sonra müəllim dərk edəcək ki, insan taleyi ilə oynamaq olmaz. Dövlətin verdiyi təhsil standartlarına uyğun olaraq təhsil vermək lazımdır. Müəllim yanına gedir, demək, indiyədək tədris etməyib, fənn üzrə bilikləri olmayıb, eybi yox, kursa gedib öyrənsin və sertifikasiyada müsabiqədən keçsin. Heç olmasa öyrəndiklərini bundan sonra sinifdə tətbiq etsin”.

Ekspert hesab edir ki, sertifikasiyanı hansı qurumun keçirməsi əsas şərt deyil:

“Əsas odur ki, müəllim sertifikasiyada qoyulmuş suallara cavab versin”.

“Suallar xeyli asan və rahatdır”

Təhsil üzrə ekspert Elmin Nuri isə bildirib ki, ümumiyyətlə, sosial şəbəkə platformalarında bir çox təhsil qrupları və səhifələrində müəllimlərin sertifikasiyası ilə bağlı birmənalı fikirlər səslənilmir:

“Onların da bəziləri sualların çətin olması, müəllimləri hazırlığa vadar edəcək dərəcədə hazırlanması və s. kimi arqumentə, əsaslı faktlara söykənməyən detallardır. Mən bunu doğru qəbul etmirəm. Doğrudur, təhsillə məşğul olan hər bir şəxs müəllim kimi çalışa bilməz. Tədqiqatçının tədqiqat, müəllimin müəllim işi var. Ancaq ətrafdakı müşahidələrimizdə, bir çox insanlarla apardığımız söhbətlərdə ümumi baxışlardan sonra belə qənaətə gəldik ki, sertifikasiyaya salınan sualların çətinlik dərəcəsi müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahan mərhələsindəki suallardan xeyli asan və rahatdır.

Tanıdığımız çoxsaylı müəllimlər arasında elələri var ki, onlar hətta hazırlaşmadan, yaxud çox səthi hazırlıqdan sonra yüksək bal toplayaraq əməkhaqqı artımına səbəb olub. Müəllimlərin sertifikasiyası maksimum 60 sual və 60 baldan ibarətdir və 30-51 aralığı 10 faizlə, 51-60 faiz aralığı isə 35 faizlə hesablanır. Sertifikasiya ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri arasında keçirilib. Bir çox müəllimlər- burada söhbət əsl pedaqoji işin təşkilini bilən, öz ixtisasını, tədris etdiyi fənni ibtidai baza, eləcə də əsaslı biliklərini dərindən bilən müəllimdən gedir- onlar qətiyyən narazı deyillər.

Onlar hətta sualları xeyli asan hesab edirlər. Biz bununla bağlı ötən il cəmiyyətin ümumi bir profilini, müəllimlərin ümumi bir marağını yoxlamaq üçün kiçik bir sorğu keçirdik. Müəllimlərin bir çoxu sertifikasiya suallarının xeyli asan olduğunu bildirdilər. Ancaq bir qrup müəllim də var ki, sualların çətin olduğunu deyir, nəyə görə hazırlığa getdiklərini bildirirlər”.

“Bunu da MİQ və sertifikasiyaya calamaq istəyirlər”

Ekspert istər MİQ, istərsə də sertifikasiya, yaxud hər hansı müsabiqə ilə bağlı bir müəllimin başqa bir müəllimin yanına hazırlığa getməsini həmin müəllimin adına yaraşdırmır:

“Bunu bağışlanmaz səhv hesab edirəm. Mənim üçün bir müəllimin uzun illərdir ki, tədris etdiyi fəndən imtahan verəcəyi halda hazırlığa getməsi bağışlanılmazdır. Mənim subyektiv yanaşmam nəyisə dəyişmir. Ancaq məsələ birincisi bir qrup müəllimin hazırlıqsızlığı, ixtisası ilə bağlı bilgisizliyidirsə, ikincisi, onların təxribata getməsidir. MİQ, sertifikasiya hazırlığı o qədər süni şəkildə şişirdildi ki, müəyyən ajiotaj yaratdı. Necə ki, qəbul imtahanları ilə bağlı “kim olursan ol, hazırlığa, repetitor yanına getməsən sən universitet tələbəsi ola bilməyəcəksən” fikri yayılmışdı. Eynilə bunu da MİQ və sertifikasiyaya calamaq istəyirlər”.

