"Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı .....                     "Bəlkə də camış göstərsən, tanımazlar..." .....                     Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı .....                     Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq .....                     İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür .....                     Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib .....                     "200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." .....                     Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... .....                     İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb .....                     Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri .....                     Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq .....                     “Eyni xəstəyə fərqli rəylər verilir” .....                     Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" .....                     İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı .....                     Müştərilər təşvişdə: Banklar bağlanır? .....                     AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi .....                     Rusiya İrandan kimi çıxarmağa çalışır? .....                     AQTA-nın yeni qərarı nələrə yol açacaq? .....                     ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər .....                     Əməkdar artist tıxacın əlindən evini satır .....                     "Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb .....                     Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı .....                     ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb .....                     Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib .....                     İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: .....                     Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır .....                     Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi .....                     Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi .....                     Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq .....                     ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək .....                     Talehin reklamındakı aktrisa danışdı .....                     Beyləqanda “pambıqla baş kəsirlər” .....                     Səfirlikdə işə düzəlmək istədi, .....                     Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq .....                     Apteklərdə diazolin TAPILMIR .....                     Elm və təhsil nazirinə 5 sual... .....                     Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı .....                     14 il şiddət görən qadının əri saxlanıldı .....                     Ukraynanın adı dəyişdirilib Rus olacaq? .....                     "Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" .....                 

Reflex Reabilitasiya Mərkəzində DİPLOMSUZ `HƏKİM` - FOTOLAR
Tarix: 14-03-2023, 11:13 | Çap et
Reflex Reabilitasiya Mərkəzində DİPLOMSUZ `HƏKİM`
İnstruktor, fizioterapist kimi çalışan Vasim Abdullayev hansı universitetdə və neçənci illərdə təhsil alıb?

Vasim Abdullayevin tibb təhsilinin olmamasını, hətta qeyd olunan universitetlərdə oxumadığını gücləndirən başqa bir amil onunla bağlı Tibb Universitetinə, Turizm və Menecment Universitetinə, Xəzər Universitetinə ünvanladığımız sorğuların bir aydan artıqdır ki, cavablandırılmamasıdır


Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında yerləşən Reflex Reabilitasiya Mərkəzində instruktor, fizioterapist kimi çalışan Vasim Abdullayev adlı şəxsin tibb təhsilinin olmadığına, yəni diplomsuz həkim kimi fəaliyyət göstərdiyinə dair "Hürriyyət"in redaksiyasına məlumat daxil olub.

Nəzərinizə çatdıraq ki, sözügedən mərkəzin saytında - reflex.az-da Vasim Abdullayevin Azərbaycan Tibb Universitetini bitirdiyi qeyd olunsa da, əslində onun Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsi olduğuna dair informasiya mövcuddur. Digər məlumatda isə həmin şəxsin Xəzər Universitetinin Tibb Fakültəsini bitirdiyi deyilir. Təbii ki, bu, olduqca ciddi və müvafiq qurumların dərhal müdaxiləsini tələb edən məsələdir. Çünki Vasim Abdullayevin doğrudan da tibb təhsili yoxdursa, o zaman onun pasiyent qəbul edib onlara müalicə təyin etməsi "Sağlamlığınız etibarlı əllərdədir!" şüarı ilə fəaliyyət göstərən Reflex Reabilitasiya Mərkəzinə müraciət edən şəxslərin həyatını ciddi təhlükə ilə üz-üzə qoyur. Halbuki, istənilən tibb müəssisəsində həkim kimi işə qəbul zamanı məhz tibbi təhsili təsdiqləyən diplomun olması əsas tələblərdən biri olmalıdır. İnsaf naminə qeyd etmək lazımdır ki, TƏBİB-in ("Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs -red.) nəzdində fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkim personalı sahə üzrə diploma malikdirlər. Çünki onların işə qəbul proseduru müvafiq qaydalara əsasən aparılır və bu zaman tibb təhsili olmayan şəxsin həkim kimi fəaliyyətinə icazə verilmir. Elə buna görədir ki, hazırda TƏBİB-in tabeliyindəki tibb ocaqlarında saxta diplomlu və ya ümumiyyətlə, tibb təhsili almayan personala rast gəlmək mümkün deyil. Görünür, Reflex Reabilitasiya Mərkəzi bu cür önəmli məsələyə barmaqarası baxdığından tibb təhsilinin olmadığı iddia edilən, ümumiyyətlə, diplomunun olub-olmamasına dair müxtəlif məlumatlar dolaşan Vasim Abdullayev adlı gəncin mərkəzdə fizioterapist kimi çalışmasına göz yumub.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, redaksiyamıza daxil olan informasiyada Vasim Abdullayevin cəmi-cümlətanı 3 aylıq təbabət kursunu bitirdiyi qeyd olunur. Həmçinin, o da bildirilir ki, Reflex Reabilitasiya Mərkəzinin instruktor, fizioterapisti bundan öncə çalışdığı tibb müəssisəsindən məhz ali tibb təhsilinin olmaması səbəbindən kənarlaşdırılıb. Lakin bir müddət sonra Vasim Abdullayev kim(lər)insə yardımı ilə Reflex Reabilitasiya Mərkəzinin peşəkar həkimi kimi efirlərdə peyda olmağa başlayıb. Halbuki, baza tibb təhsili aldıqdan sonra rezidentura keçərək ixtisas sahibi olmayan əsl həkim belə, konkret hansısa ixtisas üzrə çalışa bilməz. Tibb təhsili olmayan birisi isə ümumiyyətlə, bu sahəyə yaxın durmamalı, hətta özəl tibb müəssisəsində belə, çalışmamalıdır.

