"Heç kim baxmır, adını da qoyublar ki, dövlət tərəfindən pul ayrılmır" - GİLEY
Tarix: 27-07-2023, 11:55 | Çap et
 Şəmkirlilər nazirlik işçisini və keçmiş əsiri çaylarını mənimsəməkdə ittiham edirlər.
Şəmkirin əksər kəndlərində sakinlər susuzluqdan əziyyət çəkirlər. Onlar nə içməyə, nə də əkinlərini suvarmağa su tapırlar.
Bura da Şəmkirin Təzəkənd kəndidir. Adı da təzədir, dərdi də. Ona görə ki, son illərə qədər bu kəndin su problemi olmayıb.
“Əvvəllər problem yox idi, son 8-9 ayda burda içməli suda problem yaranıb. Bu kəndə məxsus olan kəhrizdən Çinarlı qəsəbəsi qidalanır. Bir dənə su artezianımız var idi, 8-9 aydır, yanıb. Heç kim baxmır, adını da qoyublar ki, dövlət tərəfindən pul ayrılmır. Biz bu dəqiqə dizimizi yerə qoyub, əlimizi göyə açırıq ki, hər gün yağış yağsın, həm başımızı yuyaq, islanaq, həm çənimizdə su qalsın”, – kənd sakini Əbülfəz Məmmədov belə deyir.
Sakinlərin sözlərinə görə, artezian quyusu bir ildir işləmir. Elə çəkiliş vaxtı Şəmkir Su Kanal sahəsinin işçiləri yeni artezian quyusunu qazmağa gəlirlər.
Sahə rəisi Vüqar Əliyev söyləyir ki, kənd susuz qalmayıb, sakinlər bir il kəhriz suyu ilə təmin olunublar və ən geci bir ay ərzində onlara artezian suyu da veriləcək.
Lakin kənd sakinlərinin tək problemi içməli su deyil. Onlar əkinlərini suvarmağa da su tapmırlar.
Kəndlilər iddia edirlər ki, Şəmkir çayı ətrafında salınan göllər və çayda olan sızmalar onlara verilən suyun miqdarının azalmasına səbəb olur.
“Tovuz çayı Şəmkir çayından iki dəfə böyükdür. İndi gəlin gedək Şəmkir çayının içinə baxın, balıq gölləri, “malina” bağı, xurma bağı, “drabilka”… amma heç bir çayda yoxdur bunlar. Bu göllərin heç biri dövlətinki deyil, şəxsidir. Satırlar, pul edirlər, qazanırlar. Mən də burada oturub gözləyirəm ki, mənim məhləmə ayda bir dəfə su gələcəkmi? Gecə saat 1-də, 2-də bu yolu piyada gedib-gəlib, bağımı sulayıram”,- Ə. Məmmədov deyir.
Çinarlı kəndi ərazisində Şəmkir çayı boyunca yuxarı qaldıqda çoxlu göllər və əkin sahələri gözə dəyir. Sakinlərin iddiasına görə, çayın ətrafındakı bu balıq gölləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi Abdulla Köçəri oğluna məxsusdur.
Nazirlik isə iddiaları rədd edir, bu adda işçilərinin olmadığını bildirir.
“Biz bir üz olduq, Abdulla müəllim bir üz oldu. Biz bu gölü dayandıra bilmədik. Bizə verilən su limitindən o istifadə edir, bizə də su gedib çıxmır. Kəndə verilən suvarma suyu ilə balıq saxlayırlar. Özləri üçün biznes qurublar, biz də orda əziyyət çəkirik”.
Bir az yuxarı qalxdıqda isə Şəmkir çayının ətrafında əkin sahələri və üç kiçik göl gözə dəyir. Sakinlər iddia edir ki, bu ərazini də keçmişdə erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov mənimsəyib. O, özü də əslən elə bu kənddəndir.
“Əsirlikdə olan Dilqəm Əsgərovundur. Orda üç süni göl yaradıb, əkin yerləri, “malina”lıq, körpünün altında da balıq gölləridir. Deyir, hamsını mənə dövlətimiz verib”.
Şəmkir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşad Allahyarov da təsdiqləyib ki, məsələ ilə bağlı sakinlər tez-tez idarəyə müraciət edirlər.
“Bir neçə gün əvvəl həmin göllərlə bağlı vətəndaşların şikayətləri bizə daxil oldu. Aidiyyatı şəxslərə göstəriş verdik, yerində araşdırıldı. Bəli, orda suyun bir az artıq götürülməsi müşahidə olundu. Texnika və canlı qüvvə dəstəyi verərək həmin məsələni aradan qaldırdıq. Sızmaları da aradan qaldırmaq üçün qıraq yerlərdən gil gətirərək çaya töküb, qismən bərpa etmişik. Sadəcə bunun qarşısını tam almaq mümkün olmadı. Bu istiqamətdə tərəfimizdən işlər görülür”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, də qanunsuz göllərlə bağlı araşdırma aparılacaq.
Sakinlər də ümidlidirlər ki, rəsmilərin araşdırması ədalətli olacaq. //meydan.tv///


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41 |
|
|
|
| • Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11 |
|
|
|
| • Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08 |
|
|
|
| • Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05 |
|
|
|
| • CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53 |
|
|
|
| • Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49 |
|
|
|
| • Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46 |
|
|
|
| • Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40 |
|
|
|
| • “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35 |
|
|
|
| • Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32 |
|
|
|
| • “Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25 |
|
|
|
| • “Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23 |
|
|
|
| • Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16 |
|
|
|
| • Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13 |
|
|
|
| • Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11 |
|
|
|
| • “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51 |
|
|
|
| • Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25 |
|
|
|
| • Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23 |
|
|
|
| • Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21 |
|
|
|
| • Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31 |
|
|
|
| • Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29 |
|
|
|
| • Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15 |
|
|
|
| • Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45 |
|
|
|
| • Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09 |
|
|
|
| • Bu gün onun anım günüdür
Dünən, 13:07 |
|
|
|
| • Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03 |
|
|
|
| • 24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Dünən, 12:55 |
|
|
|
| • Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Dünən, 12:53 |
|
|
|
| • Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Dünən, 12:49 |
|
|
|
| • AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Dünən, 12:45 |
|
|
|
| • SOCAR-da yeni təyinat - Foto
Dünən, 12:33 |
|
|
|
| • ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Dünən, 12:25 |
|
|
|
| • Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Dünən, 12:17 |
|
|
|
| • Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
| • Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Dünən, 12:00 |
|
|
|
| • “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Dünən, 11:58 |
|
|
|
| • Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Dünən, 11:43 |
|
|
|
| • Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Dünən, 11:41 |
|
|
|
| • Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Dünən, 11:40 |
|
|
|
| • Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Dünən, 11:39 |
|
|
|
| • Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Dünən, 11:34 |
|
|
|
| • “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Dünən, 11:30 |
|
|
|
| • Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Dünən, 11:25 |
|
|
|
| • Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Dünən, 11:18 |
|
|
|
| • Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Dünən, 11:15 |
|
|
|
| • “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Dünən, 10:57 |
|
|
|
| • Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:53 |
|
|
|
|