Həmsöhbətimiz deyir ki, burada fərqli məsələlər var:

“Birincisi, repetitorluq ayrı bir məsələdir. Abituriyent yazıq bilmir ki, Elm və Təhsil Nazirliyinin (ETN) hazırladığı tədris proqramı, yoxsa Dövlət İmtahan Mərkəzinin (DİM) orta məktəblər üçün hazırladığı qəbul proqramına əsasən hazırlaşsın. Bu, müəyyən çaşqınlığa yol açdı və repetitorluq institutu “uddu”. Bu səbəbdən abituriyentləri başa düşmək olar. Ancaq müəllim imtahanında yalnız ETN-in vahid proqramı var ki, onun üzərində hazırlıq tamamilə kifayət edir. Sadəcə həqiqətən də hazırlıqsız, ixtisasını yaxşı bilməyən müəllimlər var ki, onlar bu kimi fikirlərlə çıxış edirlər”.

“Allaha yalvarmalıdırlar ki, imtahanı DİM keçirməsin”

Ekspertin deyib ki, əslində sertifikasiyadan “kəsilən” müəllimlərin tərəfini tutub, “ola bilsin onlar psixoloji baxımdan hazır olmayıblar, gərginlik yaşayıblar, yaxud İT texnologiyasını yaxşı bilməyiblər deyə zəif nəticə toplayıblar” kimi fikirlər bildirib:

“Haqlı olaraq mənə deyiblər ki, nə oldu, hamısı bu səbəbdən belə oldu? Təbii ki, haqlı irad qarşısında nəsə deyə bilməmişəm. Çünki bilirəm ki, məqsədim müəllim adının qorunmasıdır. Bəzi reallıqlar var ki, biz bununla barışmalıyıq. Ötən il 743 müəllim 2-ci mərhələdən də keçə bilmədilər. Bu anlaşılmazdır. Yəni bir müəllim uzun illər bir fənni “tədris edir”, ən azı 5 il “tədris”lə məşğul olur, dövlət isə ondan istəyir ki, hər verilən 2 sualdan yalnız 1-ni cavablamaqla həm işini qorusun, həm də maaşını 10 faiz artırsın.

Əgər bunu da bacarmırsa, belə bir müəllimin məktəbdə müəllim kimi çalışmağa mənəvi haqqı yoxdur. Bu gün ETN-in bir çox qüsurlarından danışırıq. Ancaq bu məsələdə onların çox humanist olduğunu vurğulamalıyıq. Bütün bunlara rəğmən ETN yenə şans yaradır. Onlara 1 il vaxt verir ki, yenidən hazırlaşın, gəlin, 2 -ci dəfə imtahan verin. Bu da azmış kimi həmin müəllimlər üçün kurslar təşkil edir. Daha nə istəyirlər? Çox təəssüf ki, bizim təhsil camemiz də sosial şəbəkələrdən, onun nüfuzetmə imkanlarından müsbət deyil, mənfi istiqamətdə yararlanmağa çalışırlar.