Yeri gəlmişkən, məsələ ilə bağlı Vasim Abdullayevə suallar ünvanlayan həmkarımızın onun dialoqunu təqdim edirik:

- Sizin tibbi təhsiliniz varmı?

- Bəli var.

- Sosial şəbəkələrin birində Xəzər Universitetini, digərində isə Mingəçevir Turizm Kollecini bitirdiyinizi qeyd etmisiniz. Bilmək olarmı adıçəkilən universiteti və kolleci neçənci illərdə bitirmisiz?

- Sosial şəbəkələrdə adımdan kimlərinsə profil açmasının məsuliyyətini mən daşımıram.

- Reflex Reabilitasiya Mərkəzinin saytında - reflex.az-da Azərbaycan Tibb Universitetini bitirdiyiniz qeyd olunub. Həmin ali təhsil ocağında hansı illərdə təhsil alıbsınız?

- Saytda texniki səhv olub. Təkcə məndə yox, bir çox həkimlərdə bu səhv olub.

- Ümumiyyətlə, hansı universiteti və neçənci illərdə bitirdiyinizi deyə bilərsiz?

- Xeyr! Şəxsi məlumatlarımı paylaşmıram.

- Bizdə olan məlumata görə, siz hal-hazırda Mingəçevir Turizm Kollecində 2-ci kursda oxuyursuz. Bu, doğrudur?

- Mən sizə cavab vermək məcburiyyətində deyiləm.

Budur, nə qədər qəribə görünsə də, lakin bu gün Reflex Reabilitasiya Mərkəzində instruktor, fizioterapist kimi çalışan Vasim Abdullayev adlı şəxs hansı universitetdə və neçənci illərdə təhsil aldığını bildirməsini şəxsi məlumatlarının paylaşılması kimi dəyərləndirir. Məhz bu mövqeyin özü onunla bağlı verilən məlumatların doğruluğunu təsdiqləyir desək, yəqin ki, yanılmarıq. Vasim Abdullayevin tibb təhsilinin olmamasını, hətta onun yazının əvvəlində qeyd olunan universitetlərdə oxumadığını gücləndirən başqa bir amil isə Reflex Reabilitasiya Mərkəzinin instruktor, fizioterapisti ilə bağlı Azərbaycan Tibb Universitetinə, Azərbaycan Turizm və Menecment Universitetinə, o cümlədən Xəzər Universitetinə ünvanladığımız sorğuların bir aydan artıqdır ki, cavablandırılmamasıdır. Görünür, ya adıçəkilən tibb müəssisələrinin mətbuat xidmətləri normal fəaliyyət göstərmir, ya yetkili şəxslərinin verəcəkləri cavab yoxdur, ya da ortada ÇOX BÖYÜK ƏMMA var. Lakin hər bir halda Reflex Reabilitasiya Mərkəzinin rəhbərliyi tibb təhsili olmayan, diplomsuz şəxsi həkim kimi işə qəbul etdiyi üçün birbaşa məsuliyyət daşıyır.

Reflex Reabilitasiya Mərkəzində DİPLOMSUZ `HƏKİM`
Reflex Reabilitasiya Mərkəzində DİPLOMSUZ `HƏKİM`
Reflex Reabilitasiya Mərkəzində DİPLOMSUZ `HƏKİM`
Reflex Reabilitasiya Mərkəzində DİPLOMSUZ `HƏKİM`

"Hürriyyət"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:26
"Bəlkə də camış göstərsən, tanımazlar..." - partiya sədri
Bu gün, 07:30
Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı - Günel Musa yazır...
Bu gün, 07:16
Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq - CBS
Bu gün, 07:09
İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür - GƏLİŞMƏ
Bu gün, 07:07
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
Bu gün, 07:06
"200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." - MƏZƏLƏNİRLƏR?
Bu gün, 07:05
Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... - MÜRACİƏT
Bu gün, 06:53
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb - "Mehr"
Bu gün, 06:42
Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq - de
Bu gün, 06:30
“Eyni xəstəyə fərqli rəylər verilir” - NARAZILIQ VAR...
Bu gün, 06:28
Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" - QƏHƏTƏ ÇƏKİLİB
Bu gün, 06:24
İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı - Pulların ödənilməsi tələb edilir
Bu gün, 06:14
Müştərilər təşvişdə: Banklar bağlanır? - AKTUAL
Bu gün, 06:07
AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi - Ekspertdən İRAD
Bu gün, 06:05
Rusiya İrandan kimi çıxarmağa çalışır? – Putinin təyyarə tapşırığı SENSASİYA doğurdu
Bu gün, 06:03
AQTA-nın yeni qərarı nələrə yol açacaq? - ARAŞDIRMA
Bu gün, 06:01
ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər - WSJ
Bu gün, 05:59
Əməkdar artist tıxacın əlindən evini satır - ÖZÜ AÇIQLADI
Bu gün, 05:57
"Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb - FOTOFAKT
Bu gün, 05:55
Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı - TƏFƏRRÜAT
Bu gün, 05:52
ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 05:50
Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib
Dünən, 18:03
İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: -Azərbaycan nə qazanacaq?
Dünən, 18:01
Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ
Dünən, 17:55
Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi - ƏMR
Dünən, 17:52
Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir
Dünən, 17:46
Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq - Təhsil ekspertindən İZAH
Dünən, 17:44
ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək
Dünən, 17:38
Talehin reklamındakı aktrisa danışdı - "Rahat olun"
Dünən, 17:32
Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə
Dünən, 17:12
Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun QURBANI OLDU
Dünən, 17:10
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq - KİV
Dünən, 17:08
Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?
Dünən, 17:06
Elm və təhsil nazirinə 5 sual... -Yəqin ki, cavab verilməyəcək...
Dünən, 17:03
Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı QƏRAR
Dünən, 17:01
14 il şiddət görən qadının əri saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:59
Ukraynanın adı dəyişdirilib Rus olacaq? - Moskvadan ironik reaksiya
Dünən, 16:57
"Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" - “Caspian Global Auto”dan narazılıq
Dünən, 16:50
Mariana Vasileva yeni vəzifəyə təyin olundu - Cavid Qurbanov SAHİBLƏNDİ
Dünən, 16:44
Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Dünən, 16:12
Azərbaycandakı keçmiş səfir İranın planını açdı
Dünən, 16:10
Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat - ƏMR
Dünən, 16:04
Expressbankda yeni təyinat - DOSYE
Dünən, 16:03
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi - AKTUAL
Dünən, 15:58
Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı və Qarabağın bərpasında əməkdaşlıq - MƏQALƏ
Dünən, 15:53
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - 3 il müddətinə...
Dünən, 15:45
Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi
Dünən, 15:34
Prokurorluq şirkət rəhbərinin iddialarına - Cavab verdi
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru