
İsmət Abbasovun kənd təsərrüfatı naziri postundan çıxarılaraq baş nazirin müavini təyin olunmasından sonra birinci instansiyada mühim gjəlişmələr baş verməkdədir. Baş nazirin müyavini olaraq İsmət Abbasov nazirlikdəki mövqelərini qorumağa çalışdığı bir zamanda, yeni nazir Heydər Əsədov öz səltənətini qurmaq üçün əlindən gələni edir. Uzun illər nazir kimi fəaliyyət göstərən İsmət Abbasov KTN-də mühim gəlirləri sahələrə öz yaxın adamlarını yerləşdirə bilmişdi. Xüsusilə də В«AqrolizinqВ» ASC-də baş verən neqativ faktlarla bağlı olaraq ortaya mühim məqamlar da çıxmışdı. Məlumatlara əsasən nazirin dövründə büdcə vəsaitləri hesabına alınan bir sıra vəsaitlər demək olar ki, mənimsənilmişdi. Lakin Hesablama Palatasının sabiq rəhbəri Heydər Əsədovun bu məsələ ilə bağlı olaraq yaxşı səritşəsinin olmasını nəzərə alsaq, yeni nazirin sələfinin böyük yeyinti sahələrindən biri olan В«AqrolizinqВ»də yoxlamalara başlamalı idi. Nazirlikdəki mənbələrdən GUNDEMİNFO.AZ-a verilən məlumatlara əsasən Heydər Əsədovun nazir təyinatı məhz ilin sonuna təsadüf etdiyindən artıq adıçəkilən quruma ayrılan dövlət vəsaitləri ilə bağlı olaraq vəsaitlərin mənimsənilməsi məsələsi müzakirə edilmədi. Məlumatlara əsasən Heydər Əsədov yeni ildən etibarən, yəni cari ildən artıq В«AqrolizinqВ» üzərində çox ciddi şəkildə nəzarət mexanizmləri tətbiq etməyə hazırlaşır. Bildirilir ki, Heydər Əsədov artıq xüsusi komissiya vasitəsilə də cəmiyyətə ayrılan vəsailərlə bağlı olaraq nəzarət işlərinə başlayıb.
Bu arada yeni nazirin İsmət Abbasovdan qalan mühim bir sahədə açıq şəkildə təmizləmə əməliyyatları aparması barədə də bilgilər əldə etmişik. Məlumatlara əsasən Heydər Əsədov artıq faktiki olaraq ölkədəki ət bazarındakı xaotik durumu aradan qaldırmağa çalışır.
Bir qədər əvvəl Heydər Əsədovun Bakı şəhərindəki iri marketlərdə sümüksüz ət satışına qadağa qoyması da sən demə təsadüfi deyilmiş. Məlumatlara əsasən ət bazarında mənşəyi bəlli olmayan məhsulların satışının qarşısını almaq üçün H.Əsədov konkret fəaliyyətə başlayıb. Mənbə bildirir ki, sümüksüz ətin satışı zamanı məhsulun mənşəyi barədə bilgi əldə etmək kifayət qədər çətin olur. Məhz bu da bazarda xüsusi imkanlara malik olan sabiq nazirin adamlarının sıradan çıxarılmasına səbəb olur. Sümüksüz ət satışına qadağanın qoyulması əslində İsmət Abbasovun böyük bir biznes şəbəkəsinə vurulan ağır zərbə kimi qiymətləndirilir. Artıq dünəndən etibarən isə ölkə ərazisində ət satışı ilə bağlı olaraq bir sıra mühim məqamlar da ortaya çıxmağa başlayıb. Bakıda ard-arda ət satışı ilə bağlı olaraq çox maraqlı məlumatlar ortaya çıxmağa başlayıb. Məlumatlara əsasən faktiki olaraq at və eşşək ətinin satışı barədə bilgilər yer alıb. Bu barədə bizimlə danışan mənbə iddia edir ki, əslində Bakı şəhərində at və eşşək ətinin satışına göz yumulmasının özü da faktiki olaraq böyük bir şəbəkənin çox mühim pullar qazanması ilə nəticələnə bilərdi. Məlumatlara əsasən Bakı ərazisində ət bazarında tam nəzarəti ələ keçirmək üçün məhz Heydər Əsədovla İsmət Abbasov arasında pərdəarxası mübarizə başlayıb.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.