Bütün bu şanslardan sonra müəllim imtahana girir, yenə kəsilir və minimal balı yığa bilmir. Ona müəllim demək olarmı? Məhz bu kimi müəllimlər yazırlar ki, sertifikasiya çətindir, bu imtahanlar ETN-dən alınsın və DİM tərəfindən keçirilsin. Məhz həmin müəllimlər bu gün Allaha yalvarmalıdır ki, kaş bu proses DİM-in xətti ilə həyata keçirilməsin. Çünki “kəsilənlərin” sayı ən azı dəfələrlə artacaq. Bu gün ETN-in sertifikasiya prosesindəki humanizmi alqışlanmalıdır. Ancaq başqa variant olsa, bu humanizm keçərli olmayacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sən mütləq general olacaqsan!..” - Ali Baş Komandandan ƏMR
Bu gün, 18:11
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi - MƏQALƏ
Bu gün, 18:07
Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? - AKTUAL
Bu gün, 15:41
Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb
Bu gün, 15:39
Sülh bəyanatları ilə paralel silahlanma - Bu necə barış istəyidir?
Bu gün, 15:33
Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu
Bu gün, 15:30
Şəhid anası yeni video yaydı - VİDEO
Bu gün, 15:20
Bayrağımızın rəngləri belə qarışıq düşür... - FOTOFAKT
Bu gün, 15:16
Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir
Bu gün, 15:03
Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik - Lavrov
Bu gün, 15:00
İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI
Bu gün, 13:05
Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? - “İnterfaks”
Bu gün, 13:03
“İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU - TƏFƏRRÜAT
Bu gün, 13:02
Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra vəfat etdi
Bu gün, 12:59
“İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 12:57
“Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” – Böyük güclərin planları ALT-ÜST OLDU
Bu gün, 12:47
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - AY BƏRƏKALLAH...
Bu gün, 12:37
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Bu gün, 12:32
Hamının subay bildiyi Namiq 6 ay əvvəl...
Bu gün, 12:24
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:12
20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
Bu gün, 12:09
Paşinyanla Makron Azərbaycana gələ bilər? - GÖZLƏNTİ
Bu gün, 12:05
İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, həbsə getdi
Bu gün, 12:02
Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb - TƏFƏRRÜAT
Bu gün, 11:58
Üç kənddə görünməmiş FƏLAKƏT – 100 hektardan çox təsərrüfat və toyuq-cücə MƏHV oldu
Bu gün, 11:56
“Azər-Türk Bank” kimə ARXAYINDIR? – 4 ildir dividend ÖDƏMİR
Bu gün, 11:52
“Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” - Mehriban Xanlarova
Bu gün, 11:48
TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... - Başqa ŞİRKƏT YOXDURMU?
Bu gün, 11:44
Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb - INSS
Bu gün, 11:39
Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR - FOTOLAR
Bu gün, 11:29
Fuad Nəcəfliyə inanıb qayıtmışdım... - AMMA İNDİ...
Bu gün, 11:25
Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq - ÇÜNKİ...
Bu gün, 11:16
Elcan Rəsulov Mədət Quliyevlə bir arada - FOTOLAR
Bu gün, 11:12
"Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin məhkəməsi başlayıb
Bu gün, 11:10
Türk NATO-su nə zaman yaradılacaq? - Elçin Alıoğlu yazır...
Bu gün, 11:09
5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:07
Pozulmuş əmək hüquqlarının bərpasında... - Ekspert danışır...
Bu gün, 11:04
Susuz qalan tender: Dövlət qurumunun tenderi niyə ləğv olundu? - TƏFƏRRÜAT
Bu gün, 10:58
Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar - “France Inter” radiostansiyası
Bu gün, 10:47
Azərbaycanda eyni hüquqi ünvanda 4 şirkət - LƏĞV EDİLİR
Bu gün, 10:38
Fuad Nəcəfli üçün zarafatyana MƏSLƏHƏT... - "Canişin" dərmanı Yelisey sarayında
Bu gün, 10:35
“Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır” – Mirvari Qəhrəmanlı
Bu gün, 10:24
Separatçıların odla oyunu: Bakının səbri bitir - son damla!
Bu gün, 10:12
Şirkət rəhbərinin Azərbaycandan çıxışına "stop" qoyuldu
Bu gün, 10:09
Nə aptekdə var, nə də depolarda qalıb... – “Varfarin” qıtlığı təhlükəli HAL ALDI
Bu gün, 10:03
Biləsuvarın həbsdə olan sabiq icra başçısının müsadirə edilən əmlakları ilə bağlı QƏRAR - DETALLAR
Bu gün, 09:58
Babək Quliyev vəfat etdi
Bu gün, 09:53
Zəngəzur dəhlizi uğrunda mübarizə: Fransa Rusiyanı qabaqladı - “Hraparak”
Bu gün, 09:50
Ermənistan Qərbi Azərbaycana çevriləcək, Paşinyan razılaşıb – Abovyan
Bu gün, 09:46
"Sumqayıt-Aptek-415"-nin səhmdarları toplanır
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru